Məhərrəm ayı nə vaxt başlayır? QMİ fətva verdi
Digərləri 23 İyn 2025 10:43:00 80 0
Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.
Bu xəbəri də oxu: "WhatsApp" yeni süni intellekt funksiyasını təqdim edib
Son.az xəbər verir ki, QMİ-nin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bu barədə məlumat yayıb.
Nəzərinə çatdırılıb ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının - Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir.
Əsrlər boyu Azərbaycan dindarlarının yaddaşına həkk olunmuş Məhərrəm ayının Aşura günü - Peyğəmbərimiz Məhəmməd (s.a.s.) əziz nəvəsi İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə qarşı mübarizədə şəhadətə yetişməsi hadisəsi dünya tarixində fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Kərbəla şəhidləri İslamın "yaxşılığa dəvət və pislikdən çəkindirmə" məfkurəsini bütün ümmət üçün əsl nümunəyə çevirmiş, din, Vətən, torpaq, ailə şərəfi və müqəddəs amallar uğrunda şəhadətin mükəmməl əxlaq nümunəsini yaratmışlar. Ətraflı
Son illər Məhərrəmlik dönəmində dindarları İslama yad olan əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir.
Biz, Azərbaycan müsəlmanları şükürlər edirik ki, bu ilki Məhərrəm ayı illər boyu dualar etdiyimiz Zəfərin beşinci ildönümü ərəfəsinə təsadüf edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Ordumuzun bizlərə yaşatdığı qürur və sevincə görə Uca Yaradana həmd-sənalar, dövlətimizin rifahı üçün dualar edirik. İşğaldan azad olmuş Qarabağda və Şərqi Zəngəzurda yenidənqurmanın başlanması, dini-mədəni abidələrimizin bərpası, həmvətənlərimizin doğma yurd-yuvalarına Böyük Qayıdışı - bütün bunlar Allah-taalanın lütfü ilə müdrik dövlət başçımızın səyləri sayəsində reallaşan arzularımız, dualarımızdır.
Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, AR "Dini etiqad azadlığı haqqında" Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir. Xüsusilə qeyd etmək istərdik ki, ölkəmizin suverenliyi, dövlətçiliyimizin yenilməz nüfuzu əleyhinə son dönəmlərdə güclənən erməni revanşist təbliğatına qarşı Azərbaycan din xadimləri tərəfindən qətiyyətli və davamlı şəkildə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən çağırışlar edilməli, xütbələr oxunmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir. Qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.
Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Uca Allah xalqımızı, dövlətimizi hifz etsin, dövlət rəhbərimizin Azərbaycan naminə fəaliyyətinə daima rəvac versin!
ABŞ-də yerləşən şirkət süni mayalanma ilə alınan embrionlar üzərind

ABŞ-də silahlı şəxs kilsəyə daxil olaraq ibadət edənlərə atəş açı

Xəbər verdiyimiz kimi, təhsilverənlərin təkrar sertifikatlaşdırılması

İsti hava ilə birlikdə həyatımıza yeni enerjilər, yeni fürsətlər və s

Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictima

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.

Yeni Britaniyanın Papua-Yeni Qvineya adasında 5,3 bal gücündə zəlzələ qe

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher

Malların və xidmətlərin alqı-satqısında beh ödənişindən tez-tez istif

İran parlamentinin Hörmüz boğazının bağlanmasını təsdiqləməsi beynə

Dünyanı sükuta qərq edən bu açıqlama, əslində, bəlkə də, başqa faci

Yay aylarında temperaturun yüksəlməsi ilə bir çox insan sərinlədici dond

"ABŞ qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsi

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Roma Papası XIV Leo Yaxın Şərqdə genişlənən münaqişədən dərin narah
