Azərbaycanın enerji mərkəzinə yeni nəfəs “8 Noyabr” Stansiyası


Digərləri 24 İyn 2025 17:00:00 57 0

Azərbaycanın enerji mərkəzinə yeni nəfəs  “8 Noyabr” Stansiyası

Bu gün Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimi keçirilib. Ölkə başçısı İlham Əliyev açılış mərasimində iştirak edib və bu günün Azərbaycanın enerji sahəsi üçün əlamətdar olduğunu qeyd edib. O bildirib ki, 1880 meqavat gücündə "8 Noyabr" Elektrik Stansiyasının istifadəyə verilməsi təkcə texniki nailiyyət deyil, eyni zamanda dövlətimizin gücünün, iradəsinin və gələcəyə baxışının göstəricisidir.

Bugünkü reallıq odur ki, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu məhz Mingəçevirdə istehsal olunur. Burada yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyası (İES), Mingəçevir Su Elektrik Stansiyası və indi də "8 Noyabr" Elektrik Stansiyası ölkəmizin enerji təminatında aparıcı rol oynayır. Bu isə təsadüfi deyil. Bu şəhərin energetika mərkəzi kimi formalaşması uzun illərin məqsədyönlü siyasətinin nəticəsidir.

Mingəçevirin enerji tarixi 1970-ci illərə, Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyində təmsil olunduğu dövrə dayanır. Məhz onun təşəbbüsü ilə 1974-cü ildə "Azərbaycan" İES-in təməli qoyuldu və 1981-ci ildə birinci enerji bloku işə düşdü. Həmin dövrdə bu stansiya Qafqazda analoqu olmayan nəhəng enerji mərkəzi idi. Ulu Öndər bilirdi ki, gələcəyin sənayeləşmiş, güclü Azərbaycanı enerji olmadan mümkün deyil.

SSRİ dağıldıqdan sonra isə energetika sektoru tənəzzülə uğradı. Xalq enerji qıtlığı ilə üz-üzə qaldı, elektrik verilişləri gecə yarısı kəsilirdi, fabriklər dayanırdı. Amma həmin dövrün ən çətin illərində belə məhz Mingəçevirdəki "Azərbaycan" İES ölkəni tam olmasa da, enerji ilə ayaqda saxlaya bildi.

Ümummilli Liderin başladığı enerji siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilib və son 20 ildə bu sahədə dönüş baş verib. Köhnəlmiş enerji sistemi sıfırdan qurulub. Yeni stansiyalar tikilib, mövcudları isə modernləşdirilib.

Mingəçevirdə bu yeniləşnmə 2018-ci ildən başlayaraq sürətlənib. "Azərbaycan" İES yenidən qurulub və 2020-ci ildə müasir tələblərə cavab verən 1800 meqavatlıq generasiya gücünə çatdırılıb.

İndi isə "8 Noyabr" adlı yeni nəhəng stansiya bu mərkəzə əlavə güc gətirir. Bu ad təsadüfən seçilməyib - bu, Zəfər günümüzdür. Çünki enerji, güc və qələbə bir-birini tamamlayan anlayışlardır. Vətən müharibəsi zamanı Ermənistanın məqsədyönlü şəkildə Mingəçevirə raket atması, su bəndini və elektrik stansiyasını hədəfə alması bir daha sübut etdi ki, bu şəhər təkcə enerji mərkəzi deyil, həm də strateji hədəfdir. Raketlər müharibə zonasından uzaqda yerləşən bu şəhərə düşürdü. Amma Azərbaycan xalqı və energetikləri bu təhdidlərə sinə gərə bilib.

"8 Noyabr" stansiyası isə bu dirənişin, bu zəfərin mühəndis təcəssümüdür. Onun tikintisi təxminən iki ilə başa çatıb. Bu isə dünya miqyasında rekorddur. Adətən bu gücdə bir stansiyanın tikintisi 4-5 il çəkir. Amma Azərbaycan bunu iki ilə bacardı. Niyə? Çünki təcrübəmiz var idi. Mingəçevirdə yetişmiş güclü kadr bazası var. Eyni zamanda Çin və İtaliya kimi strateji tərəfdaşlarımızın dəstəyi bu işin uğurla tamamlanmasına töhfə verib.

Çin şirkətləri günəş stansiyalarımızın texniki təchizatında əsas rolu oynayır. İtaliya isə xam neft və qaz ticarətində Azərbaycanın əsas tərəfdaşıdır. Bu əməkdaşlıq sayəsində biz enerji sektorunda həm klassik, həm də yaşıl enerji layihələrini paralel şəkildə inkişaf etdiririk.

Yeni stansiya yalnız generasiya gücünü artırmır, həm də daha az yanacaq sərfi ilə işləyir. Bu da daxili istehlak üçün nəzərdə tutulan təbii qazı qənaətlə saxlamağa və daha çoxunu ixraca yönəltməyə imkan verir. Çünki hazırda Azərbaycan qazı Avropa üçün strateji əhəmiyyət daşıyır. Biz qazımızı artıq 12 ölkəyə ixrac edirik, onlardan 10-u Avropa ölkəsidir.

Ümumilikdə, 2030-cu ilə qədər Azərbaycanda 6500 meqavat yaşıl enerji istehsalı nəzərdə tutulub. Bu isə indiki 9000 meqavatlıq ümumi güclə birlikdə Azərbaycanın enerji xəritəsində liderliyini möhkəmləndirəcək. Elektrik kabel xətləri vasitəsilə yaşıl enerjinin ixracı da yaxın illərdə baş tutacaq və ölkəmizin iqtisadi və geosiyasi gücünə yeni təkan verəcək.

Bütün bunlar bir daha sübut edir ki, energetika sadəcə texniki sahə deyil. Bu, milli təhlükəsizlik, iqtisadi sabitlik, beynəlxalq nüfuz deməkdir. Bu gün dünyada enerji infrastrukturlarının təhlükə altında olduğunu görürük. Azərbaycanın isə bu sahədəki sabitliyi, dayanıqlığı və inkişafı ölkəmizin necə düşünülmüş siyasət apardığını sübut edir.

Mingəçevir isə bu siyasətin mərkəzidir - bir vaxtlar Heydər Əliyevin başlatdığı enerji siyasətinin, bu gün isə Prezident İlham Əliyevin Zəfərlə taclandırdığı inkişaf yolunun canlı şahididir. "8 Noyabr" Elektrik Stansiyası sadəcə elektrik deyil, həm də tarixin, gücün və qürurun simvoludur.

İslam Son.az

Bakıda yaşayış binasında yanğın  22 nəfər təxliyə edildi  VİDEO like
  • 24 İyn 16:54  
Digərləri Bakıda yaşayış binasında yanğın 22 nəfər təxliyə edildi VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytax

arrow Ətraflı
İsrailin zərbələri nəticəsində 600 nəfər həlak olub like
  • 24 İyn 16:50  
Dünya İsrailin zərbələri nəticəsində 600 nəfər həlak olub

İsrailin İrana endirdiyi zərbələr nəticəsində 600-dən çox insan həlak

arrow Ətraflı
Ərdoğan Trampla görüşəcək like
  • 24 İyn 16:30  
Digərləri Ərdoğan Trampla görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Niderlandda keçiriləcək

arrow Ətraflı
"Sünnət olunmadığımı Qareginə sübut edə bilərəm" like
  • 24 İyn 16:17  
Dünya "Sünnət olunmadığımı Qareginə sübut edə bilərəm"

Ermənistanın Baş naziri Nikol Paşinyanla erməni Apostol Kilsəsi arasında

arrow Ətraflı
Bakıya göndərilən gizli məktubda nə var idi? – Mühüm tədbir ləğv edildi like
  • 24 İyn 16:09  
Digərləri Bakıya göndərilən gizli məktubda nə var idi? – Mühüm tədbir ləğv edildi

Xəbər verdiyimiz kimi, ABŞ-nin Bakıdakı səfirliyində iyunun 27-nə planla

arrow Ətraflı
"Müharibə bitdi, amma suallar yeni başlayır"  Müharibədən sonra Tehranın imic savaşı like
  • 24 İyn 16:00  
Siyasət "Müharibə bitdi, amma suallar yeni başlayır" Müharibədən sonra Tehranın imic savaşı

"İsrail İranla müharibəni 14 günə bitirəcəyini bildirmişdi. Mühar

arrow Ətraflı
Dövlət buğdanı 400 manata alacaq  Hökumətdən fermerlərə dəstək addımı like
  • 24 İyn 15:54  
Digərləri Dövlət buğdanı 400 manata alacaq Hökumətdən fermerlərə dəstək addımı

Yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti müəyyənl�

arrow Ətraflı
Bilal Əliyev göz yaşları tökdü like
  • 24 İyn 15:47  
Şou-biznes Bilal Əliyev göz yaşları tökdü

Xalq artisti Bilal Əliyev kövrək anlar yaşayıb.

arrow Ətraflı
Genişzolaqlı internetdən nə üçün tam faydalana bilmirik?  MÜSAHİBƏ like
  • 24 İyn 15:41  
Digərləri Genişzolaqlı internetdən nə üçün tam faydalana bilmirik? MÜSAHİBƏ

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiy

arrow Ətraflı
Niderland Ukrayna ilə böyük dron sazişi imzaladı – 500 milyonluq layihə like
  • 24 İyn 15:35  
Dünya Niderland Ukrayna ilə böyük dron sazişi imzaladı – 500 milyonluq layihə

Niderland və Ukrayna 600 min pilotsuz uçuş aparatının (PUA) istehsalını n

arrow Ətraflı
Pərvinin 100 min pulu oğurlandı like
  • 24 İyn 15:29  
Şou-biznes Pərvinin 100 min pulu oğurlandı

Aktrisa Pərvin Abıyeva etirafı ilə diqqət çəkib.

arrow Ətraflı
"Apple"dan "iPhone 17"yə rəngli yenilik – Hansı rəng təqdim olunacaq? like
  • 24 İyn 15:23  
Digərləri "Apple"dan "iPhone 17"yə rəngli yenilik – Hansı rəng təqdim olunacaq?

"Apple" şirkəti 2025-ci ilin sentyabr ayında təqdim etməyi planla

arrow Ətraflı
Azərbaycan ilk dəfə BMTnin Bürosuna sədr seçildi like
  • 24 İyn 15:15  
Siyasət Azərbaycan ilk dəfə BMTnin Bürosuna sədr seçildi

Azərbaycan ilk dəfə BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələ

arrow Ətraflı
İcra başçısı qadın müavinini vəzifəsindən azad etdi like
  • 24 İyn 15:10  
Digərləri İcra başçısı qadın müavinini vəzifəsindən azad etdi

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elxan İbrahimov müavinlərind�

arrow Ətraflı