Bu şəxslər universitetə imtahansız qəbul olacaqlar RƏSMİ


Digərləri 03 İyn 2025 11:08:00 111 0

Bu şəxslər universitetə imtahansız qəbul olacaqlar  RƏSMİ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Bu barədə Son.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş, IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş və ya beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər nəzərdə tutulur:

Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ vardır.

Qeyd edilib ki, müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar, beynəlxalq və respublika fənn olimpiadalarının siyahısı, beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunub.

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri (indiyədək müvafiq sənədlərini DİM-ə təqdim etməyənlər) 4 - 30 iyun 2025-ci il tarixlərində ümumi qaydada təsdiq olunmuş "Abituriyent elektron ərizəsi" formasının surətini, beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin fotosurətini və beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin fotosurətini Dövlət İmtahan Mərkəzinə (Bakı ş., akad.H.Əliyev küç., 299) təqdim etməlidirlər:

Mərkəz göstərilən sənədlərin həqiqiliyini və onu təqdim edən şəxsə məxsus olmasını həmin olimpiadaların, müsabiqələrin və yarışların keçirildiyi ölkənin müvafiq qurumlarının və ya onları təşkil edən qurumların (o cümlədən, beynəlxalq qurumların) olimpiadaların, müsabiqələrin və yarışların qaliblərinə dair məlumat bazası üzərindən yoxlamaq hüququna malikdir.

Bildirilib ki, beynəlxalq fənn olimpiadasının, beynəlxalq müsabiqə və yarışın qalibi olan Azərbaycan Respublikasının vətəndaşı 4.2-ci bənddə göstərilən sənədlərin fotosurəti ilə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də Mərkəzə göndərməlidirlər.

Həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər bu Qaydanın 4.1-4.3-cü bəndlərdə göstərilən sənədlərlə yanaşı, Tələbə Qəbulu Qaydalarının 2.3-cü bəndinə əsasən həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim etməlidirlər.

İlin ən şanslı ayı – İyun bu BÜRCLƏRİ xoşbəxt edəcək like
  • 03 İyn 11:06  
Digərləri İlin ən şanslı ayı – İyun bu BÜRCLƏRİ xoşbəxt edəcək

2025-ci ilin iyun ayı bəzi bürclər üçün sevinc, uğur və yeni başlanğ�

arrow Ətraflı
Maykl Ceksonun ölümündən 2 gün əvvəl çəkilən like
  • 03 İyn 11:00  
Şou-biznes Maykl Ceksonun ölümündən 2 gün əvvəl çəkilən

Mərhum dünya ulduzu Maykl Ceksonun ölümündən 16 il keçsə də, hələ d�

arrow Ətraflı
Məşhur çipslərdə təhlükəli maddə aşkar edildi  Təcili geri çağırılır like
  • 03 İyn 10:50  
Dünya Məşhur çipslərdə təhlükəli maddə aşkar edildi Təcili geri çağırılır

Belçika Qida Təhlükəsizliyi Təşkilatı (FAVV) "Carrefour Sensation&qu

arrow Ətraflı
Zelenskidən Ərdoğanın təklifinə CAVAB like
  • 03 İyn 10:40  
Dünya Zelenskidən Ərdoğanın təklifinə CAVAB

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-li,

arrow Ətraflı
2 il sonra üstü açılan qətlin TƏFƏRRÜATI: " Aparıb meşəyə, soyub..." like
  • 03 İyn 10:35  
Digərləri 2 il sonra üstü açılan qətlin TƏFƏRRÜATI: " Aparıb meşəyə, soyub..."

Xaçmazda iki il əvvəl baş verən dəhşətli qətlin üstü açılıb. 

arrow Ətraflı
Sosial müavinət və təqaüd alanlara şad xəbər: Yaxın vaxtlarda... like
  • 03 İyn 10:30  
Digərləri Sosial müavinət və təqaüd alanlara şad xəbər: Yaxın vaxtlarda...

Ölkə başçısı tərəfindən 23 dekabr 2024-cü ildə imzalanan sərəncamla

arrow Ətraflı
Fəhlələr kisələrin altında qaldı  Ölən və yaralananlar var  ANBAAN VİDEO like
  • 03 İyn 10:23  
Digərləri Fəhlələr kisələrin altında qaldı Ölən və yaralananlar var ANBAAN VİDEO

Türkiyədə taxıl anbarında çalışan işçilərin üzərinə iri kisələr

arrow Ətraflı
Avtomobil satışında yeni fırıldaq üsulu like
  • 03 İyn 10:19  
Digərləri Avtomobil satışında yeni fırıldaq üsulu

Belə elanlara aldanıb maşınınızı "havayı" satmayın - Qiymətlər qəsd�

arrow Ətraflı
İş adamını Namibiyada şir parçaladı  FOTO like
  • 03 İyn 10:10  
Dünya İş adamını Namibiyada şir parçaladı FOTO

Alman iş adamını Namibiyada şir parçalayıb.

arrow Ətraflı
Gəncədə qohumlar arasında dava  Saxlanılan var  YENİLƏNİB like
  • 03 İyn 09:59  
Digərləri Gəncədə qohumlar arasında dava Saxlanılan var YENİLƏNİB

Gəncə şəhərində qohumlar arasında mübahisədə beş nəfər yaralanıb,

arrow Ətraflı
Küləkli hava nə vaxta qədər davam edəcək? like
  • 03 İyn 09:45  
Digərləri Küləkli hava nə vaxta qədər davam edəcək?

Hazırda ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

arrow Ətraflı
Türkyədə zəlzələ anı  İnsanlar təşviş içində like
  • 03 İyn 09:40  
Digərləri Türkyədə zəlzələ anı İnsanlar təşviş içində

Xəbər verdiyimiz kimi, Muğlada 5,8 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Küləkli hava şəraiti qatarların gecikməsinə səbəb olub?  AÇIQLAMA like
  • 03 İyn 09:22  
Digərləri Küləkli hava şəraiti qatarların gecikməsinə səbəb olub? AÇIQLAMA

Paytaxtda və bölgələrdə küləkli hava şəraiti müşahidə olunur.

arrow Ətraflı