Bakıda gənc oğlan münasibətdə olduğu müğənnini öldürdü
Kriminal 01 İyl 2025 10:45:00 68 0
CİNAYƏT İŞİ
Qısa arayış...
2023-cü il aprelin 23-də Bakının Nərimanov rayonunda qətl hadisəsi olur. Polis və prokurorluq əməkdaşları daxil olan məlumat əsasında əraziyə yollanıb. Məlum olub ki, hadisə Həsən Əliyev küçəsi ev 105, mənzil 36-da baş verib. Mətbəxin girişində, üzü üstə, uzanıqlı vəziyyətdə Namiq İsrafilovun meyiti aşkar edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Сinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1982-ci il təvəllüdlü Namik İsrafilovun ölümünə - yuxu arteriyasının zədələnməsi nəticəsində baş vermiş massiv qanitirmə səbəb olub. Meyitindən götürülmüş qanda 0,5% qatılığında etil spirti aşkar edilib.
Növbəti gün Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, cinayəti 1998-ci il təvəllüdlü, Ağdam rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsi 31 ünvanında, Bakı Slavyan Universitetinin 1 saylı yataqxanasında yaşayan Rəsul Ağazadə törədib.
Cinayətin aləti olmuş bıçağı bıçağı və onun mobil telefonunu tapmaq mümkün olmayıb. Rəsul Ağazadənin və mərhum Namik İsrafilovun tanışları, ədavəti olduğu şəxslərin arasında "Fuad" adlı və ya ləqəbli insan müəyyən edilməyib.
Rəsul Ağazadə ilə zərərçəkmiş şəxs arasında aprelin 22-də 3 dəfə telefon danışığı olub. Aprelin 22-i saat 00:58-də onlar birlikdə binaya daxil olublar, həmin vaxtdan etibarən heç biri mobil telefon vasitələri ilə hər hansi şəxslə əlaqə saxlamayıb. Namikə məxsus telefonun ekranı sınmış vəziyyətdə olub. İçərisindəki məlumatlara baxış keçirmək üçün yandırmaq istədikdə cihaz işləməyib. Baxışda iştirak edən Zülfüqar İsmayılov telefonu Rəsul Ağazadədən 60 manata aldığını bildirib. Onu qardaşı Əliağaya verib. Atası qardaşına əsəbiləşdiyi üçün telefonu divara çırparaq, sındırıb.
Rəsul Ağazadə 2017-ci ildə Füzuli Hərbi Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 332-ci (hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə 6 ay sınaq müddəti cəzasına, 2019-cu ildə Binəqədi rayon məhkəməsinin 177-ci (oğurluq) maddəsi ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, 2021-ci ildə Nərimanov rayon məhkəməsinin hökmü ilə 180-ci (soyğunçuluq) maddəsi ilə 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib. İstinaqla müəyyən edilib ki, aprelin 22-i gecə saat 1 radələrində Rəsul Ağazadə maddi sərvət əldə etmək məqsədilə tanışı Namik İsrafilovun evinə basqın edib, onu öldürmək qərarına gəlib. Atatürk prospekti, 37 ünvanının qarşısında Namiklə görüşüb, birlikdə onun yaşadığı Həsən Əliyev küçəsi, evə gediblər. Qonaq otağında könüllü, qeyri-təbii yolla cinsi əlaqədə olublar. Sonra Rəsul şalvarının cibindən bıçağı çıxarıb Namikin boyun nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkən ölüb. Ardınca masanın üzərində olan 120 manat dəyərində "Redmi Note 7" markalı mobil telefonu götürərək, hadisə yerindən uzaqlaşıb. Ayın 23-də həmin telefonu cinayətdən xəbərsiz olan tanışı Zülfüqar İsmayılova 60 manata sataraq, pulu şəxsi ehtiyaclarına sərf edib.
İş üzrə dindirilmiş Rəsul Ağazadə bilirib ki, Namik İsrafilovla tanışlığı musiqi fəaliyyəti ilə əlaqədar olub. Namik də müğənni kimi fəaliyyət göstərib, "Youtube" platformasında mahnıları olub:
"Tanışım səs yazma studiyasında işləyib-işləmədiyimi soruşdu, mənə əvvəlcədən məşq etməli olduğumuzu dedi. Namikin evində məşq etdik. Aramızda heç vaxt münaqişə olmayıb. Hadisə aprelin 22-i gecə saat 1-də qonaq otağında baş verib. Evdə bizdən başqa kənar şəxs və ya hadisəni bilavasitə görən yox idi".
"Məni təhqir edirsiniz, adamınızı tanıyın, o müğənnilər narkotikdən

Xalq artisti Miri Yusifin atası Mirheydər Mirbabayev dünyasını dəyişib.

Oxu.Az xəbər saytı 12 yaşını qeyd edir. Sayt 2013-cü il iyulun 1-də fəa

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittiha

Yekaterinburqda qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarıy

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev üzü örtən geyimlərlə bağlı

Tanınma prosesində Rusiya tərəfinin yaydığı məlumatların meyidlərin ü

Dünən axşam saatlarında Türkiyənin Ərzurum şəhərində günbatan zaman�

"Həmin hadisədən sonra termosla gəzirdim"

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Bu gündən məbləği artırılan sosial müavinətlərdən biri də çoxuşaql

Xaricdən avtomobil sifariş verərkən aldanmamaq üçün nələrə diqqət etm

Ulduzların düzülüşünə əsasən, bu həftə bəzi bürclər şanslı təsa
