İrandan İsrailə gözdağı: yüksək dağıdıcı gücə malik raketlər nümayiş etdirildi
Dünya 15 İyn 2025 09:15:00 68 0
İsrail-İran müharibəsinin ikinci günü bölgədə gərginliyin daha da artmasına səbəb olub.
Bu xəbəri də oxu: “Dünən ev almışdım, bu gün dağıldı”
Son.az Türkiyə mediasına istinadən xəbər verir ki, İsrailin İrana qarşı 200 döyüş təyyarəsi ilə həyata keçirdiyi hücumlara cavab olaraq, İran 100-dən çox kamikadze PUA ilə hücum təşkil edib.
İsrail şəhərlərində sirenlər səslənib, əhali sığınacaqlara axın edib. Gecə saatlarında Təl-Əviv və Hayfa şəhərlərində partlayış səslərinin davam etdiyi bildirilib.
İran rəsmi gözdağı verdi
Müharibənin ikinci günündə İran Müdafiə Nazirliyi sosial şəbəkələr vasitəsilə yeni nəsil, yüksək dağıdıcı gücə malik raket sistemlərinin görüntülərini yayımlayıb. Bu addım beynəlxalq müşahidəçilər tərəfindən İsrailə açıq şəkildə verilmiş hərbi gözdağı kimi qiymətləndirilib.
Dünya nəfəsini tutub gözləyir
Gərginliyin yalnız iki ölkə ilə məhdudlaşmadığı aydındır. ABŞ, Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatı başda olmaqla bir çox beynəlxalq təşkilat tərəfləri təmkinli olmağa çağırıb. Qlobal media bölgədə baş verənləri anbaan izləyir, Yaxın Şərqdə yeni bir müharibənin başlanması ehtimalı artıq ciddi şəkildə gündəmdədir.
"Eə bir raket atacağıq ki..."
İranın cavab hücumları davam etdiyi bir vaxtda, İran İnqilab Keşikçiləri Korpusunun komandiri açıqlama verərək bunları deyib:
"Yaxında elə bir raket buraxacağıq ki, dünya gördükləri qarşısında şok yaşayacaq".
Qeyd: Rəsmi təsdiqlənməyən məlumatlara əsasən bölgədəki gərginliyin daha da artması ehtimal edilir. Tərəflər arasında vasitəçi ölkələrin və beynəlxalq qurumların müdaxiləsi gözlənilir. Kənan Son.az
Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabınd

Disney Plus platformasında yayımlanacaq "Sekizinci Ailə" serialı g

Stüardessa sərnişinlərin görə bilmədiyi təyyarənin "gizli zonası&

Alimlər müəyyən ediblər ki, gündüz saatlarında yemək qəbulunu məhdudl

Yerin fırlanması yavaşlayır, ona görə də gələcəkdə bəşəriyyət 25

Alimlərin fikrincə, yaşıl gözlü insanlar başqalarının duyğularını v�

İsrailin Hərbi Hava Qüvvələri Tehrandakı hərbi obyektlərə yenidən zər

İrandan İsrailə yeni raket zərbələri endirilir.

İran ABŞ Prezidenti Donald Trampı öldürmək üçün iki dəfə cəhd göst�

İran heç vaxt nüvə silahına sahib olmaq niyyətində olmayıb.

Prezident İlham Əliyev 15 İyun - Milli Qurtuluş Günü münasibətilə sosia

15 iyun 1993-cü il - bu tarix Azərbaycan xalqının həyatında dönüş nöqt
