Həkim sevgilisini videoları ilə şantaj edən deputatlığa namizədə


Kriminal 14 İyn 2025 11:20:00 81 0

Həkim sevgilisini videoları ilə şantaj edən deputatlığa namizədə

Ötən il sevgilisini intim videolarla şantaj edən Sabirabad rayon sakini Məsləhət Zərbəliyevin məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, eyni zamanda narkotik vasitlərinin qanunsuz dövriyyəsində ittiham olunan deputatlığa keçmiş namizədə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Bildirilib ki, 38 yaşlı M.Zərbalıbəyli Bakıda yerləşən dövlət xəstəxanalarından birində həkim və şöbə müdiri kimi çalışan G.Nəsirova (şərti) ilə sevgili olub. O, 2022-ci ildən etibarən həmin qadını intim görüntüləri ilə şantaj edərək müxtəlif vaxtlarda ümumilikdə 42 min manata yaxın pul alıb. Məsləhət G.Nəsirova ilə telefonda kobud formada, söyüşlərdən istifadə etməklə danışıb və ona kart hesabı göndərərək pul ödəməsini tələb edib. Əks halda Səbail rayonu Şıxov qəsəbəsindəki istirahət mərkəzində birgə olduqları vaxt lentə alınmış görüntüləri onun ərinə, qardaşına və oğluna göndərəcəyini deyib.

Zərərçəkmiş şəxs qismində tanınmış G.Nəsirova ifadəsində Məsləhətlə aralarında sevgi münasibəti olduğunu bildirib: "Həkim işləyirəm. 2022-ci il tarixdə Məsləhətin bacısı uşağı mənim qəbulumda olarkən onunla tanış olmuşuq və münasibətimiz yaranıb. Təklikdə görüşüb birgə çay içib, çörək yemişik. Ailə üzvlərimin Məsləhətlə olan dostluq münasibətindən xəbəri olmayıb".

G.Nəsirova sonradan ifadəsini dəyişərək pulları keçmiş sevgilisinə borc kimi verdiyini deyib. Bundan başqa qadının Məsləhətin həbsindən sonra təcridxanaya gedərək onunla görüşməsi və sovqat aparması da müəyyən edilib. O, qarşı tərəfin niyə söyüşlə və kobud şəkildə danışması, pulu niyə tələb etməsi ilə bağlı suala isə, Məsləhətin kobud danışan şəxs olduğunu və bunu normal qarşıladığını, onunla aralarında borc pul məsələsi olması kimi izah edib.

İstintaq həkimin təqsirləndirilən şəxsin hədə-qorxusundan çəkindiyi üçün bu addımları atması qənaətinə gəlib. 

İfadə verən şahidlər M.Zərbalıbəylinin müxtəlif qadınlarla tanış olaraq münasibət yaratdığını və daha sonra onları şantaj etdiyini bildirib.

Məhkəmə Məsləhət Zərbalıbəylini Cinayət Məcəlləsinin 182.2 və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak ələ keçirmək məqsədilə və təkrar törədildikdə) maddələri ilə təqsirli bilib. Məhkəmənin 30 may tarixli hökmü ilə ona 6 il həbs cəzası verilib.

Qeyd edək ki, M.Zərbalıbəyli 2015-ci ildə Milli Dirçəliş Hərəkat Partiyası tərəfindən 63 saylı Sabirabad birinci seçki dairəsindən millət vəkilliyinə namizəd olub. O, bir neçə il əvvəl Bakıdakı hotellərdən birində gənc qıza təcavüzdə ittiham edilərək həbs olunub. Həmin cinayət işi üzrə M.Zərbalıbəylinə bəraət verilib və həbsdən azad edilib.

Valideynlərin NƏZƏRİNƏ: İyunun 21dən... like
  • 14 İyn 11:12  
Digərləri Valideynlərin NƏZƏRİNƏ: İyunun 21dən...

İyunun 21-dən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələri

arrow Ətraflı
Bakıdakı bütün ictimai çimərliklər 15 iyundan başlayacaq mövsümə tam hazır vəziyyətdədir like
  • 14 İyn 11:11  
Digərləri Bakıdakı bütün ictimai çimərliklər 15 iyundan başlayacaq mövsümə tam hazır vəziyyətdədir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı
İsrailİran qarşıdurmasına Bakını "çəkmək" istəyirlər: feyk xəbərləri like
  • 14 İyn 10:51  
Dünya İsrailİran qarşıdurmasına Bakını "çəkmək" istəyirlər: feyk xəbərləri

İsrailin İran ərazisindəki strateji obyektlərə aviazərbələr endirməsi

arrow Ətraflı
Günay özünə bahalı maşın aldı like
  • 14 İyn 10:38  
Şou-biznes Günay özünə bahalı maşın aldı

Müğənni Günay İbrahimli özünə yeni avtomobil alıb.

arrow Ətraflı
BDYPdən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ like
  • 14 İyn 10:20  
Digərləri BDYPdən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ

Bu gün ümumtəhsil müəssisələrində keçirilən "Son zəng" təd

arrow Ətraflı
Tanınmış musiqiçi vəfat etdi  FOTO like
  • 14 İyn 10:13  
Kriminal Tanınmış musiqiçi vəfat etdi FOTO

Tanınmış tarzən Cəmaləddin Hüseynov vəfat edib.

arrow Ətraflı
İran İsrailə raket zərbələri endirdi  ölənlərin sayı like
  • 14 İyn 09:53  
Dünya İran İsrailə raket zərbələri endirdi ölənlərin sayı

İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin say�

arrow Ətraflı
Ərdoğan Paşinyandan bunu like
  • 14 İyn 09:46  
Dünya Ərdoğan Paşinyandan bunu

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərd

arrow Ətraflı
TelƏvivdə bina çökdü like
  • 14 İyn 09:38  
Dünya TelƏvivdə bina çökdü

İranın son raket hücumu zamanı raketlərdən biri Təl-Əvivdə çoxmərtəb

arrow Ətraflı
Kişilərin “yox” deyə bilmədiyi qadınlar: bu BÜRCLƏR onları "dəli edir" like
  • 14 İyn 09:30  
Digərləri Kişilərin “yox” deyə bilmədiyi qadınlar: bu BÜRCLƏR onları "dəli edir"

Astrologiya əsrlərdir insanların xarakterini və münasibətlərini anlamaqda

arrow Ətraflı
"İran "qırmızı xətti" keçdi" like
  • 14 İyn 09:23  
Dünya "İran "qırmızı xətti" keçdi"

İran İsrailin mülki yaşayış məntəqələrinə raket atmağa cəsarət etm

arrow Ətraflı
Məşhur müğənni konsertində mühafizəçini "ALÇALTDI"  VİDEO like
  • 14 İyn 09:16  
Şou-biznes Məşhur müğənni konsertində mühafizəçini "ALÇALTDI" VİDEO

"Sent Vinsent" kimi tanınan müğənni və bəstəkar Enn Erin Klark

arrow Ətraflı
Quterreşdən İran və İsrailə like
  • 14 İyn 09:11  
Dünya Quterreşdən İran və İsrailə

"Bəsdir eskalasiya, dayanmaq vaxtıdır".

arrow Ətraflı
İrandan 6 Qazaxıstan vətəndaşı ölkəmizə keçdi like
  • 14 İyn 09:01  
Digərləri İrandan 6 Qazaxıstan vətəndaşı ölkəmizə keçdi

Qazaxıstanın altı vətəndaşı öz ölkəsinə qayıtması üçün Astara s�

arrow Ətraflı