Mənimsədiyi pullarla sevgilisinə 1000 qızılgül almışdı 8 illik həbs


Digərləri 12 İyn 2025 11:27:00 87 0

Mənimsədiyi pullarla sevgilisinə 1000 qızılgül almışdı  8 illik həbs

Bakıdakı "Badamdar Hotel & Residences" hotelinin baş xəzinadarı vəzifəsində çalışmış Dünyamalı Qarayev barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 30 yaşlı D.Qarayev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

Ona qarşı irəli sürülən 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddə üzrə ittiham isə hökmdən xaric edilib.

Bildirilib ki, "PMD Hospitality" şirkətlər qrupuna məxsus "Badamdar Estates" MMC-nin tabeliyində fəaliyyət göstərən, Səbail rayonu Mikayıl Müşfiq küçəsində yerləşən "Badamdar Hotel & Residences"də baş xəzinədar olan Dünyamalı iş yerinə məxsus ümumilikdə 163.259,46 manat pulu mənimsəyib.

Belə ki, o, kassaya daxil olan sənədləri rəsmi qeydiyyata aldıqdan sonra məbləğlərə vergül əlavə etməklə sənədləri dəyişib və daha az məbləğ göstərib. Məsələn, 4000 manat məbləğli mədaxil qəbzinə vergül əlavə edərək məbləği 400,0 manat kimi göstərib, qalan 3600 manatı mənimsəyib. Bu üsulla külli miqdarda pulu mənimsəyərək özünə götürüb.

D.Qarayev ifadəsində mənimsədiyi pulun bir hissəsini sevgilisinə xərclədiyini bildirib. Aylıq maaşı 750 manat olan Qarayev sevgilisinə gül mağazalarından birindən 1000 manata 1000 ədəd qızılgül də alıb hədiyyə etdiyini və digər əyləncələrə xeyli pul xərclədiyini bildirib.

Məhkəmənin hökmü ilə D.Qarayevə 8 il həbs cəzası verilib.

Həmçinin hotelin mülki iddiası təmin edilib və 163.259,46 manat pulun təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş MMC-nə ödənilməsinə qərar verilib.


Xəbərə aid video

Bakıda uşaq bağçasında ölüm hadisəsi like
  • 12 İyn 11:19  
Digərləri Bakıda uşaq bağçasında ölüm hadisəsi

Bakıda uşaq bağçasında ölüm hadisəsi olub.

arrow Ətraflı
Ən çox və az müharibə veteranı olan rayonlar  SİYAHI like
  • 12 İyn 11:15  
Digərləri Ən çox və az müharibə veteranı olan rayonlar SİYAHI

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyat

arrow Ətraflı
Büdcə sancıları: Rusiya iqtisadiyyatı hara gedir? like
  • 12 İyn 11:09  
Siyasət Büdcə sancıları: Rusiya iqtisadiyyatı hara gedir?

Rusiya iqtisadiyyatının 2025-ci ildəki büdcə mənzərəsi son dərəcə zid

arrow Ətraflı
İlham Əliyev Filippin dövlət başçısını təbrik etdi like
  • 12 İyn 11:03  
Siyasət İlham Əliyev Filippin dövlət başçısını təbrik etdi

Prezident İlham Əliyev Filippin Respublikasının Prezidenti Ferdinand Romuald

arrow Ətraflı
Prezident İlham Əliyev Vladimir Putini təbrik etdi like
  • 12 İyn 11:01  
Siyasət Prezident İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının

arrow Ətraflı
Qadın ona sataşan kişini güllələdi  FOTO like
  • 12 İyn 11:00  
Digərləri Qadın ona sataşan kişini güllələdi FOTO

Malatyada qadın onu narahat edən kişini güllələyib.

arrow Ətraflı
Bakıdakı məktəbdə şagirdlərdən attestat üçün 20 manat yığılır?  İDDİA like
  • 12 İyn 10:44  
Digərləri Bakıdakı məktəbdə şagirdlərdən attestat üçün 20 manat yığılır? İDDİA

Attestat üçün hər şagirddən 20 manat pul istənildiyi iddia olunur.

arrow Ətraflı
Xəzər dənizində yeni TƏHLÜKƏ – ilanlar zərərsizdir? like
  • 12 İyn 10:35  
Digərləri Xəzər dənizində yeni TƏHLÜKƏ – ilanlar zərərsizdir?

Artıq yay öz nəfəsini hiss etdirir. Çimərlik mövsümünün açılmasına

arrow Ətraflı
Qəzada yaralanan sürücü xəstəxanada öldü like
  • 12 İyn 10:29  
Digərləri Qəzada yaralanan sürücü xəstəxanada öldü

Mingəçevirdə iyunun 5-də baş vermiş qəzada xəsarət alan sürücü həya

arrow Ətraflı
Bakıda DƏHŞƏT  yerdə uzanan piyadanın üzərindən maşın keçdi like
  • 12 İyn 10:25  
Digərləri Bakıda DƏHŞƏT yerdə uzanan piyadanın üzərindən maşın keçdi

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində piyadavurma ilə nətic

arrow Ətraflı