KOB subyektlərinə “Startap” şəhadətnaməsi verilib
Digərləri 30 İyn 2025 15:14:00 69 0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 2 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib. Müvafiq sənədin verilməsi üzrə KOBİA-da yaradılmış Ekspertlər Şurasının növbəti iclasında 7 layihəyə baxılıb və onlardan 2-nə "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.
"Startap" şəhadətnamələri "İloyal" MMC-nin müştəri loyallığı və rəqəmsal menyu idarəetmə platforması və fərdi sahibkar Cəmil Muradovun qida və qeyri-qida məhsullarının satışı üzrə onlayn "marketpleys" və çatdırılma xidməti layihələri üçün təqdim edilib.
Ümumilikdə indiyədək KOBİA tərəfindən 215 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydın

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) tərəfindən vətəndaşla

"QayMaq Premium Qida" şirkətinin istehsal etdiyi kərə yağından s

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh saziş

Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülərək öldürül�

ABŞ-ın keçmiş prezidenti Con F. Kennedinin şəxsi həyatı ilə bağlı yen

Rəqqasə Rəna Ağamuradova açıqlaması ilə diqqət çəkib.

Türkiyənin İstanbul və digər iki vilayətində qasırğanın yaxınlaşmas�

İyunun 30-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin

Uşağa ad seçmək valideynlərin ən vacib qərarlarından biridir.

Fikrət Fərrux oğlu Məmmədov "Şərəf" ordeni ilə təltif edilib

2025-ci ilin yay ayları bəzi bürclər üçün gözlənilməz sınaqlar və ç

Türkiyədə bir neçə gündür davam edən güclü meşə yanğınları bir ç
