Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib


Digərləri 26 İyn 2025 14:36:00 69 0

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik ünvanlayıb:

Son.azxəbər verir ki, təbrikdə deyilib:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

Sizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğu müstəqilliyini əldə edən ölkəmizdə tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoymuşdur. 26 iyun 1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı tarixi Fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Silahlı Qüvvələr Günü kimi respublikamızda hər il təntənəli şəkildə qeyd olunur.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ölkəmizin müdafiə məsələlərini daim prioritet məsələ hesab etmişdir. Bu istiqamətdə atılan addımlar ölkədə həyata keçirilən islahatların əsas tərkib hissələrindəndir".

Qeyd edilir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq Qələbə və həyata keçirdiyi uğurlu antiterror əməliyyatı nəticəsində qanunsuz erməni hərbi birləşmələri və separatçı qüvvələrinin işğalında qalmış tarixi torpaqlarımız azad olundu.

"Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi.

İşğaldan azad olunmuş ərazilərimizdə rəşadətli Azərbaycan Ordusu mövqelərini daha da möhkəmləndirərək, bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa öz layiqli töhfələrini verir. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik.

Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daim dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha hər birinizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, müstəqilliyi əbədi, dönməz olan Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram", - təbrikdə əlavə olunub.

Avroviziya qalibinin səsi BATDI like
  • 26 İyn 14:12  
Şou-biznes Avroviziya qalibinin səsi BATDI

Avroviziya qalibinin səsi tutulub.

arrow Ətraflı
Daha bir qəbiristanlıq YANDI like
  • 26 İyn 14:11  
Digərləri Daha bir qəbiristanlıq YANDI

Ağdaşın Xınaxlı kəndində baş verən yanğın qəbiristanlığa da keçib

arrow Ətraflı
Hava bu tarixdə yenidən korlanacaq like
  • 26 İyn 14:03  
Digərləri Hava bu tarixdə yenidən korlanacaq

İyunun 26-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölg

arrow Ətraflı
Sığorta şirkətini aldatmaq istəyirdi like
  • 26 İyn 13:57  
Dünya Sığorta şirkətini aldatmaq istəyirdi

Tibbi sığorta şirkətini aldadaraq pul əldə etmək istəyən tayvanlı hər

arrow Ətraflı
Avtobusda gərgin anlar: kişi qızı qolundan tutub ÇÖLƏ ATDI  VİDEO like
  • 26 İyn 13:27  
Digərləri Avtobusda gərgin anlar: kişi qızı qolundan tutub ÇÖLƏ ATDI VİDEO

Sosial şəbəkələrdə yayılan görüntü geniş müzakirələr yaradıb.

arrow Ətraflı
Bakıya oğurluğa gələn gürcülər tutuldu  FOTO like
  • 26 İyn 13:22  
Kriminal Bakıya oğurluğa gələn gürcülər tutuldu FOTO

Bakıya oğurluqlar etmək üçün gələn Gürcüstan vətəndaşları ifşa ed

arrow Ətraflı
Mənzurə evlərinin sayını AÇIQLADI like
  • 26 İyn 13:12  
Şou-biznes Mənzurə evlərinin sayını AÇIQLADI

Müğənni Mənzurə Musayeva evlərinin sayını açıqlayıb.

arrow Ətraflı
2 qadın eyni qidadan zəhərləndi like
  • 26 İyn 13:10  
Digərləri 2 qadın eyni qidadan zəhərləndi

Bərdədə iki qadın qidadan zəhərlənib.

arrow Ətraflı
Toylarda kəsilən tort belə hazırlanırmış  görənlər ŞOK oldu like
  • 26 İyn 12:43  
Digərləri Toylarda kəsilən tort belə hazırlanırmış görənlər ŞOK oldu

Sosial şəbəkələrdə yayılan video insanların diqqətini çəkib.

arrow Ətraflı
Sabahın HAVASI like
  • 26 İyn 12:31  
Digərləri Sabahın HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keç�

arrow Ətraflı
Günün ən şanslı BÜRCLƏRİ: möcüzə olacaq like
  • 26 İyn 12:30  
Digərləri Günün ən şanslı BÜRCLƏRİ: möcüzə olacaq

İyunun 26-da bürcün üç əlamətinin nümayəndələri əsl sürpriz alacaql

arrow Ətraflı
Universitetin tələbəsi VƏFAT ETDİ like
  • 26 İyn 12:27  
Digərləri Universitetin tələbəsi VƏFAT ETDİ

Azərbaycanda daha bir tələbə vəfat edib.

arrow Ətraflı
Mirkamil əməliyyatdan sonra ilk dəfə belə GÖRÜNTÜLƏNDİ like
  • 26 İyn 12:17  
Şou-biznes Mirkamil əməliyyatdan sonra ilk dəfə belə GÖRÜNTÜLƏNDİ

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mi

arrow Ətraflı
Bu cihazlara görə işıq pulu ikiqat gəlir: sönülü olsa da, YAZIR like
  • 26 İyn 12:07  
Digərləri Bu cihazlara görə işıq pulu ikiqat gəlir: sönülü olsa da, YAZIR

Evimizdə əksər elektron cihaz sönülü görünsə də, əslində enerji sər

arrow Ətraflı
İran ən çox itkini bu şəhərlərdə verdi like
  • 26 İyn 12:06  
Digərləri İran ən çox itkini bu şəhərlərdə verdi

İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində 627 nəfər öl

arrow Ətraflı