“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Digərləri 19 İyn 2025 15:40:00 78 0
"Bakcell" "PwC illik CEO sorğusu"nda iştirak edib
Bu xəbəri də oxu: İyunun müavinət və təqaüdləri bu tarixdə ödəniləcək
"Bakcell"in baş icraçı direktoru Klaus Müller hər il dünyanın müxtəlif ölkələrindən biznes liderlərinin iqtisadi, texnoloji və strateji məsələlərlə bağlı mövqelərini əks etdirən "PwC illik CEO sorğusu"nda iştirak edib.
"PwC Azərbaycan" nümayəndələri ilə müsahibə zamanı Klaus Müller ölkədə sürətlənən rəqəmsal və texnoloji inkişafın tendensiyaları ilə bağlı fikirlərini bölüşüb. O, innovasiyanın telekommunikasiya və texnologiya sənayesini dəyişdirən gücünü, süni intellektin genişlənən tətbiq sahələrini və qlobal trendlərin yaratdığı yeni imkanları vurğulayıb. Klaus Müller davamlı yenilənən texnoloji mühitə çevik adaptasiyanın və gələcəyə yönəlmiş milli ekosistemin formalaşmasında sahələrarası əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
"İnnovasiya və süni intellekt "Bakcell"in inkişaf strategiyasının əsasını təşkil edir. Bu istiqamətdə görülən ardıcıl və strateji işlər vasitəsilə biz məhsul və xidmətlərimizdə tətbiq etdiyimiz yeniliklərlə yanaşı, Azərbaycanın rəqəmsal gələcəyinin qurulmasına töhfə verməyi hədəfləyirik." - deyə Müller bildirib.
"PwC Qlobal" tərəfindən keçirilən sorğu ölkələr üzrə aparıcı şirkət rəhbərlərinin iqtisadi vəziyyət, dayanıqlılıq, texnoloji inkişaf və gələcək perspektivlərə dair mövqelərini əhatə edir. 2024-cü ildə 109 ölkədən 4701 şirkət rəhbərlərinin iştirak etdiyi sorğunun nəticələri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təqdim olunub. 2025-ci ilin sorğusunda xüsusilə, rəqəmsal transformasiya, süni intellektin təsiri və dayanıqlı inkişaf məsələləri ön plana çıxarılıb.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. "Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Aparıcı-pordüser Tarix Əliyev xəstəxanalıq olması ilə bağlı xəbərl�

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəy�

İranın bəzi dairələri yenə köhnə adət-ənənəni pozmurlar: daxildə ba

Azərbaycanda yanacaq doldurma məntəqələrində yayılmış bir vərdiş var

Çəkisi 23 kiloqrama qədər düşən türkiyəli sosial media fenomeni Nihal

Bundan sonra azərbaycanlı kişilər 4 qadınla evlənə biləcəklər. Amma bu

Külli miqdarda dələduzluqda təqsirləndirilən bloger Kənan Balahəsənlini

İran-İsrail müharibəsi 7-ci gününə daxil olarkən gərginlik daha da şid

İyunun 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin

Xalq artisti Ofeliya Sənani evində görüntülənib.

İsrailin Kanal 9 telekanalı Tel-Əvivin mərkəzindən foto görüntü paylaş

London Dizayn Biennalesi-2025 çərçivəsində Azərbaycan pavilyonunun rəsmi

Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən "Azərbaycan m
