Azərbaycanlı kişilər 4 arvad ala biləcək Şərtlər
Digərləri 19 İyn 2025 14:36:00 73 0
Bundan sonra azərbaycanlı kişilər 4 qadınla evlənə biləcəklər. Amma bunun üçün Rusiyaya getməlidirlər. Belə ki, Rusiya Müsəlmanları Ruhani İdarəsi müsəlmanlara eyni vaxtda dördə qədər qadınla nikah bağlamağa icazə verən fətva verib. Fətva ötən il verilsə də, qeyri-müsəlmanlar tərəfindən çoxsaylı narazılıqlar olduğundan gecikdirilmişdi. Bu ildən isə məsələ yenidən diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Rusiyada hüquqi mənada çoxarvadlılığa icazə verilmir. Amma mövcud Rusiya qanunvericiliyində çoxarvadlılığa görə cəza da yoxdur.
Dinşünas Yuri Tabak diqqətə çatdırıb ki, Rusiyada çoxarvadlılıq olmasa da, eyni zamanda iki ailəsi olan kişilər çoxdur.
"Belə bir problem var və hələ də həlli çətindir. Bir tərəfdən bu, qadağandır. Digər tərəfdən, müsəlmanların çox olduğu Rusiyada biz ənənələrə hörmət etməyə bilmərik. Kişilər onsuz da bir neçə qadınla gizli yaşadığı halda nə üçün bu cür ailələri qanuniləşdirmirik?! Amma hələlik bütün bunlar sual altındadır".
İnsan Hüquqları Şurasının (İHŞ) üzvü Kirill Kabanov isə narahatdır ki, çoxarvadlılığın leqallaşdırılmasından sonra müsəlmanlar Rusiya qanunlarına tabe olmaqdan imtina edə bilərlər.
Onun fikrincə, növbəti addım Rusiya məhkəmə sisteminin rədd edilməsi/tanınmaması və şəriət məhkəmələrinin tətbiqidir.
Rus Pravoslav Kilsəsi də çoxarvadlılığa qarşı çıxış edib. Belə ki, keşiş Pavel Ostrovski rus qadınlarını müsəlmanlarla münasibətə başlamazdan əvvəl, hətta qadın onunla evlənmək niyyətində olmasa belə, "100 dəfə düşünməyə" çağırıb.
Bəs dünyəvi ölkələrin rəsmi qanunlarında poliqamiya qadağan olunsa da, monoqomik ola bildikmi?
Bu sualın səmimi cavabı, böyük ehtimalla yoxdur. Amma yanaşmalar var, əlbəttə... Müasir həyat bizə monoqamiya gətirmədi. Son statistika göstərir ki, dünya kişilərin 70%-nin, qadınların isə 40%-nin nikahdan kənar münasibətləri var. Yəni insan təbiətən poliqamiyaya meyillidir. Amma psixoloqlar deyir ki, poliqamiya psixi pozuntudur.
Külli miqdarda dələduzluqda təqsirləndirilən bloger Kənan Balahəsənlini

İran-İsrail müharibəsi 7-ci gününə daxil olarkən gərginlik daha da şid

İyunun 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin

Xalq artisti Ofeliya Sənani evində görüntülənib.

İsrailin Kanal 9 telekanalı Tel-Əvivin mərkəzindən foto görüntü paylaş

London Dizayn Biennalesi-2025 çərçivəsində Azərbaycan pavilyonunun rəsmi

Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən "Azərbaycan m

Artıq 7 ildir ki, iki övladı üçün aliment ödəyən Nağıb Bədəlov sonu

Son bir neçə ildə ölkədə yay mövsümünün ilk ayında hava şəraiti nis

İranın paytaxtı Tehranda MOSSAD-a məxsus baza aşkarlanıb.

Gürcüstanın İsraildəki səfirliyinin yerləşdiyi binanın yaxınlığına
