BDYPİdən sürücülərə xəbərdarlıq
Digərləri 27 İyn 2025 14:09:00 60 0
Baş Dövlət Yol Polis İdarəsi avtomobillərdə sərnişin və xüsusilə uşaqların daşınması qaydaları ilə bağlı xatırlatma edib.
Bu xəbəri də oxu: Türk polisi kişi paltarında gizlənən azərbaycanlı qadını AXTARIR: 444 minlik "evlilik"...
Son.az xəbər verir ki, bu barədə BDYPİ-nin müraciətində qeyd olunur:
"Təəssüflə bildiririk ki, son vaxtlar bəzi sürücülər tərəfindən sərnişin daşıma qaydalarının kobud şəkildə pozulması hallarına tez-tez rast gəlinir.
Belə ki, hərəkətdə olan avtomobildə sərnişinlərin, xüsusilə uşaqların avtomobilin lyukundan, yaxud pəncərəsindən qollarını, başlarını və ya ayaqüstə duraraq bədənlərini çölə çıxarması çox təhlükəlidir. Bu cür davranışlar nəinki sürücünün və sərnişinin həyatını riskə atır, həm də digər yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə yaradır. Avtomobil qəzası zamanı təhlükəsizlik kəmərindən, uşaq oturacağından istifadə olunmadıqda ağır nəticələr qaçılmaz olur və bu hal mövcud qanunvericiliyə əsasən inzibati məsuliyyət yaradır.
Unutmayın! Sürücülər sərnişinlərin, xüsusilə uşaqların təhlükəsizliyinə görə birbaşa məsuliyyət daşıyırlar. Hərəkətə başlamazdan əvvəl avtomobildə hər kəsin təhlükəsizlik kəmərini bağladığından əmin olmalıyıq. Eyni zamanda, azyaşlı uşaqlar çəkilərinə uyğun uşaq oturacağında daşınmalıdır. Yadda saxlayın! Hərəkətdə olan avtomobilin salonunda ayaqüstə durmaq, lyukdan və ya pəncərədən bədənimizi çıxarmaq qadağandır.
Hörmətli yol hərəkəti iştirakçıları!
Yol hərəkəti təhlükəsizliyi hər birimizin ümumi məsuliyyətidir. Bir neçə saniyəlik diqqətsizlik, qaydalara riayət etməmək, ölçüyəgəlməz faciələrlə nəticələnə bilər. Həyatınızı və sevdiklərinizi qorumaq üçün hər zaman məsuliyyətli olaq, qaydalara əməl edək".
Yay aylarında bəzi bürcləri həyatlarında böyük dəyişikliklər, yeni im

Bir vaxtlar məşhur olan "Çuda peçka" mağazalar şəbəkəsinin sa

ABŞ-ın birinci xanımı Melaniya Trampın ABŞ vizasını qanunsuz şəkildə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İran İsl

Müğənni Zenfira İbrahimovanın Şəbnəm Tovuzlu barədə söylədikləri bi

Ermənistanda Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyan�

Ürək əməliyyatı keçirən Mirkamil səhhəti barədə danışıb.

"Fənərbağça"da işlədiyi vaxtda Arda Güleri kəşf edən və ona

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və

Belarus tərəfi Rusiya Prezidenti Vladimir Putin və digər yüksək səviyyəl

Efirlərdən uzaq olan müğənni Mətanət Əsədova yeni görüntüsü ilə di

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Sənan Axundovun oğlu

ABŞ ordusunun yüksək rütbəli generalları bəyan ediblər ki, İranın yera

Verilişlərin birində Hande Ataiziyə şillə vurması ilə yadda qalan model
