Kişilər arasında "səssiz xəstəlik" sürətlə yayılır
Digərləri 01 İyl 2025 11:51:00 83 0
ABŞ-da kişilər arasında sümük əriməsi xəstəliyi olan osteoporozun yayılması ilə bağlı narahatedici statistika açıqlanıb.
Məlumata görə hazırda ölkədə təxminən 2 milyon kişi bu "səssiz xəstəlik"dən əziyyət çəkir.
ABŞ Milli Onurğa Sağlamlığı Fondunun araşdırmasına əsasən 16 milyon kişidə xəstəliyin ilkin mərhələsi hesab olunan osteopeniya müşahidə olunur. Lakin Ohayo Dövlət Universitetinin Wexner Tibb Mərkəzinin keçirdiyi sorğu göstərib ki, kişilərin yalnız 1 faizi sümük sıxlığının aşağı olmasından narahatdır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, osteoporoz heç bir əlamət vermədən irəliləyir və çox zaman ilk sümük sınığı ilə ortaya çıxır. Xüsusilə 65 yaşdan yuxarı şəxslərdə bu xəstəlik kiçik yıxılmalarda belə ciddi fəsadlara yol aça bilər. Radioloq Dr. Pol Lyuis kişilərə riskin qarşısını almaq üçün testosteron səviyyəsini nəzarətdə saxlamağı, yürüş, pilləkən çıxmaq, müqavimət məşqləri, yoqa və tennis kimi idman növlərinə üstünlük verməyi tövsiyə edir. Onun sözlərinə görə, aktiv həyat tərzi, sağlam qidalanma, siqaret və alkoqoldan uzaq durmaq, evdə yıxılma riski yaradan amilləri aradan qaldırmaq sümük sağlamlığını qorumağa kömək edir.
Yekaterinburqda öldürülən Səfərov qardaşlarının cəsədlərinin ekspert

Culfa rayonunun bir kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Xəbər verdiyimiz kimi, xeyli çəki itirərək vəfat edən türkiyəli fenome

İran prezidenti Məsud Pezeşkian iyulun 3-4-ü Azərbaycanda səfərdə olacaq

İzmir Böyükşəhər Bələdiyyəsinə qarşı "korrupsiya" və &quo

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Naz

Prezident İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən �

Rusiya bu gün tarixinin ən dərin və uzunmüddətli demoqrafik böhranlarınd

Prezident İlham Əliyev Ruanda Respublikasının Prezidentinə təbrik məktubu

ABŞ-də yaşayan professor Tofiq Şahtaxtinski vəfat edib.

Qəbələdə meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edi

"Məni təhqir edirsiniz, adamınızı tanıyın, o müğənnilər narkotikdən

Xalq artisti Miri Yusifin atası Mirheydər Mirbabayev dünyasını dəyişib.
