Bakıdakı bütün ictimai çimərliklər 15 iyundan başlayacaq mövsümə tam hazır vəziyyətdədir
Digərləri 14 İyn 2025 11:11:00 93 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri başa çatdırılıb və bu məkanlar iyunun 15-dən etibarən başlayacaq çimərlik mövsümünə tam hazır vəziyyətə gətirilib.
Bu xəbəri də oxu: Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir”
Bu barədə Son.az-a IDEA İctimai Birliyindən məlumat verilib.
Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, futbol və voleybol meydançaları yenilənib və istifadə üçün tam hazır vəziyyətdədir.
Əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb.
İsrailin İran ərazisindəki strateji obyektlərə aviazərbələr endirməsi

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Pr

Bu gün ümumtəhsil müəssisələrində keçirilən "Son zəng" təd

İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin say�

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərd

Astrologiya əsrlərdir insanların xarakterini və münasibətlərini anlamaqda

İran İsrailin mülki yaşayış məntəqələrinə raket atmağa cəsarət etm

"Sent Vinsent" kimi tanınan müğənni və bəstəkar Enn Erin Klark

Qazaxıstanın altı vətəndaşı öz ölkəsinə qayıtması üçün Astara s�

İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına videomüraciət ünvanla

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi
