Gömrükdə rüşvət qalmaqalı Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
Digərləri 30 İyn 2025 15:52:00 78 0
Dövlət Gömrük Komitəsinin Tranzit Şöbəsinin sabiq rəisi Anar Aslanov qanunazidd olaraq istehsal ili 10-dan artıq olan 834 minik avtomobilinin Gürcüstandan Azərbaycana keçirilməsinə şərait yaradıb.
Bu xəbəri də oxu: Yaxın günlərdə xoş xəbər alacaq 5 bürc
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu məlumat Anar Aslanovun cinayət işində yer alıb. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. A.Aslanov da Baş İdarənin əməliyyatçıları tərəfindən həbs edilib.
İstintaq materiallarından görünür ki, Aslanov ölkəyə avtomobil idxal edən şəxslə gizli sövdələşmə yaradıb. O, çoxu "Nissan" və "Toyota" olan avtomobillərin gömrükdən keçirilməsi üçün ümumilikdə 55 min manat rüşvət alıb.
Külli miqdarda rüşvət ittihamı ilə məhkəməyə çıxarılan Aslanov özünü təqsirli bilməyib. O, idxal müddəti 10 ildən çox olan avtomobilləri ölkəyə icazəsiz keçirmədiyini deyib: "Sözügedən avtomobilləri ölkəyə keçirən Ramil özü də əvvəllər gömrükçü olub. Nazirlər Kabinetinin qərarına əsasən, 29 mart 2023-cü ildən istehsal yaşı 10 ili keçmiş avtomobillərin ölkə ərazisinə idxalı məhdudlaşdırıldı. Həmin qərar 1 ay ərzində qüvvəyə minməli idi. Həmin avtomobillər Amerika, Yaponiya, Koreya və digər uzaq ölkələrdə olduğundan onların daşınması 3-7 ay vaxt tələb edirdi.
Qərar çıxarılarkən kifayət qədər vətəndaşın avtomobili yolda gəlməkdə idi. Dövlət Gömrük Komitəsi rəhbərliyi məsələyə obyektiv yanaşmaq və vətəndaşların məmnuniyyətini qaldırmaq məqsədilə müəyyən sənədlər formalaşdırdı. İçərisində invoys, gəmi daşımaları ilə bağlı sənədlər var idi. Avtomobilin həmin qərarın qəbul olunmasından əvvəl alındığını təsdiq edən müəyyən sənəd mövcud olduqda ölkə ərazisinə buraxılmasına icazə verilirdi. Digər vətəndaşlar kimi Ramil də avtomobil idxalı ilə məşğul idi və onun avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı sənədləri Dövlət Gömrük Komitəsi rəhbərliyi tərəfindən tələb olunan formaya uyğun idi. Mən Ramildən pul götürmüşəm, amma bu hal avtomobillər ölkə ərazisinə gətirildikdən sonra baş verib. O, dəfələrlə mənə pul təklif edib, amma imtina etmişəm. Avtomobillər ölkə ərazisinə gətirildikdən, rəsmiləşdirildikdən və sahiblərinə təhvil verildikdən sonra isə Ramil pul qazandığını, mənə şirinlik vermək istədiyini dedi. Bundan sonra onun təklif etdiyi pulu qəbul etmişəm. Mənə ümumilikdə 55 000 manat pul verib".
Təqsirləndirilən şəxs ifadəsinin davamında deyib ki, o, bütün işləri Dövlət Gömrük Komitəsi rəhbərliyinin göstərişinə uyğun həyata keçirib. Əsas probləmlərdən biri də yerli bankla ödəniş etməyən vətəndaşların ölkəyə avtomobil keçirməsində yaranıb: "Yerli banklardan ödəniş etməyən şəxslərin postlarda problem yaşadıqları ilə bağlı rəhbərliyə məruzə etdikdə əvvəl ancaq yerli bank köçürmələri olduğu təqdirdə avtomobillərin buraxılmasını tapşırdı. Bir həftədən sonra əksər vətəndaşların avtomobilləri yerli bankdan ödəniş etmədikləri üçün yolda qaldı. Bu da komitəyə ünvanlanan şikayətlərin sayını artırdı.
"Emosional tükənmə klinik psixologiyada və psixiatriyada emosional, el�

Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəltmə adı ilə daha bir dəl

Moskvanın Plexanov küçəsində baş verən partlayışın görüntüləri sos

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın "

Bazar günü səhər ABŞ-ın Ohayo ştatının şimal-şərqində, Howland qəs

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 2 KOB

Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydın

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) tərəfindən vətəndaşla

"QayMaq Premium Qida" şirkətinin istehsal etdiyi kərə yağından s

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh saziş

Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülərək öldürül�

ABŞ-ın keçmiş prezidenti Con F. Kennedinin şəxsi həyatı ilə bağlı yen

Rəqqasə Rəna Ağamuradova açıqlaması ilə diqqət çəkib.

Türkiyənin İstanbul və digər iki vilayətində qasırğanın yaxınlaşmas�
