Azərbaycanda 2700dən çox vəkil fəaliyyət göstərəcək
Digərləri 25 İyn 2025 16:45:00 79 0
2025-ci il iyunun 25-də "Badamdar" mehmanxanasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Bu xəbəri də oxu: Həkim Ruslan İsayev: "Bir doza spirt ömürü beş dəqiqə qısalda bilər"
Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra tədbir Dövlət Himni və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən VK sədri Anar Bağırov Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə hər kəsi təbrik edib, ölkəmizdə vəkillik institutunun tarixi inkişafına qısa nəzər salıb, son illərdə həyata keçirilən islahatlar, əldə olunan mühüm nailiyyətlər və Kollegiyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Kollegiya tərəfindən bir sıra mühüm tədbirlərin həyata keçirildiyini söyləyən sədr vəkillik institutunun möhkəmləndirilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü qeyd edib. Bildirilib ki, vətəndaşların keyfiyyətli hüquqi yardıma bərabər çıxışının təmin olunması və onların konstitusion hüquqlarının müdafiəsi məqsədi ilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi mütəmadi davam etdirilir.
Anar Bağırov çıxışında Ulu Öndər Heydər Əliyevin 28 dekabr 1999-cu il tarixində imzaladığı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun tarixi əhəmiyyətinə toxunaraq vurğulayıb ki, məhz həmin qanunla ölkəmizdə vəkillik ilk dəfə tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir hüquqi institut kimi formalaşıb. Həmin dövrdə qəbul olunmuş prosessual qanunvericilik isə vəkilliyin çəkişmə prinsipi əsasında fəaliyyət göstərən bərabərhüquqlu peşə birliyinə çevrilməsinə şərait yaradıb.
Eyni zamanda qeyd edilib ki, Prezident cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı vəkillik institutunun müasirləşməsi və möhkəmlənməsi istiqamətində mühüm mərhələ olub, bu sahənin inkişafına sistemli və ardıcıl şəkildə təkan verib.
Diqqətə çatdırılıb ki, Prezident cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq son illərdə ölkədə vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb, dövlət başçısı vəkillik institutunun inkişafına hər zaman xüsusi diqqət göstərib və bu sahənin möhkəmləndirilməsi istiqamətində ardıcıl dəstək verib. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir və yeni mərhələyə yüksəldilir. Məhkəmə-hüquq sistemində də Ulu Öndər tərəfindən əsası qoyulan islahatlar Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir və hüquq sahəsində şəffaflığın, ədalətə çıxış imkanlarının genişləndirilməsinə xidmət edən mühüm addımlar atılır.
Sədr çıxışının davamında əlavə edib ki, 2018-ci ildən bu günədək vəkilliyə qəbul üzrə ümumilikdə 14 test imtahanı təşkil olunub. Bu müddət ərzində imtahanlarda iştirak edən 6070 namizəddən 1820 nəfər uğur qazanaraq icbari təlim mərhələsini başa vurub və and içərək Kollegiyanın üzvü olub.
Bugünkü mərasimdə isə daha 92 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb. Namizədlərdən 60 nəfəri kişi, 32 nəfəri isə qadındır. Onlardan 20 nəfəri regionlarda, 72 nəfər isə paytaxtda fəaliyyət göstərəcək. Beləliklə, qadın vəkillərin sayı 580 nəfərə çataraq ümumi üzvlərin 21 faizini təşkil edəcək. O cümlədən 1 hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edib.
Sonra tədbirdə Kollegiyanın fəaliyyəti ilə bağlı illik hesabatı əks etdirən videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan danışıb, onun rəhbərliyi ilə əsası qoyulan müasir hüquq sisteminin bu gün ölkəmizin hüquqi inkişafında mühüm rol oynadığını bildirib.
Deputat Milli Məclislə Kollegiya arasında formalaşmış səmərəli və məhsuldar əməkdaşlığı yüksək qiymətləndirərək, vəkillik peşəsinin ictimai əhəmiyyətindən söz açıb, and içərək fəaliyyətəbaşlayan yeni vəkillərin hüquq və ədalət prinsiplərinə sadiq qalaraq ölkədə hüquqi dövlətin möhkəmləndirilməsi istiqamətində əzmlə çalışacaqlarına əminliyini vurğulayıb.
Ermənistanda müxalifətçilərin evlərində aparılan axtarışların nətic�

İrana birbaşa hücumdan sonra bütün dünyanın diqqəti ABŞ və Prezident D

Cadenza orkestri (Cadenza Contemporary Orchestra) 29 iyun saat 19:00-da Beynə

Qəbələ, Quba, Göyçay, Qobustan, Yevlax, Ağstafa, Ağdam rayonlarına proku

2025-ci ilin iyun ayında Azərbaycanda əmlak bazarı stabil və nisbi canlanma

Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra Prezident İlham

"Atamın xatirə gecəsinə gəlmədilər, gözüm yolda qaldı"

Yanacaq çəni o qədər şişib ki, az qalsın partlaya...

Baş Prokurorun əmrilə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Fəxr

Müğənninin 57 yaşlı sevgilisini BİABIR ETDİ !!

Azərbaycanda diplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişl�

Yay aylarında hamı dondurma və sərin sulardan bolluca istifadə edir. Bu da

Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikası

"Wi-Fi" problemləri sizi bezdiribsə, dərhal yeni avadanlıq axtarma

"Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis
