İşimiz alınmayanda behi necə geri alaq?


Digərləri 23 İyn 2025 09:44:00 82 0

İşimiz alınmayanda behi necə geri alaq?

Malların və xidmətlərin alqı-satqısında beh ödənişindən tez-tez istifadə edilir.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Mülki Məcəlləyə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin verdiyi pul məbləğidir.

Başqa sözlə, beh bir növ tərəfləri razılaşmadan irəli gələn öhdəlikləri yerinə yetirməyə sövq edir. Bu baxımdan behin öhdəliklərin təminatı rolunu oynadığını desək, yanılmarıq. Lakin müəyyən hallar olur ki, tərəflərdən biri öhdəliyi icra edə bilmir.

Bəs bu zaman behi necə geri almaq və ya qaytarmaq olar?

Qanunvericiliyə görə, öhdəliyin icrasına başlanana qədər tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Belə ki, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıdıqda isə o, digər tərəfə behin iki mislini ödəməlidir. Başqa sözlə, beh ikiqat geri qaytarılmalıdır.

Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.

Lakin burada bir nüansı nəzərə almaq lazımdır. Belə ki, qanunvericiliyə görə, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. 

Ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən behin ödənilməsi barədə yazılı razılaşmanın olmaması nəticəsində şübhə yarandıqda və əksi sübuta yetirilmədikdə, həmin məbləğ avans kimi ödənilmiş sayılır.

Avans müxtəlif məqsədlər üçün əvvəlcədən ödənilən məbləğdir. Bu, tərəflər arasında qarşılıqlı etimadın yaranmasına və işin icrasının başlanmasına imkan yaradır. Lakin behdən fərqli olaraq avans heç bir itki olmadan geri tələb edilə və ya qaytarıla bilər. Bu halda, tərəflər üçün hər hansı hüquq və öhdəlik yaranmır.

Buradan belə aydın olur ki, tərəflər beh hesab edərək bir-birlərinə ödədikləri vəsaitlə bağlı beh haqqında razılaşma yazılı formada bağlanmayıbsa, onu heç bir itki olmadan geri istəyə və ya qaytara bilərlər.

ABŞdan Hörmüz boğazı qərarına sərt reaksiya: "Böyük bədəl ödəyəcək" like
  • 23 İyn 09:40  
Dünya ABŞdan Hörmüz boğazı qərarına sərt reaksiya: "Böyük bədəl ödəyəcək"

İran parlamentinin Hörmüz boğazının bağlanmasını təsdiqləməsi beynə

arrow Ətraflı
İranın nüvə proqramı "məhv edildi", bəs radiasiya?  Fəlakətlərin başlanğıcı... like
  • 23 İyn 09:36  
Dünya İranın nüvə proqramı "məhv edildi", bəs radiasiya? Fəlakətlərin başlanğıcı...

Dünyanı sükuta qərq edən bu açıqlama, əslində, bəlkə də, başqa faci

arrow Ətraflı
Yay aylarında şirniyyata diqqət: Mütəxəssislər xəbərdarlıq edir like
  • 23 İyn 09:27  
Digərləri Yay aylarında şirniyyata diqqət: Mütəxəssislər xəbərdarlıq edir

Yay aylarında temperaturun yüksəlməsi ilə bir çox insan sərinlədici dond

arrow Ətraflı
“İranın bütün nüvə obyektləri məhv edilib” like
  • 23 İyn 09:19  
Dünya “İranın bütün nüvə obyektləri məhv edilib”

"ABŞ qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsi

arrow Ətraflı
Bu valyutalar ucuzlaşdı  RƏSMİ like
  • 23 İyn 09:11  
Digərləri Bu valyutalar ucuzlaşdı RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Roma Papasından çağırış  Müharibələri dayandırın like
  • 23 İyn 08:47  
Dünya Roma Papasından çağırış Müharibələri dayandırın

Roma Papası XIV Leo Yaxın Şərqdə genişlənən münaqişədən dərin narah

arrow Ətraflı
İran Hörmüz boğazını bağlamaqla hədələyir: qlobal iqtisadiyyat buna nə dərəcədə hazırdır? like
  • 23 İyn 08:08  
Dünya İran Hörmüz boğazını bağlamaqla hədələyir: qlobal iqtisadiyyat buna nə dərəcədə hazırdır?

Bu gün İran parlamenti Hörmüz boğazının bağlanması barədə qərar qəb

arrow Ətraflı
Firuzə İbadovadan Cavanşir Məmmədovla bağlı etiraf: “Sevgilim yox…” like
  • 23 İyn 07:07  
Şou-biznes Firuzə İbadovadan Cavanşir Məmmədovla bağlı etiraf: “Sevgilim yox…”

Əməkdar artist Firuzə İbadova mərhum duet ortağı Cavanşir Məmmədovla h

arrow Ətraflı
Qadınlar gündə nə qədər pivə içə bilər? like
  • 23 İyn 06:06  
Digərləri Qadınlar gündə nə qədər pivə içə bilər?

İsti yay günlərində spirtli içki qəbul etmək istəyənlər daha çox piv�

arrow Ətraflı
Qarğıdalının hansı faydaları var? like
  • 23 İyn 05:05  
Digərləri Qarğıdalının hansı faydaları var?

Bir çox insanın sevərək yediyi qidalardan biri də qarğıdalıdır. Yüksə

arrow Ətraflı
Çəki itkisi deyil, psixoloji çöküş: Anoreksiya nədir? like
  • 23 İyn 04:04  
Digərləri Çəki itkisi deyil, psixoloji çöküş: Anoreksiya nədir?

Türkiyədə sosial media fenomeni Nihan Candanın anoreksiya nevroza (nevrotik

arrow Ətraflı
Niyə avropalılar XVIII əsrdə üz və saçlarını pudralayırdı?  Səbəb təkcə dəb deyil like
  • 23 İyn 03:03  
Digərləri Niyə avropalılar XVIII əsrdə üz və saçlarını pudralayırdı? Səbəb təkcə dəb deyil

XVII-XVIII əsr Avropa kişiləri adətən iri ağ pariklərdə, pudralanmış �

arrow Ətraflı
Sümük möhkəmliyini artırmağın sadə yolu tapıldı like
  • 23 İyn 02:02  
Digərləri Sümük möhkəmliyini artırmağın sadə yolu tapıldı

Fiziki fəaliyyət zamanı orqanizmdə ifraz olunan CLCF1 adlı zülal sümükl�

arrow Ətraflı
Qarışıq nikahların müsbət və mənfi tərəfi like
  • 23 İyn 01:01  
Digərləri Qarışıq nikahların müsbət və mənfi tərəfi

Son zamanlarda ölkəmizdə qarışıq nikahların sayı artıb.

arrow Ətraflı
Netanyahu xalq və Tramp üçün dualar etdi like
  • 23 İyn 00:31  
Dünya Netanyahu xalq və Tramp üçün dualar etdi

İsrailin Baş naziri Binyamin Netanyahu, ABŞ-nin İrana hava hücumlarından s

arrow Ətraflı