Sosial müavinət və təqaüd alanlara şad xəbər: Yaxın vaxtlarda...
Digərləri 03 İyn 2025 10:30:00 106 0
Ölkə başçısı tərəfindən 23 dekabr 2024-cü ildə imzalanan sərəncamla Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün üç ay vaxt müəyyənləşdirilib. Həmin müddət martın sonunda başa çatıb.
Bu xəbəri də oxu: Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Bəs görəsən, sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?
Son.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov unikal.az-a açıqlamasında bildirib ki, bu il yeni sosial paketin icra olunacağı ilə bağlı ötən ilin sonunda məlumat verilmişdi.
O xatırladıb ki, Prezident İlham Əliyev 23 dekabr 2024-cü ildə Sərəncam imzalayaraq Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün üç ay vaxt vermişdi:
"Hesab edirəm ki, Nazirlər Kabineti bu məsələnin üzərində çox ciddi işləyir. Müvafiq artımların edilməsi üçün maliyyə və hüquqi bazanın hazırlanması istiqamətində proqram hazırlayır. Bu baxımdan artımlarla bağlı icraatın yaxın zamanlarda başlayacağını düşünürəm. Dövlətimiz sosial siyasəti günü-gündən dərinləşdirir. İcra olunmuş 5 sosial paket 7,6 milyard manat maliyyə tutumu ilə 4 milyon nəfərin sosial rifahının yaxşılaşmasına müsbət təsir göstərib.
Belə ki, bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, orta aylıq əməkhaqqı isə 2 dəfəyədək artıb. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb.
Ünvanlı dövlət sosial yardımın orta məbləği 2,6 dəfə, yaşayış minimumu 65 faiz, ehtiyac meyarı isə 2,2 dəfə artıb. Bu ildən icrasına başlanmış yeni sosial islahat paketi 3 milyon nəfəri əhatə edəcək və dövlət büdcəsi üçün illik 1,4 milyard manat əlavə maliyyə yükü yaradacaq. Təbii ki, növbəti artımların həyata keçirilməsi əhalinin sosial rifahını daha da yaxşılaşdıracaq".
Türkiyədə taxıl anbarında çalışan işçilərin üzərinə iri kisələr

Belə elanlara aldanıb maşınınızı "havayı" satmayın - Qiymətlər qəsd�

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Gəncə şəhərində qohumlar arasında mübahisədə beş nəfər yaralanıb,

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley

Hazırda ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Xəbər verdiyimiz kimi, Muğlada 5,8 bal gücündə zəlzələ baş verib.

Paytaxtda və bölgələrdə küləkli hava şəraiti müşahidə olunur.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədova ağır itki ü

Yeni araşdırmalar və psixoloqların müşahidələrinə əsasən, sosial şə

Türkiyə istehsalı reytinqli "Uzak şehir" serialında Fidan Albora

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçirilən danışıqlarda ik

Əməkdar artist Gülüstan Əliyeva "Rəngarəng" verilişinə telefo

ABŞ-da 1920-ci ildə qüvvəyə minən "Quru Qanun" (Prohibition) spr
