Kamaləddin Qafarov: “Azərbaycanın uğurları Heydər Əliyev siyasi irsinin təntənəsidir”


Siyasət 13 İyn 2025 15:00:00 64 0

Kamaləddin Qafarov: “Azərbaycanın  uğurları Heydər Əliyev siyasi irsinin təntənəsidir”

"Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşılaşdığı bir məqamda xilaskarlıq missiyasını öz üzərinə götürməklə,  öz xalqı və ölkəsi qarşısında ən böyük xidmətlərindən birini göstərmişdir. Müstəqilliyimizin ilk iki ili ərzində respublikada sürətlə davam edən mürtəce, dağıdıcı proseslər 1993-cü ilin may-iyun aylarında ölkəni vətəndaş müharibəsinin başlanması ərəfəsinə gətirmiş və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu".

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, belə bir mürəkkəb dövrdə Azərbaycan xalqı dövlətin və millətin başı üzərini almış ölümcül təhlükələrdən yeganə xilas yolunun yalnız Ulu Öndərin ölkəyə rəhbərliyi öz üzərinə götürməsində olduğunu zamanında görərək, Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. "Bundan sonra ölkənin o dövrkü rəhbərliyi Ulu Öndəri Bakıya dəvət etməyə məcbur oldu. Beləliklə, 1993-cü il iyunun 15-də Milli Məclisdə Heydər Əliyev parlamentin sədri seçildi. Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışını Milli Qurtuluş günü kimi qeyd edir. Ölkənin, xalqın, Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu ağır bir zamanda xalqın çağırışına səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü və bu yolda misilsiz fədakarlıq nümayiş etdirərək, ölkəmizi ictimai-siyasi xaos və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi".

K.Qafarov  Ümummilli Liderimizin dövlət quruculuğu işinin ən mühüm istiqamətlərində böyük uzaqgörənliklə atdığı məqsədyönlü və zəruri addımların ölkəmizin bugünkü inkişaf səviyyəsinə çıxması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb, eyni zamanda da, bu gün ölkəmizin əldə etdiyi parlaq qələbələrin əsasında məhz Heydər Əliyev ideyalarının durduğunu diqqət mərkəzinə çəkib: "Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında olan sonsuz sayda ən önəmli xidmətləri sırasında qüdrətli Ordu quruculuğu sahəsində görülən işlər xüsusi yer tutur. Heydər Əliyev bu sahənin müstəsna əhəmiyyətini hələ sovet dönəmində düzgün qiymətləndirərək, o dövrdə respublikada hakimiyyətə gəlişindən dərhal sonra hərbi kadrların hazırlanması istiqamətində xüsusi səylər göstərməyə başladı. Qeyd olunmalıdır ki, müstəqilliyin ilk illərində mövcud olan, ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr 1993-cü ildən sonra Ali Baş Komandan cənab Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. Məhz Ulu Öndərimizin əsasını qoyduğu qüdrətli Azərbaycan Ordusu 2020-ci ildə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbə qazanaraq 30 illik işğala son qoydu. 2023-cü ilin sentyabr ayında isə cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu il artıq ikinci dəfə olaraq Azərbaycan xalqı Milli Qurtuluş Gününü ölkəmizin istisnasız bütün ərazisində böyük təntənə ilə qeyd edəcək. Bu, Azərbaycanda olan xalq-iqtidar birliyinin ən böyük təntənəsi, Heydər Əliyev siyasi irsinin ölməzliyinin bariz nümayişidir".

Kondisioner qoşmayan taksilərin lisenziyası ləğv edilə bilər like
  • 13 İyn 14:51  
Digərləri Kondisioner qoşmayan taksilərin lisenziyası ləğv edilə bilər

Yay mövsümünün gəlməsi ilə paytaxtda taksilərdə kondisioner problemi ye

arrow Ətraflı
İsraildə təhsil müəssisələri fəaliyyətini dayandırdı like
  • 13 İyn 14:43  
Dünya İsraildə təhsil müəssisələri fəaliyyətini dayandırdı

İsrailin Daxili Qoşunlar Komandanlığının təlimatlarına əsasən, ölkəd

arrow Ətraflı
Ermənistanın keçmiş baş naziri saxlanıldı like
  • 13 İyn 14:33  
Dünya Ermənistanın keçmiş baş naziri saxlanıldı

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan saxlanılıb.

arrow Ətraflı
Elektrik enerjisinə sabit tarif gəlir  Yeni sistem nələri dəyişəcək? like
  • 13 İyn 14:31  
Digərləri Elektrik enerjisinə sabit tarif gəlir Yeni sistem nələri dəyişəcək?

Elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tari

arrow Ətraflı
Ermənistanın təcavüzkar siyasəti məhkəmə qarşısında  Levon Mnatsakanyan etiraf etdi like
  • 13 İyn 14:25  
Siyasət Ermənistanın təcavüzkar siyasəti məhkəmə qarşısında Levon Mnatsakanyan etiraf etdi

İyunun 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi

arrow Ətraflı
"2 ayın gəlini olmuşam, dedi ki, uşağını at..." like
  • 13 İyn 14:20  
Şou-biznes "2 ayın gəlini olmuşam, dedi ki, uşağını at..."

Əməkdar artist Sevinc Əliyeva şəxsi həyatı barədə maraqlı etiraf edib.

arrow Ətraflı
İkinci dalğa başladı  İsrail İranın bu şəhərlərini bombalayır  VİDEO like
  • 13 İyn 14:11  
Dünya İkinci dalğa başladı İsrail İranın bu şəhərlərini bombalayır VİDEO

İsrail İyunun 13-də İranın bir neçə şəhərini hədəfə alan ikinci dal

arrow Ətraflı
Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir like
  • 13 İyn 14:07  
Digərləri Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.

arrow Ətraflı
Leysan olacaq, dolu düşəcək  XƏBƏRDARLIQ like
  • 13 İyn 14:05  
Digərləri Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

İyunun 14-ü gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayara

arrow Ətraflı
Psixoloq Samirə bu sözlərinə görə QINANDI like
  • 13 İyn 14:00  
Digərləri Psixoloq Samirə bu sözlərinə görə QINANDI

Tanınmış psixoloq Samirə Bağırova açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Avropa Şurası sülh istəyirsə, İrəvana diqqətlə baxsın like
  • 13 İyn 13:54  
Siyasət Avropa Şurası sülh istəyirsə, İrəvana diqqətlə baxsın

Avropa Şurasının baş katibi Alen Bersenin Ermənistana səfəri siyasi hadis

arrow Ətraflı
Qazın qiyməti dəyişir  Yeni tarif sistemi kimə necə təsir edəcək? like
  • 13 İyn 13:46  
Digərləri Qazın qiyməti dəyişir Yeni tarif sistemi kimə necə təsir edəcək?

2028-ci il iyulun 1-dən qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (

arrow Ətraflı
İranda internetə məhdudiyyət qoyuldu like
  • 13 İyn 13:40  
Dünya İranda internetə məhdudiyyət qoyuldu

İranda internet məhdudlaşdırılıb. 

arrow Ətraflı
İran prezidenti xalqa müraciət edəcək like
  • 13 İyn 13:35  
Digərləri İran prezidenti xalqa müraciət edəcək

İran prezidenti Məsud Pezeşkian İsrailin İrana hücumu ilə əlaqədar tezl

arrow Ətraflı