Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər Elçin Əmirbəyov
Siyasət 26 İyn 2025 16:21:00 81 0
Azərbaycan Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İrəvanı 2020-ci il atəşkəs sazişinin şərtlərini, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müddəaları yerinə yetirməyə çağırıb.
Bu xəbəri də oxu: Azərbaycan və İran prezidentlərinin telefon danışığı olub
Trend xəbər verir ki, o, bu barədə İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində bildirib.
" Biz Ermənistanın artıq 2020-ci ildə bu məsələ ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik", - Əmirbəyov deyib.
Onun sözlərinə görə, əsas məqamlardan biri Azərbaycanın qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi ilə maneəsiz əlaqənin təmin edilməsidir.
"Maneəsiz keçid o deməkdir ki, Azərbaycan ərazisinin bir hissəsindən digər hissəsinə keçid zamanı həmin 43 kilometrlik Zəngəzur dəhlizində heç bir maneə olmayacaq", - o əlavə edib.
E.Əmirbəyov Ermənistandakı mövcud vəziyyətə də diqqət çəkərək, ölkənin hazırda tam təcrid vəziyyətində olduğunu bildirib.
"Bütün əsas infrastruktur - neft-qaz kəmərləri, dəmir yolları və s. - Ermənistanı dolanaraq keçir. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Açıq sərhədləri yalnız İran və Gürcüstanladır", - o deyib.
Diplomatın fikrincə, əldə olunan razılaşmalara əməl olunarsa, Ermənistan tranzit ölkəyə çevrilə və bununla da özünü regional təcrid vəziyyətdən çıxara bilər.
"Ermənistan əgər razılaşmalara əməl etsə, o da şərqdən-qərbə və qərbdən-şərqə keçən bütün ticarət və nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkəyə çevrilə bilər", - o vurğulayıb.
"Bu andan etibarən F, M və ya J kateqoriyalı qeyri-mühacir vizasına m�

Rusiya ilə Litva arasında müharibə olacağı təqdirdə Baltikyanı ölkəni

Müğənni Əminə Şirin aparıcı Zaur Nəbioğlunun sualına əsəbiləşi

İsrailin İrana 12 günlük hücumu nəticəsində öldürülən İran Silahlı

Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üzrə

Astroloqların son proqnozlarına görə, bəzi bürclər yaxın günlərdə əh

İranın Ali Rəhbəri Əli Xamenei xalqı İsraillə münaqişədə qazandığ�

Foto model və müğənni Müjgan Ayxanın açıqlaması birmənalı qarşılanm

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov

Ağdaşın Xınaxlı kəndində baş verən yanğın qəbiristanlığa da keçib

İyunun 26-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölg

Tibbi sığorta şirkətini aldadaraq pul əldə etmək istəyən tayvanlı hər

Sosial şəbəkələrdə yayılan görüntü geniş müzakirələr yaradıb.

Bakıya oğurluqlar etmək üçün gələn Gürcüstan vətəndaşları ifşa ed
