İcra başçısının qalmaqallı nümayəndəsi həbs edildi


Digərləri 14 İyn 2025 20:41:00 87 0

İcra başçısının qalmaqallı nümayəndəsi həbs edildi

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İntizam Məmmədov inzibati qaydada həbs olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dövlət məmuru "3 yol" adlanan ərazidə səs-küy salaraq nalayiq ifadələr işlətməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması səbəbilə saxlanılıb.

İntizam Məmmədov Zərdab şəhərinin "Bayraq Meydanı" adlanan hissəsində "Renault Megane" markalı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə DYP əməkdaşları tərəfindən saxlanılıb. Lakin o, bu haldan əsəbiləşərək yol polislərindən birinə "gəl sənə hörmət edim, çıxım gedim" deyib və nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşıb.

Daha sonra o, "3 yol" adlanan ərazidə yenidən saxlanılıb və bu zaman yüksək səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozub. Hətta polis əməkdaşlarını hədələyib.

1961-ci il təvəllüdlü İntizam Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub və iş baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə ifadə verən İntizam Məmmədov həmin gün əsəbi olduğunu, bank kartının bloklanması səbəbindən gərginlik yaşadığını və bu səbəbdən özünü itirərək hadisəni törətdiyini etiraf edib. O, səhvini başa düşdüyünü bildirib və yaşını, səhhətini və dövlət məmuru statusunu nəzərə alaraq cəzanın yüngülləşdirilməsini xahiş edib.

Lakin məhkəmə onun barəsində 8 sutka inzibati həbs qərarı çıxarıb. Qeyd edək ki, İntizam Məmmədovun həbs müddəti artıq başa çatıb və o, azadlığa buraxılıb.

Əlavə olaraq bildirək ki, İntizam Məmmədov 2018-2021-ci illərdə nümayəndəliyin baş mühasibi Bənövşə Əhmədova ilə qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərini aşmaqda və dövlət əmlakını mənimsəməkdə şübhəli bilinib. 2024-cü ilin mart ayında barəsində Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi açılıb. Son.az  

Kreditlə telefon ala bilmədi, araq içib "İrşad"ı qarət etdi like
  • 14 İyn 20:38  
Digərləri Kreditlə telefon ala bilmədi, araq içib "İrşad"ı qarət etdi

Tovuz şəhərində yerləşən "İrşad" elektronika mağazasından o

arrow Ətraflı
Cavan Zeynallı uzun müddət sonra göründü  tanınmaz halda like
  • 14 İyn 20:37  
Şou-biznes Cavan Zeynallı uzun müddət sonra göründü tanınmaz halda

Xalq artisti Cavan Zeynallının ən son görüntüləri yayılıb.

arrow Ətraflı
“Dünən ev almışdım, bu gün dağıldı” like
  • 14 İyn 20:26  
Dünya “Dünən ev almışdım, bu gün dağıldı”

"Evimi dünən almışdım və bu gün İranın raket hücumu nəticəsind�

arrow Ətraflı
Ərdoğan İlham Əliyevə zəng edib like
  • 14 İyn 20:24  
Siyasət Ərdoğan İlham Əliyevə zəng edib

İyunun 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan A

arrow Ətraflı
İmişli sakini ov tüfəngi ilə öldürüldü like
  • 14 İyn 20:11  
Kriminal İmişli sakini ov tüfəngi ilə öldürüldü

İmişli rayonunun Şəmmədli kəndi ərazisində qətl hadisəsi baş verib.

arrow Ətraflı
Şuşa şəhər 1 nömrəli tam orta məktəbdən 8 nəfər şagird məzun olur like
  • 14 İyn 19:44  
Digərləri Şuşa şəhər 1 nömrəli tam orta məktəbdən 8 nəfər şagird məzun olur

Bu gün Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə işğaldan azad edildik

arrow Ətraflı
Bilgəhdə uşaq dənizdə batdı like
  • 14 İyn 19:20  
Digərləri Bilgəhdə uşaq dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Netanyahu: Tezliklə Tehran səmasında İsrail təyyarələrini görəcəksiniz, hər bir hədəfi vuracağıq like
  • 14 İyn 19:05  
Dünya Netanyahu: Tezliklə Tehran səmasında İsrail təyyarələrini görəcəksiniz, hər bir hədəfi vuracağıq

İsrailin Baş naziri Benyamin Netanyahu video vasitəsilə bəyanat verərək b

arrow Ətraflı
8 yaşlı uşaq 8ci mərtəbədən yıxılıb öldü like
  • 14 İyn 18:50  
Digərləri 8 yaşlı uşaq 8ci mərtəbədən yıxılıb öldü

Ötən gecə Bakının Nərimanov rayonu Balaəmi Dadaşov küçəsində yerlə�

arrow Ətraflı
Dəriniz yağlıdırsa, bu qidalardan like
  • 14 İyn 18:36  
Digərləri Dəriniz yağlıdırsa, bu qidalardan

Dietoloqlar hesab edir ki, yağlı dəri tipinə sahib olan insanlar tez-tez qar

arrow Ətraflı
İlham Əliyev Britaniya Kralını təbrik edib like
  • 14 İyn 18:30  
Siyasət İlham Əliyev Britaniya Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyan�

arrow Ətraflı
İsrailin öldürülən komandirlərinin sayı açıqlandı like
  • 14 İyn 18:11  
Dünya İsrailin öldürülən komandirlərinin sayı açıqlandı

Zərbələr nəticəsində 20-dən çox İran komandiri öldürülüb.

arrow Ətraflı
Yeniyetmə dənizdə boğuldu like
  • 14 İyn 18:04  
Digərləri Yeniyetmə dənizdə boğuldu

Lənkəranda yeniyetmə dənizdə boğulub.

arrow Ətraflı
"Ona nəsə olsa, yaşaya bilmərəm" like
  • 14 İyn 17:57  
Şou-biznes "Ona nəsə olsa, yaşaya bilmərəm"

"Bacıma o qədər bağlı idim ki, o ailə quranda sarılıq tutdum. 5 ya�

arrow Ətraflı