İdman xərçəng xəstələrinin ömrünü uzadırmış
Digərləri 06 İyn 2025 23:30:00 68 0
Fiziki aktivlik təkcə sağlam qalmaq üçün deyil, xərçəngdən sağ qalan xəstələrin ömrünü uzatmaq və xəstəliyin yenidən yaranmasının qarşısını almaq üçün də ciddi təsirə malikdir.
Bu xəbəri də oxu: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Son.az xəbər verir ki, yeni beynəlxalq araşdırma sübut edib ki, yoğun bağırsaq (kolon) xərçəngi müalicəsindən sonra həyata keçirilən müntəzəm idman proqramları xəstələrin sağ qalma ehtimalını artırır. Kanada, Avstraliya, İngiltərə, İsrail və ABŞ-da aparılan tədqiqat zamanı bir qrup xəstəyə sadəcə maarifləndirici kitabça təqdim olunub, digər qrup isə fərdi məşqçi ilə 3 il ərzində mütəmadi görüşərək fiziki aktivliyini qoruyub.
Əsasən həftədə bir neçə dəfə 45 dəqiqəlik gəzinti ilə məşğul olan bu qrupun üzvlərində 8 il sonra xərçəngin yenidən yaranma riski 28%, ölüm riski isə 37% aşağı qeydə alınıb. Bəzi əzələ ağrıları və zədələr müşahidə olunsa da, nəticələr həm həkimləri, həm də xəstələri ümidləndirib.
Tədqiqat dünyanın aparıcı onkoloji tədbiri olan ASCO konfransında təqdim olunub və "New England Journal of Medicine" jurnalında dərc edilib. Kanadalı mütəxəssis Christopher Booth bildirib ki, bu cür proqramlar xəstəyə bir neçə min dollara başa gəlsə də, onların nəticəsi həm ömrü uzadır, həm də həyat keyfiyyətini yaxşılaşdırır.
Tədqiqatda iştirak edən və idmanı həyatına daxil edən Terri Swain-Collins qeyd edib ki, məşqçi dəstəyi ilə məsuliyyət hissi formalaşır və bu sayədə idmanı tərk etmək istəməyib. İndi də gündəlik gəzintilərini davam etdirir.
Alberta Universitetindən Kerry Courneya isə vurğulayıb ki, insanlar idmanın faydasına inandıqları və dəstək aldıqları zaman bu vərdişi uzunmüddətli davam etdirə bilirlər: "Artıq əminliklə deyə bilərik ki, fiziki aktivlik xərçəngdən sonrakı sağ qalma ehtimalını artırır."
Mütəxəssislər yoğun bağırsaq xərçəngindən sağalan bütün şəxslərə aktiv həyat tərzini seçim etməyi və mütəmadi idmanla məşğul olmağı tövsiyə edirlər.
Rusiyada 15 yaşlı məktəbli qız körpəsini pəncərədən atıb.

ABŞ-də aparılan elmi araşdırma süni şirinləşdirici "sucralose"

"Mazda" şirkəti 2025-ci ilin iyun ayında təhlükəsizlik səbəbin

ABŞ-nin prezidenti Donald Tramp Tesla markalı avtomobilini satmaq və ya bağ�

Avtobusda, metroda və ya marşrutda sakitcə yol getmək istəyərkən kimsə t

Ukrayna Prezidenti Volodimir Zelenski iyun ayında Kanadada keçiriləcək G7 sa

Böyük şəhərlərdə tıxaclar gündəlik həyatın ayrılmaz hissəsidir. Sa

"Təşkilat" serialından uzaqlaşdırılan Aybüke Pusatın yeni layi

Cənubi Koreya Prezidenti Li Cae Myonq və ABŞ-nin prezidenti Donald Tramp yax�

İllərdir sağlam qida kimi tanınan və xüsusilə səhər süfrələrində ge

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitə sədrinin b

Yaponiyalı mütəxəssislər müəyyən edib ki, ağcaqanadlar ən çox 0 qan q

Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə olaraq Azərbaycanı və x

Tanınmış aktrisa Gül Onat pankreas xərçəngi səbəbilə əməliyyat keçi

Fransanın dövlət büdcəsi üzrə naziri Ameli de Monşalenin parlamentdə qe
