ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi FOTO


Digərləri 06 İyn 2025 23:43:00 80 0

ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi  FOTO

Qurban bayramı münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən (ATİAHİ) tədbir təşkil olunub.

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) keçirilən tədbirdə Konfederasiya nümayəndələri, Respublika Komitəsinin rəhbərliyi, rayon komitələrinin sədrləri və ittifaq üzvləri iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən ATİAHİ RK sədri Araz Paşayev iştirakçıları salamlayaraq AHİK rəhbərliyi adından bayram münasibətilə təbriklərini çatdırıb. Komitə sədri son 8 ayda görülən işlərə toxunaraq qeyd edib ki, 13 mindən çox təhsil işçisi sanatoriya-kurort və istirahət yollayışları ilə təmin olunub. Eyni zamanda "Kurort" Turizm İnformasiya Mərkəzi vasitəsilə bu xidmətlər "bir pəncərə" prinsipi əsasında daha çevik və əlçatan formada təqdim olunur. Həmçinin Əməyin Mühafizəsi və Hüquq Yardım Mərkəzi yaradılaraq ittifaq üzvlərinə peşəkar və tam ödənişsiz hüquqi və psixoloji xidmətlər göstərilir.

Araz Paşayev əlavə edib ki, təqaüd proqramlarının əhatə dairəsi də əhəmiyyətli dərəcədə genişləndirilib. Əvvəlki dövrdə 65 tələbəni əhatə edən "Adlı Təqaüd" layihəsi bu il 400 nəfərə çatdırılıb. Bundan başqa, Qarabağ Universitetinin 50 tələbəsi və sosial həssas təbəqədən olan 50 qız tələbə xüsusi təqaüdlə təmin olunacaqdır.

Bildirilib ki, aztəminatlı ailələr və həssas kateqoriyadan olan üzvlər daim təşkilatın diqqət mərkəzindədir və onlara göstərilən dəstək bundan sonra da davam etdiriləcək.

AHİK sədrinin müşaviri Orxan Ərəbov Konfederasiyanın sosial təşəbbüslərindən və həmkarlar ittifaqlarının yeni texnoloji qaydalarla təchiz olunmuş elektron yollayış sistemi barədə ətraflı məlumat verib. O bildirib ki, bu gündən başlayaraq yeni sistem tam istifadəyə verilib.

Tədbirdə AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev çıxış edərək Qurban bayramının tarixi və mənəvi dəyərlərindən danışıb, ATİAHİ ilə əməkdaşlıq çərçivəsində keçirilən birgə təlimlərinin uğurlu nəticələrini vurğulayıb.

ATİAHİ Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova çıxışında təşkilatın sosial həssas qruplara, xüsusilə şəhid ailələrinə, o cümlədən şəhid övladlarına yönəlmiş dəstək təşəbbüslərindən bəhs edib, onların maarifləndirici proqramlarda və istirahət layihələrində iştirakı üçün yaradılan imkanları diqqətə çatdırıb.

Tədbir bədii yaradıcılıq müsabiqəsinin qaliblərinin təqdim etdiyi musiqili proqramla davam edib.

Sonda Qurban bayramı münasibətilə ATİAHİ-yə üzv olan 1000 nəfər təhsil işçisinin hər birinə 100 manat dəyərində hədiyyə kuponları təqdim olunub. Bu dəstək əsasən aztəminatlı və sosial cəhətdən həssas kateqoriyaya aid olan üzvləri əhatə edib.

İdman xərçəng xəstələrinin ömrünü uzadırmış like
  • 06 İyn 23:30  
Digərləri İdman xərçəng xəstələrinin ömrünü uzadırmış

Fiziki aktivlik təkcə sağlam qalmaq üçün deyil, xərçəngdən sağ qalan

arrow Ətraflı
Rusiyada 15 yaşlı məktəbli qız körpəsini pəncərədən atdı like
  • 06 İyn 23:17  
Dünya Rusiyada 15 yaşlı məktəbli qız körpəsini pəncərədən atdı

Rusiyada 15 yaşlı məktəbli qız körpəsini pəncərədən atıb.

arrow Ətraflı
Bu kişilərin uşağı olmur like
  • 06 İyn 23:00  
Digərləri Bu kişilərin uşağı olmur

ABŞ-də aparılan elmi araşdırma süni şirinləşdirici "sucralose"

arrow Ətraflı
Yüz minlərlə maşın geri çağırıldı  Pulsuz təmir olunacaq like
  • 06 İyn 22:45  
Digərləri Yüz minlərlə maşın geri çağırıldı Pulsuz təmir olunacaq

"Mazda" şirkəti 2025-ci ilin iyun ayında təhlükəsizlik səbəbin

arrow Ətraflı
Maskla "arası dəyən" Tramp "Tesla"sını satmaq istəyir like
  • 06 İyn 22:29  
Dünya Maskla "arası dəyən" Tramp "Tesla"sını satmaq istəyir

ABŞ-nin prezidenti Donald Tramp Tesla markalı avtomobilini satmaq və ya bağ�

arrow Ətraflı
İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq? like
  • 06 İyn 22:14  
Digərləri İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?

Avtobusda, metroda və ya marşrutda sakitcə yol getmək istəyərkən kimsə t

arrow Ətraflı
Zelenski yaxın günlərdə Trampla görüşə bilər like
  • 06 İyn 22:00  
Dünya Zelenski yaxın günlərdə Trampla görüşə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski iyun ayında Kanadada keçiriləcək G7 sa

arrow Ətraflı
Tıxaclar avtomobilin ömrünü necə "yeyir"? like
  • 06 İyn 21:45  
Digərləri Tıxaclar avtomobilin ömrünü necə "yeyir"?

Böyük şəhərlərdə tıxaclar gündəlik həyatın ayrılmaz hissəsidir. Sa

arrow Ətraflı
Serialdan qovulan aktrisa yeni layihədə like
  • 06 İyn 21:30  
Digərləri Serialdan qovulan aktrisa yeni layihədə

"Təşkilat" serialından uzaqlaşdırılan Aybüke Pusatın yeni layi

arrow Ətraflı
Cənubi Koreya Prezidenti Donald Trampla qolf oynayacaq like
  • 06 İyn 21:15  
Dünya Cənubi Koreya Prezidenti Donald Trampla qolf oynayacaq

Cənubi Koreya Prezidenti Li Cae Myonq və ABŞ-nin prezidenti Donald Tramp yax�

arrow Ətraflı
Pomidor göründüyü qədər "məsum" deyilmiş  Bu formada yeyiləndə təhlükəli olur like
  • 06 İyn 21:00  
Digərləri Pomidor göründüyü qədər "məsum" deyilmiş Bu formada yeyiləndə təhlükəli olur

İllərdir sağlam qida kimi tanınan və xüsusilə səhər süfrələrində ge

arrow Ətraflı
Rusiya Maska siyasi sığınacaq təklif etdi like
  • 06 İyn 20:38  
Dünya Rusiya Maska siyasi sığınacaq təklif etdi

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitə sədrinin b

arrow Ətraflı
Bu qan qrupundan olan insanlara pis xəbər like
  • 06 İyn 20:00  
Digərləri Bu qan qrupundan olan insanlara pis xəbər

Yaponiyalı mütəxəssislər müəyyən edib ki, ağcaqanadlar ən çox 0 qan q

arrow Ətraflı
Paşinyan ilk dəfə Azərbaycanı Qurban bayramı münasibətilə like
  • 06 İyn 19:44  
Digərləri Paşinyan ilk dəfə Azərbaycanı Qurban bayramı münasibətilə

Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə olaraq Azərbaycanı və x

arrow Ətraflı