KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun iclası keçirilib
Digərləri 25 İyn 2025 17:34:00 84 0
"Bakı KOB evi"ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib. İclasda Koodinasiya Qrupunda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Bu xəbəri də oxu: Dəhşətli qəzada ölən 26 yaşlı Elçinin
Koordinasiya Qrupunun sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 2024-cü ildə yaradılmış Kooordinasiya Qrupunun ilk iclasında verilmiş tapşırıqları xatırladaraq bu platformanın KOB sektoru ilə bağlı dəstək tədbirlərinə dair yeni təşəbbüs və layihələrin irəli sürülməsi, cari fəaliyyətlərə dair məlumatların paylaşılması, fikir mübadiləsi və məsləhətləşmələr, qarşıya çıxan problemlərə dair birgə həll yollarının araşdırılması üçün əhəmiyyətli olduğunu qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ötən dövrdə Koordinasiya Qrupu çərçivəsində verilmiş tapşırıq və alınmış qərarların icrası ilə bağlı görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, müvafiq dövlət qurumlarının təklifləri nəzərə alınmaqla Koordinasiya Qrupunun 2025-ci il üzrə Fəaliyyət Planı hazırlanıb. Dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin optimallaşdırılması ilə əlaqədar müvafiq işçi qrupu formalaşdırılıb. İqtisadiyyat Nazirliyi də daxil olmaqla işçi qrupunda 19 dövlət qurumu təmsil olunur. Dövlət qurumlarının biznesə göstərdiyi xidmətlərin optimallaşdırılması ilə əlaqədar ilkin meyarlar hazırdır. Müvafiq dövlət qurularının rəy və təklifləri əsasında sözügedən meyarlar təkmilləşdirilib. Eyni zamanda dövlət xidmətlərinin "G2B" portalına inteqrasiyası üzrə platformaya yerləşdirilən bütün məlumatlar və xidmətlər audit edilib. Nəticədə 1 may 2025-ci il tarixinədək dövlət orqanlarının 1500-dən çox xidmətinin "G2B" portalına inteqrasiyası təmin edilib.
KOBİA sədri hazırda fəaliyyət göstərən və yaradılmaqda olan KOB evləri barədə də məlumat verirb.
Xanəndə Kəmalə Nəsibova geyimi ilə yenidən gündəm olub.

Çinin Yunnan əyalətindəki Endemik Xəstəliklərə Nəzarət İnstitutunun a

ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Türkiyə Prezidenti Rəcəb T

Aparıcı Vüsalə Əlizadənin paylaşımı ilə diqqət çəkib.

Alkoqolun bir standart dozası (təxminən 10 qram saf etanol) ömrü təxminən

2025-ci il iyunun 25-də "Badamdar" mehmanxanasında "Konstitusiy

Ermənistanda müxalifətçilərin evlərində aparılan axtarışların nətic�

İrana birbaşa hücumdan sonra bütün dünyanın diqqəti ABŞ və Prezident D

Cadenza orkestri (Cadenza Contemporary Orchestra) 29 iyun saat 19:00-da Beynə

Qəbələ, Quba, Göyçay, Qobustan, Yevlax, Ağstafa, Ağdam rayonlarına proku

2025-ci ilin iyun ayında Azərbaycanda əmlak bazarı stabil və nisbi canlanma

Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra Prezident İlham

"Atamın xatirə gecəsinə gəlmədilər, gözüm yolda qaldı"

Yanacaq çəni o qədər şişib ki, az qalsın partlaya...
