“Türk” etnonimi və törələri YUNUS OĞUZ yazır
Digərləri 12 İyn 2025 12:44:00 85 0
YUNUS OĞUZ
Bu xəbəri də oxu: Nəzrinin ölümündə təqsirləndirilən Sənan Mehdiyev məhkəmə qarşısında
Əvvəlini buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/595674
Tapınaqlar və inanclar haqqında
İnsan yarandığı gündən özünü axtarmağa başlamış, nə üçün və necə yaşamağı özündən soruşmuş, buna uyğun simvollar qəbul etmişdir. Həyat axarının çıxışını tapmayanda isə miflər, əfsanələr yaratmışdır. Bəlkə də bu miflər, əfsanələr həqiqətən mövcud olmuş və zaman keçdikcə unudulmuşdur. İnsan hər şeyi bəsit həyatdan başlayanda ağızdan-ağıza keçənlərə inanmamış və danışılanları mif hesab etmişdir. Heç şübhə etmirik ki, 40-50 min il bundan əvvəl bir danışıq dili, protodil olmuşdur. Sonradan, 5-6 min il bundan öncə protodil öz yerini yeni yaranmış dillərə verəndə, boylar, oymaqlar, tayfalar bir-birindən min kilometrlərlə uzaq düşəndə, onların öz dilləri yaranmağa başladı və boy, yaxud soy mifləri, əfsanələri özlərinə uyğun özününküləşdirib, protodildə qalanları unutmağa başladılar. Heç şübhəsiz ki, protodilin dövründə yaşayanların uzayla (kosmosla) əlaqələri vardı və onlar bundan istifadə edib özlərinin inkişaf mərhələsini keçirdilər. Təsadüfi deyil ki, şumerlər və mayalılar (Amerika) mükəmməl ulduz və günəş sistemlərini bir-birindən xəbərsiz yaratmışdılar. Platon öz əsərlərində "əfsanəvi" Atlantida haqqında məlumat verir. Leonardo da Vinçi gələcəyin uçaqlarının eskizlərini çəkir və günümüzə bunlar gəlib çıxır. Homerin "İlliada" əsərində Turoba (Troya) şəhərini on doqquzuncu əsrin sonlarına qədər "əfsanə" hesab etsələr də, Şliman bu şəhəri tapır.
Kimin nə deməsindən asılı olmayaraq insan nəslinin kosmosla bağ əlaqəsi movcuddur və bu özünü zaman-zaman göstərir.
Min illər dövlətlərin nə işğal planları dəyişdi, nə də silahları. Min illər qılınc, qalxan, ox-yay, əmud, nizə, balta, qalxan silahları, döyüş geyimləri dəyişmədi. Ancaq son yüz ildə hər şey dəyişdi, xüsusən də son qırx ildə "sürətli dəyişmələr"in qarşısında duruş gətirə bilmirik.
Yerdəki insanlara texnologiyanı inkişaf etdirmək üçün informasiyalar ötürülür.
Bunu qədim misirlilərin bizə miras qoyduğu "uçan boşqab" təsvirləri də göstərir.
Təsəvvür edin ki, yer kürəsi üç ölçülü zamanda deyil, dörd-beş ölçülü zamanda yaşayır.
Biz hal-hazırda üç ölçülü zamandan dörd ölçülü zamana keçid dövrünü yaşayırıq və təbiidir ki, bunun insanlığa xeyri olduğu kimi fəsadları da göz qabağındadır. Güclü ilə gücsüzün müharibəsi, "virus"ların savaşı, iqlim dəyişikliyi, hibrid savaşı və bir azdan kosmik müharibələr adi hala çevriləcək. Gənc nəsil bir neçə ildən sonra su qıtlığının və bunun uğrunda gedən müharibələrin şahidi olacaq.
Bir də təsəvvür edin ki, Yer kürəsində harasa bir "uçan boşqab" enir və oradan skafandrada "qumanoid" düşür. Yeri gəlmişkən, ötən əsrin doxsanıncı illərinə qədər belə hadisələri rəsmi orqanlar insan təxəyyülünün məhsulu sayırdılar və buna "uydurma", yəni mif deyirdilər.
On üçüncü əsrdə o qumanoidi yerdə görən insan fikirləşərdi ki, onun yanına "Allah" gəlib. "Allah"ı "görən" insan qorxusundan səsini çıxarmırdı. Yaxud bilirdi ki, ona heç kim inanmayacaq, ya da küfr danışdığına görə dini konfessiya tərəfindən təqib olunacaq. Söz yox ki, yüksək və ali dərəcədə inkişaf etmiş qumanoid gəldiyi kimi də yoxa çıxacaqdı.
Amma, beş-altı min il əvvəl insan özünün mifoloji dünyabaxışını yaratmış və bu dünya baxışında türk insanları təktanrını başqa xalqlardan fərqli olaraq ortaya çıxarmışdır. Bu həm də qədim türklərə imkan vermişdir ki, sosial həyatda yaşamlarını inam kimi törə biçiminə uyğunlaşdırsınlar. Sonradan törə inamları, yaşam tərzi mifologiyadan dinə keçid alanda gerçəkləşdirdi.
Bu baxımdan qədim türklərin mifologiya dünyagörüşü çox zəngindir. Belə ki, "Zaman-Məkan", "Yaranış", "Ölüb-dirilmə", "Yaşam ağacı və Yaşam suyu (dirilik suyu)", mifləri, eyni zamanda rəqəmlər (say), rəng, simvollar haqqında miflər günümüzə qədər gəlib çıxmışdır.
Qədim türklərdə yaranışından, sosial yaşamda yaranmış törələrlə yanaşı kosmik düzənə aid Göy, Yer-sub, Dağ, Ağac kultları da mövcud olub. Bu, türklərin ilkin inanc yeri, tapınaqları olub. "Dədə Qorqud" dastanında, elə indinin özündə də ilkin inanclara uyğun olaraq "Göy haqqı", "Yer haqqı", "Su haqqı", "Dağ haqqı", "Ağac haqqı" kimi andiçmələr var. Bu ondan irəli gəlir ki, ta yaranışından əski türklər özlərini Göy və Yerlə vəhdət hesab ediblər, onların bir parçası olublar. Elə indinin özündə də müxtəlif bölgələrdə bəzi ağacları türklər müqəddəs hesab ediblər, ziyarətə gediblər və gedirlər, ağaca müxtəlif rəngli parça kəsikləri bağlayıb arzu edər, əhd tutarlarmış. Elə indinin özündə də Naxçıvana "Əshabi-Kəhf" ziyarətinə gedəndə əhd edib bəlli bir yerdə dayanılır. Əgər qayadan su damcısı onun başına düşərdisə, deməli ürəyində tutduğu arzu həyata keçəcək. Belə misalları çox çəkmək olar, hətta bu kimi hadisələr xristianlarda, yəhudilərdə və digər dinlərə tapınan xalqlarda da var. Bu onların inancıdır və bu inancları islam və digər dinlər də əllərindən ala bilməyib, qılınc, zor kömək etməyib. Türklər təkcə Tanrıya bağlı deyildir, həm də onun yerdə yaratdığına, təbiətə bağlı idilər. Qədim türklər təbiətin onlara Tanrı tərəfindən verildiyinə inanır və onu kulta çevirirdi. Onlar ildırımı Tanrının silahı hesab etmişlər. İldırım vuran ağacı tapınaq kimi qəbul etmiş və ziyarətə gəlmişlər.
Tikintiyə icazə verilməsinin ümumi qaydalarına əlavələr edilir.

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətl

Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsinin olac

Britaniyada məşhur "Jolly Rancher" konfetləri ilə bağlı təcili

İyunun 13-də gözlənilən hava şəraiti açıqlanıb.

İyun ayının 1-də Quba rayonunun 23 yaşlı sakini Samir Rüstəmov şəhər

Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edil

İrəvanın düz mərkəzində, özü də Ermənistan rəhbərliyinin "Azə

Siqaret çəkməkdən söhbət düşəndə, insanların böyük əksəriyyətini

Məşhur prodüser Anar Mədətov qalmaqallı açıqlaması ilə diqqət çəki

Tiktok sosial şəbəkəsində mobil telefonları dəyərindən ucuz qiymətə s

Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürm

Bir müddət əvvəl stomatoloqlardan TƏBİB tərəfindən 1800 manat icarə ha

Bakıdakı "Badamdar Hotel & Residences" hotelinin baş xəzinadarı v
