Kreditlə telefon ala bilmədi, araq içib "İrşad"ı qarət etdi
Digərləri 14 İyn 2025 20:38:00 80 0
Tovuz şəhərində yerləşən "İrşad" elektronika mağazasından oğurluq edən şəxsə hökm oxunub. Hadisəyə səbəb mağaza tərəfindən ona kreditlə telefon verilməməsi olub.
Bu xəbəri də oxu: Ermənistanın sabiq baş naziri
Son.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Tovuz rayon sakini Tərlan Məmmədov (şərti ad) saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 177.2.3 (gecə vaxtı oğurluq) və 177.2.4 (yaşayış yerindən, habelə digər bina və tikililərdən oğurluq) maddələri ilə cinayət işi açılıb. İşı məhkəmədə baxılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, "İrşad" mağazasına gedərək bir telefon bəyənib və onu kreditlə almaq istəyib. Lakin kredit verilmədiyi üçün narazı qalıb. Şəhid qardaşı olduğunu deyən Tərlan buna əsəbiləşib və evə gedərək içki qəbul edib. Daha sonra - gecə saat 03:15 radələrində mağazaya qayıdıb və giriş qapısındakı asma qıfılı əlindəki metal armatur parçası ilə sındıraraq içəri daxil olub.
O, ümumi dəyəri 5699,96 manat olan müxtəlif markalara məxsus dörd mobil telefonu oğurlayaraq evində gizlədib. Hadisədən sonra polis tərəfindən saxlanılıb və cinayətini etiraf edib.
Məhkəmənin hökmü ilə Tərlan Məmmədov 2 il 3 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Eyni zamanda onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə zalından azadlığa buraxılıb. (Qaynarinfo) Son.az
Xalq artisti Cavan Zeynallının ən son görüntüləri yayılıb.

"Evimi dünən almışdım və bu gün İranın raket hücumu nəticəsind�

İyunun 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan A

İmişli rayonunun Şəmmədli kəndi ərazisində qətl hadisəsi baş verib.

Bu gün Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə işğaldan azad edildik

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

İsrailin Baş naziri Benyamin Netanyahu video vasitəsilə bəyanat verərək b

Ötən gecə Bakının Nərimanov rayonu Balaəmi Dadaşov küçəsində yerlə�

Dietoloqlar hesab edir ki, yağlı dəri tipinə sahib olan insanlar tez-tez qar

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyan�

Zərbələr nəticəsində 20-dən çox İran komandiri öldürülüb.

"Bacıma o qədər bağlı idim ki, o ailə quranda sarılıq tutdum. 5 ya�
