Azərbaycanda “Formula 1” filminin qapalı nümayişi baş tutub VİDEO FOTO
Digərləri 27 İyn 2025 10:10:00 98 0
"Dəniz Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" premium kinoteatrında Formula 1 yarışlarının Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə "Formula 1" idman dramının premyeradan öncə nümayişi keçirilib.
Bu xəbəri də oxu: Bu səhvi edən sürücülər işdən qovulur
Filmin rejissoru "Top Qan: Meverik" və "Cəsurlar işi" kimi işləri ilə tanınan Cozef Kosinskidir. Baş rolları Hollivud ulduzları Bred Pitt, Demson İdris və Xavyer Bardem canlandırıblar. Filmdə həmçinin hazırda yarışan Formula 1 pilotları da iştirak ediblər. Layihənin prodüserlərindən biri yeddiqat dünya çempionu Lyuis Hemiltondur.
Çəkilişlər 2023-cü ildə başlayıb və real traslarda aparılıb. Bu film üçün xüsusi avtomobillər hazırlanıb. Onlara kamera, qeydiyyat qurğuları, akkumulyatorlar və ötürücülər də daxil olmaqla on beş dayaqlı sistem quraşdırılıb. Uydurma APXGP komandası öz pit stop zonası, komanda körpüsü ilə təmin olunub, film üçün hazırlanmış yarış avtomobilləri isə yarışlardan əvvəl start düzülüşünün sonunda yerləşdirilib. Üç ay ərzində yürüşlərə hazırlaşan aktyorlar bolidlərin içində əyləşiblər.
Filmin süjeti APXGP komandası ətrafında qurulub. Ağır qəzadan sonra avtoidmandan uzaqlaşmış əfsanəvi pilot Sonni Heys (Bred Pittin ifasında) traslara qayıdır ki, komandanın ikinci pilotu və gənc, istedadlı pilot Coşua Pirsin (Demson İdrisin ifasında) mentoruna çevrilsin.
Qapalı nümayişdə tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilatların rəhbərləri, həmçinin Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin qonaqları iştirak ediblər.
"Məni alan heç vaxt aldanmaz, sanki cekpot udub, çünki hərtərəfli q�

Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin çıxışı z

"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari açıqla

24 iyun tarixində bütün xristianlar üçün müqəddəs sayılan həvari Bart

Manikürü qadının vizit kartı adlandırmaq olar, çünki səliqəli dırnaql

Model və müğənni Afaq Aslan uzun aradan sonra paylaşımları ilıə diqqət

Biz qara istiotu mətbəxdə adi bir ədviyyat, duzun daimi yoldaşı kimi qəbu

Müğənni Sevinc Ağaşirinova paylaşımı ilə diqqət çəkib. Son.az x�

Britaniyalı həkim Maykl Mosli azərbaycanlıların da sevimli tərəvəzlərin

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hadisə yerinə g

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 789 milyon 7

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına "Azərbaycanfilm&quo
