İlham Əliyev İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib FOTO


Siyasət 27 İyn 2025 13:16:00 66 0

İlham Əliyev İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edib.

Son.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti ilə dünən telefon danışığını və Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, bu səfərin bütövlükdə iki ölkə arasındakı münasibətlərin inkişafında yeni səhifə açdığını qeyd etdi.

Prezident İlham Əliyev vurğuladı ki, Məsud Pezeşkianın ölkəmizə səfəri zamanı səsləndirdiyi bəyanatlar və fikirlər Azərbaycan ictimaiyyəti tərəfindən çox müsbət qəbul olunub.

Dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək, bu gərginliyi qınadığını vurğuladı və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə etdi. İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyat olduğunu bildirdi.

Müctəba Dəmirçilu İran İslam Respublikasının ali rəhbərlərinin də Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət göstərdiyini vurğuladı.

Səfir Azərbaycanla İran arasındakı münasibətlərin dostluğa, qonşuluğa və qardaşlığa əsaslandığını qeyd etdi. O, İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini vurğuladı və buna görə də təşəkkürlərini çatdırdı. Səfir qeyd etdi ki, İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz.

Diplomat, həmçinin xarici və İran vətəndaşlarının ölkəmizə keçidi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirdi.

Görüşdə Azərbaycanla İran arasında ikitərəfli siyasi, iqtisadi, ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində inşa olunan, Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi, ümumilikdə Araz nəqliyyat dəhlizinin inkişafı məsələləri müzakirə olundu.


Xəbərə aid fotolar

"Yaxşı eləmişəm, əlimin içindən gəlib demişəm" like
  • 27 İyn 13:10  
Şou-biznes "Yaxşı eləmişəm, əlimin içindən gəlib demişəm"

Müğənni Zenfira İbrahimovanın Şəbnəm Tovuzlu barədə söylədikləri bi

arrow Ətraflı
Ermənistanda daha bir keşişin evində axtarış aparıldı like
  • 27 İyn 12:58  
Dünya Ermənistanda daha bir keşişin evində axtarış aparıldı

Ermənistanda Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyan�

arrow Ətraflı
Ürək əməliyyatı keçirən Mirkamil danışdı like
  • 27 İyn 12:49  
Şou-biznes Ürək əməliyyatı keçirən Mirkamil danışdı

Ürək əməliyyatı keçirən Mirkamil səhhəti barədə danışıb.

arrow Ətraflı
Arda Güleri kəşf edən məşqçi: "Əlavə 1 saat da bunun üzərində işləyirdi" like
  • 27 İyn 12:43  
Digərləri Arda Güleri kəşf edən məşqçi: "Əlavə 1 saat da bunun üzərində işləyirdi"

"Fənərbağça"da işlədiyi vaxtda Arda Güleri kəşf edən və ona

arrow Ətraflı
Məhərrəm ayı ilə bağlı vətəndaşlara MÜRACİƏT like
  • 27 İyn 12:41  
Digərləri Məhərrəm ayı ilə bağlı vətəndaşlara MÜRACİƏT

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və

arrow Ətraflı
Lukaşenkodan Putinə simvolik like
  • 27 İyn 12:28  
Dünya Lukaşenkodan Putinə simvolik

Belarus tərəfi Rusiya Prezidenti Vladimir Putin və digər yüksək səviyyəl

arrow Ətraflı
Mətanət arıqlayıb belə oldu  FOTO like
  • 27 İyn 12:14  
Şou-biznes Mətanət arıqlayıb belə oldu FOTO

Efirlərdən uzaq olan müğənni Mətanət Əsədova yeni görüntüsü ilə di

arrow Ətraflı
Sabah isti olacaq like
  • 27 İyn 12:13  
Digərləri Sabah isti olacaq

Azərbaycanda iyunun 28-i havanın yağmursuz keçəcəyi gözlənilir.

arrow Ətraflı
Şəhid oğluna leytenant rütbəsi verildi  FOTO like
  • 27 İyn 11:59  
Digərləri Şəhid oğluna leytenant rütbəsi verildi FOTO

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Sənan Axundovun oğlu

arrow Ətraflı
ABŞ İrana zərbə üçün 16 il hazırlaşıb  Generaldan şok açıqlama like
  • 27 İyn 11:50  
Dünya ABŞ İrana zərbə üçün 16 il hazırlaşıb Generaldan şok açıqlama

ABŞ ordusunun yüksək rütbəli generalları bəyan ediblər ki, İranın yera

arrow Ətraflı
"Soyun" deyirdilər, "baş üstə" deyirdim"  Sevda like
  • 27 İyn 11:45  
Şou-biznes "Soyun" deyirdilər, "baş üstə" deyirdim" Sevda

Verilişlərin birində Hande Ataiziyə şillə vurması ilə yadda qalan model

arrow Ətraflı
İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  FOTO like
  • 27 İyn 11:32  
Siyasət İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sudan Resp

arrow Ətraflı
Üç il sonra ilk ölüm hökmü icra edildi like
  • 27 İyn 11:24  
Dünya Üç il sonra ilk ölüm hökmü icra edildi

Yaponiyada 2022-ci ildən bəri ilk dəfə olaraq ölüm hökmü icra edilib.

arrow Ətraflı
Prezident Polşanın yeni səfirinin etimadnaməsini qəbul etdi  FOTO like
  • 27 İyn 11:17  
Siyasət Prezident Polşanın yeni səfirinin etimadnaməsini qəbul etdi FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Res

arrow Ətraflı
Bir neçə gün əvvəl bombalamışdı, indi 30 milyard yardım edəcək like
  • 27 İyn 10:50  
Dünya Bir neçə gün əvvəl bombalamışdı, indi 30 milyard yardım edəcək

ABŞ İranı masaya qaytarmaq üçün 30 milyard dollarlıq yardım planı hazı

arrow Ətraflı