Azərbaycanda yay turizm mövsümünə start verilib


Digərləri 13 İyn 2025 15:37:00 101 0

Azərbaycanda yay turizm mövsümünə start verilib

İyunun 13-də Dövlət Turizm Agentliyinin və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar media nümayəndələri üçün "Şahdağ"a mediatur təşkil edilib.

Mediaturun əsas məqsədi Azərbaycanda yay turizminin inkişafı və təbliğinə dəstək məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən tədbirləri, o cümlədən mövcud turizm destinasiyalarını və xidmətləri geniş ictimaiyyətin diqqətinə çatdırmaq, həmçinin "Şahdağ" Turizm Mərkəzində aparılan infrastruktur yenilikləri və ziyarətçilər üçün yaradılan yeni imkanlarla bağlı məlumat verməkdir.

Tədbir çərçivəsində turizm sənayesinin yay turizm mövsümünə hazırlığını, eləcə də "Şahdağ" Turizm Mərkəzində yay mövsümündə turistlər üçün nəzərdə tutulan mövcud və yeni turizm məhsullarını əhatə edən təqdimatlar nümayiş olunub.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə 2030-cu ilə qədər turizm sektorunda ÜDM istehsalının 11.5 milyard manata, turizmin qeyri-neft və qaz iqtisadiyyatındakı payının 8.2 faizə, turizm üzrə daxilolmaların 7.4 milyard manata çatacağının proqnozlaşdırıldığını bildirib. DTA sədrinin müşaviri bununla yanaşı, bu dövr ərzində regionların xarici turist gecələmələrindəki xüsusi çəkisinin 46 faizə, turizm sənayesinin muzdlu əmək bazarındakı payının isə 5.8 faizə yüksələcəyinin gözlənildiyini qeyd edib.

Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova öz çıxışında ilkin qiymətləndirmələrə görə ötən il turizm sektorunun ölkə iqtisadiyyatında payının 4.5 faiz, o cümlədən qeyri-neft və qaz sektorunda isə 6.7 faiz olduğunu qeyd edib. O, həmçinin 2018-2024-cü illərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti növü üzrə ÜDM istehsalının illik orta hesabla 3.8 faiz artdığını, bunun nəticəsində 7 il ərzində bu sektorda yaradılan əlavə dəyərin 30 faiz yüksələrək 2024-cü ildə 3.1 milyard manata çatdığını bildirib. Günay Bayramova 2017-2024-cü illərdə mehmanxana və mehmanxana tipli müəssisələrin sayının 44.4 faiz, onların birdəfəlik tutumunun isə 62 faizə yaxın artığını vurğulayıb. 

Tədbirdə çıxış edən "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov yay mövsümü ilə əlaqədar ərazidə və hotellərdə mövcud infrastrukturun təkmilləşdirildiyini, yenidənqurma və bərpa işlərinin aparıldığını, o cümlədən kanat xətlərinin, qonaqlara təklif olunan əyləncə növlərinin və atraksionların texniki baxışdan keçirilərək hazır vəziyyətə gətirildiyini qeyd edib. O, paralel olaraq  gələn ilin mart ayında "Şahdağ"da keçiriləcək Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışları ilə bağlı infrastruktur işlərinə başlanıldığını, yeni 10 km-lik xizək yolunun inşasının aparıldığını, bununla yanaşı, bu ilin sonuna 124 nömrəlik yeni "Lakeside" hotelinin istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirib. Rüstəm Nəcəfov kompleksin inkişafının və genişləndirilməsinin mərhələli şəkildə həyata keçirildiyini və aparılan işlərin davamlı xarakter daşıdığını bildirib. 

Mediatur çərçivəsində media nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan turizm xidmətləri ilə tanış olub, atraksionlardan və müxtəlif yay əyləncələrindən istifadə ediblər.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycana səfər edən əcnəbi qonaqların sayı 979 963 nəfər təşkil edib.

İsrailin Təbrizə endirdiyi hava zərbələri nəticəsində 5 nəfər ölüb, 12 nəfər isə yaralanıb like
  • 13 İyn 15:30  
Digərləri İsrailin Təbrizə endirdiyi hava zərbələri nəticəsində 5 nəfər ölüb, 12 nəfər isə yaralanıb

İsrailin İranın şimal-qərbində yerləşən Təbriz şəhərinə endirdiyi

arrow Ətraflı
Turizm sektorunda yaradılmış əlavə dəyər 7 ildə 30% artıb  Şöbə müdiri like
  • 13 İyn 15:27  
Digərləri Turizm sektorunda yaradılmış əlavə dəyər 7 ildə 30% artıb Şöbə müdiri

Azərbaycanda turizm sektorunda yaradılan əlavə dəyər 7 il ərzində 30% ar

arrow Ətraflı
Tramp İranı daha böyük dağıntılarla hədələyib, təcili razılaşma çağırdı like
  • 13 İyn 15:23  
Dünya Tramp İranı daha böyük dağıntılarla hədələyib, təcili razılaşma çağırdı

ABŞ Prezidenti Donald Tramp cümə günü sərt bəyanatla çıxış edərək,

arrow Ətraflı
Bu şəxslərə diplomatik pasport veriləcək like
  • 13 İyn 15:14  
Digərləri Bu şəxslərə diplomatik pasport veriləcək

Xarici İşlər Nazirliyi tərəfindən diplomatic passport verilən şəxsləri

arrow Ətraflı
AZAL bugün iki ölkəyə olan reysləri ləğv etdi like
  • 13 İyn 15:10  
Digərləri AZAL bugün iki ölkəyə olan reysləri ləğv etdi

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava mə

arrow Ətraflı
"Hər il imtahan verirəm, amma kəsilirəm" like
  • 13 İyn 15:06  
Şou-biznes "Hər il imtahan verirəm, amma kəsilirəm"

Müğənni Eldəniz Məmmədov maraqlı etiraf edib.

arrow Ətraflı
Kamaləddin Qafarov: “Azərbaycanın  uğurları Heydər Əliyev siyasi irsinin təntənəsidir” like
  • 13 İyn 15:00  
Siyasət Kamaləddin Qafarov: “Azərbaycanın uğurları Heydər Əliyev siyasi irsinin təntənəsidir”

"Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanın dünyanın siyas

arrow Ətraflı
Kondisioner qoşmayan taksilərin lisenziyası ləğv edilə bilər like
  • 13 İyn 14:51  
Digərləri Kondisioner qoşmayan taksilərin lisenziyası ləğv edilə bilər

Yay mövsümünün gəlməsi ilə paytaxtda taksilərdə kondisioner problemi ye

arrow Ətraflı
İsraildə təhsil müəssisələri fəaliyyətini dayandırdı like
  • 13 İyn 14:43  
Dünya İsraildə təhsil müəssisələri fəaliyyətini dayandırdı

İsrailin Daxili Qoşunlar Komandanlığının təlimatlarına əsasən, ölkəd

arrow Ətraflı
Ermənistanın keçmiş baş naziri saxlanıldı like
  • 13 İyn 14:33  
Dünya Ermənistanın keçmiş baş naziri saxlanıldı

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan saxlanılıb.

arrow Ətraflı
Elektrik enerjisinə sabit tarif gəlir  Yeni sistem nələri dəyişəcək? like
  • 13 İyn 14:31  
Digərləri Elektrik enerjisinə sabit tarif gəlir Yeni sistem nələri dəyişəcək?

Elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tari

arrow Ətraflı
Ermənistanın təcavüzkar siyasəti məhkəmə qarşısında  Levon Mnatsakanyan etiraf etdi like
  • 13 İyn 14:25  
Siyasət Ermənistanın təcavüzkar siyasəti məhkəmə qarşısında Levon Mnatsakanyan etiraf etdi

İyunun 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi

arrow Ətraflı
"2 ayın gəlini olmuşam, dedi ki, uşağını at..." like
  • 13 İyn 14:20  
Şou-biznes "2 ayın gəlini olmuşam, dedi ki, uşağını at..."

Əməkdar artist Sevinc Əliyeva şəxsi həyatı barədə maraqlı etiraf edib.

arrow Ətraflı
İkinci dalğa başladı  İsrail İranın bu şəhərlərini bombalayır  VİDEO like
  • 13 İyn 14:11  
Dünya İkinci dalğa başladı İsrail İranın bu şəhərlərini bombalayır VİDEO

İsrail İyunun 13-də İranın bir neçə şəhərini hədəfə alan ikinci dal

arrow Ətraflı