Azərbaycan ilk dəfə BMTnin Bürosuna sədr seçildi
Siyasət 24 İyn 2025 15:15:00 75 0
Azərbaycan ilk dəfə BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsi (Committee of the Permanent Representatives - UNEP CPR) Bürosunun sədri seçilib.
Bu xəbəri də oxu: XİNdən İsrail və İran arasında atəşkəslə bağlı BƏYANAT
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın bu quruma sədrliyi 2025-2027-ci illəri əhatə edəcək, rəhbər vəzifəni isə ölkənin Keniyadakı səfiri və UNEP-dəki daimi nümayəndəsi Sultan Hacıyev icra edəcək.
Qeyd edək ki, UNEP CPR ətraf mühitlə bağlı məsələlər üzrə beynəlxalq müstəvidə prioritetləri müəyyən edən, 193 dövlətin üzv olduğu BMT-nin Ətraf Mühit Assambleyasının daimi fəaliyyət göstərən əsas orqanıdır. CPR Bürosu Assambleyanın qlobal ekoloji siyasət və normalar üzrə qərarlarının hazırlanmasında bir sıra mühüm funksiyaları yerinə yetirir.
2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etmiş, ətraf mühitin qorunması və iqlim dəyişiklikləri sahəsində mübarizədə qlobal fəaliyyəti və təşəbbüsləri ilə beynəlxalq nüfuz qazanmış Azərbaycanın UNEP-lə əməkdaşlığı dinamik şəkildə inkişaf edir.
Azərbaycanın sədr olaraq seçilməsi, eləcə də UNEP-in 2026-cı ildə keçiriləcək Ümumdünya Ətraf Mühit Gününə (WED2026) ev sahib kimi təstiqlənməsi bu əməkdaşlığın perspektivlərini nümayiş etdirir.
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elxan İbrahimov müavinlərind�

Azərbaycanda maşın bazarına gedənlərin sayı azalıb. Artıq maşın bazar

"ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbənin qanuniliyi Ko

Ukraynanın Dnepropetrovsk bölgəsində Rusiya ordusunun sərnişin qatarına r

Türkiyənin tanınmış futbol şərhçisi Sinan Engin ailəsində toy olub.

ABŞ-nin Qətərdəki hərbi bazasına raket zərbələrinin endirilməsinə cav

Bakının mərkəzində çəkilən görüntü diqqət çəkib.

Rusiyanın Dolqoprudnı şəhərində keçirilən toy mərasimi faciə ilə nət

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

İsrailin Tehrana endirdiyi hava zərbəsi nəticəsində tanınmış iranlı n�

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçev

Rusiyanın Saxalin vilayətində dəhşətli hadisə baş verib.

Bu gün gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən ətir məhsu

İran və İsrail arasında atəşkəs qüvvəyə minmədən öncə atılan hüc

Bizim.Media-nın Şimal bürosunun əməkdaşı Aytəkin Alxaslının başına
