“Çeşka”, “Yeşka”, “Prius” tarix olur?


Digərləri 27 İyn 2025 00:37:00 90 0

“Çeşka”, “Yeşka”, “Prius” tarix olur?

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 789 milyon 751.8 min ABŞ dolları dəyərində 42 786 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 20.3% və ya 7216 ədəd, dəyəri isə 21.8% və ya 141 milyon 293.8 min ABŞ dollar artıb. Hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38.6% artaraq 767 təşkil edib.

Bu, Azərbaycanda avtomobil parkının tədricən yeniləndiyini göstərir. Bakı küçələrində son illərdə daha çox yeni, texnoloji cəhətdən inkişaf etmiş, həm də ekoloji baxımdan daha təmiz avtomobillər üstünlük təşkil edir. Əvvəllər geniş yayılmış köhnə rus istehsalı "Jiquli" və ya "Volqa" kimi modellər, eləcə də 90-cı illərin və 2000-lərin əvvəlinə aid köhnə alman, yapon avtomobilləri demək olar ki, dövriyyədən çıxarılıb. "Mercedes"in "çeşka", "yeşka" kimi klassik modellərinin sayı kəskin azalıb. "Toyota"nın "Prius" modelləri də əvvəlki qədər populyar deyil.

Bəs mütəxəssislər avtomobil parkının yenilənməsi istiqamətində hazırkı vəziyyəti necə qiymətləndirirlər?

"Son illərdə aparılan islahatlar real nəticələr verir" 

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev "Kaspi"yə açıqlamasında bildirir ki, avtomobil sektorunda son illərdə aparılan islahatlar real nəticələr verir: "Ümumilikdə, 2021-ci ildən başlayaraq ölkəmizdə avtomobil sektorunda ciddi dəyişikliklər və dövlət dəstəyi müşahidə olunur. Bu dövrdə qəbul edilən qərarlar, xüsusilə də ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlər avtomobil parkının yenilənməsinə böyük töhfə verib. Utilizasiya prosesinin başlanması isə əhalidə anlayış formalaşdırıb ki, artıq köhnə avtomobillərin gələcəyi yoxdur və sağlam, təhlükəsiz nəqliyyat vasitələrinə ehtiyac var. Bu yanaşma da yenilənməni təşviq edən əsas amillərdəndir". Müasir və təhlükəsiz nəqliyyat vasitələri

E.Əliyevin qənaətincə, 2024-cü ildə müşahidə edilən digər müsbət hal ondan ibarətdir ki, artıq ikinci əl, 8-10 ildən çox yaşı olan, mühərrik həcmi böyük avtomobillərin qiymətləri ucuzlaşmaqdadır: "Məsələn, əvvəllər 1999-cu ilin "çeşka" modelini 13-14 min manata satırdılar. İndi bazar özü qiymətləri tənzimləyir və real dəyərlə satış baş verir. Əlbəttə, avtomobil parkını bir anda tamamilə yeniləmək mümkün deyil. Amma bu, mərhələli şəkildə baş verir. Xüsusilə taksi parkının yenilənməsi şəhər daxilində köhnə avtomobillərin dövriyyədən çıxmasına səbəb olub ki, bu da vacib nəticələrdəndir. Bütün bu addımlar onu göstərir ki, sektor düzgün istiqamətdə inkişaf edir və yaxın illərdə də bu islahatlar davam edəcəyi təqdirdə, avtomobil parkımız müasir və təhlükəsiz nəqliyyat vasitələrindən ibarət olacaq".

"Tam yenilənmə qısa müddətdə baş verə bilməz"

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də təsdiqləyir ki, avtomobil parkının yenilənməsi istiqamətində müsbət tendensiya müşahidə olunur: "Parkın tam yenilənməsi qısa müddətdə baş verə bilməz. Bu, zaman tələb edən bir prosesdir. Amma bu sahədə müsbət tendensiya müşahidə olunur. Son illərdə ölkəyə gətirilən avtomobillərə yaş məhdudiyyətlərinin tətbiqi, eyni zamanda, ekoloji baxımdan üstün olan yeni nəsil elektrik və hibrid avtomobillərə marağın artması bu prosesə ciddi təkan verir. Bu amillər avtomobil parkının yenilənməsi istiqamətində atılan addımların nəticəsi olaraq qiymətləndirilə bilər".

"Ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır"

Generalın ölümü təsdiqləndi like
  • 27 İyn 00:25  
Dünya Generalın ölümü təsdiqləndi

General Səid İzadinin öldürüldüyü təsdiqlənib.

arrow Ətraflı
Partlayışın baş verdiyi yer məlum oldu  Rəsmi açıqlama like
  • 27 İyn 00:17  
Digərləri Partlayışın baş verdiyi yer məlum oldu Rəsmi açıqlama

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına "Azərbaycanfilm&quo

arrow Ətraflı
Kreml Kadırovun vəzifədən getməsinə razılaşdı  Yerinə gələcək şəxs bəllidir like
  • 27 İyn 00:12  
Dünya Kreml Kadırovun vəzifədən getməsinə razılaşdı Yerinə gələcək şəxs bəllidir

Çeçenistana rəhbərlik Moqomed Daudova tapşırılır; Ramzan Kadırov rusiya

arrow Ətraflı
Bəzi xiyarlar niyə acı dadır? like
  • 26 İyn 23:48  
Digərləri Bəzi xiyarlar niyə acı dadır?

Xiyarın bəzən acı dad verməsi bir çox insanı narahat edir. Mütəxəssisl

arrow Ətraflı
Bu səhvi edən sürücülər işdən qovulur like
  • 26 İyn 23:36  
Digərləri Bu səhvi edən sürücülər işdən qovulur

Bakı şəhərində son zamanlar taksi sürücüləri ilə sərnişinlər arası

arrow Ətraflı
Bakıda güclü partlayış like
  • 26 İyn 23:26  
Digərləri Bakıda güclü partlayış

Bakıda zavodda partlayış baş verib

arrow Ətraflı
Uşağın boyunu, göz rəngini əvvəldən seçmək mümkün olacaq like
  • 26 İyn 23:24  
Digərləri Uşağın boyunu, göz rəngini əvvəldən seçmək mümkün olacaq

ABŞ-də yerləşən şirkət süni mayalanma yolu ilə əldə edilən embrionla

arrow Ətraflı
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı" like
  • 26 İyn 23:12  
Digərləri Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"

ABŞ-nin milyarder iş adamı Ceff Bezosun Venesiyada keçirdiyi toy tədbiri ş

arrow Ətraflı
Kimlərə yumurta yemək olmaz? like
  • 26 İyn 23:00  
Digərləri Kimlərə yumurta yemək olmaz?

Yumurta çox faydalı qida olsa da, bəzi insanlar üçün sağlamlıq baxımın

arrow Ətraflı
Yeni pandemiyanın astanasındayıq  İki ölümcül virus aşkar edildi like
  • 26 İyn 22:36  
Dünya Yeni pandemiyanın astanasındayıq İki ölümcül virus aşkar edildi

Çin alimləri yarasalarda əvvəllər məlum olmayan 20 yeni virus aşkarlayıb

arrow Ətraflı
"Qadınlar kişilərin başının ətini yeyir" like
  • 26 İyn 22:24  
Şou-biznes "Qadınlar kişilərin başının ətini yeyir"

"Evimin, otaqlarımın hər yerinə kamera qoymuşam. İnsan güvəndə dey

arrow Ətraflı
Tokayev: Bəzi siyasətçilər çıxışlarını yazmaq üçün ChatGPTdən istifadə edir like
  • 26 İyn 22:12  
Dünya Tokayev: Bəzi siyasətçilər çıxışlarını yazmaq üçün ChatGPTdən istifadə edir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəzi siyasi liderlərin ictimai ç

arrow Ətraflı
Alim Qasımov onu tənqid edənlərə cavab verdi like
  • 26 İyn 22:00  
Şou-biznes Alim Qasımov onu tənqid edənlərə cavab verdi

Xalq artisti Alim Qasımov toyda rep dediyi üçün onu tənqid edənlərə cava

arrow Ətraflı
Zaxarova Azərbaycana təşəkkür etdi like
  • 26 İyn 21:48  
Digərləri Zaxarova Azərbaycana təşəkkür etdi

İyunun 14-dən indiyədək İrandan Azərbaycan, Ermənistan və Türkmənistan

arrow Ətraflı