“Uşaqlar stress keçirir, sistem isə səhvlərlə doludur!” – DİM nəyi düz etmir?
Digərləri 02 İyn 2025 15:40:00 116 0
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 1-də keçirilən qəbul imtahanında riyaziyyat fənni üzrə bir tapşırıqda texniki səhv olduğunu etiraf edib. Mərkəz həmin sualın düzgün cavablandırılmış kimi qiymətləndiriləcəyini açıqlayıb.
Bu xəbəri də oxu: Sənədsiz evlərdə yaşayanlara
Son.az-ın xəbərinə görə, mövzuya münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu cür halların baş verməsi artıq təəccüblü deyil, çünki son illərdə demək olar ki, hər imtahan sessiyasında oxşar problemlər qeydə alınır.
"Bundan bir neçə gün öncə keçirilən imtahanlarda tarix fənni üzrə də müəyyən uyğunsuzluqlarla bağlı şikayətlər yayılmışdı. Özüm dəfələrlə müşahidə etmişəm ki, DİM bu proseslərə ciddi diqqət ayırır. Tapşırıqlar hələ test bazasına yerləşdirilməzdən əvvəl yoxlanılır, imtahan günü isə bunkerdə həmin tapşırıqlar ən azı iki peşəkar tərəfindən bir daha təsdiqlənərək buraxılır. Bu qədər yoxlamalara baxmayaraq, səhvlərin təkrar baş verməsi artıq texniki xətadan çox, sistemli problemdən və ya məsuliyyət boşluğundan xəbər verir", - O.Gündüz qeyd edib.
Onun sözlərinə görə, bu kimi xırda görünən hallar əslində abituriyentlər üçün ciddi psixoloji yük yaradır:
"Bu bir sual abituriyent üçün vaxt itkisi, gərginlik və stress deməkdir. Həmin tapşırıq üzərində düşünərkən sərf olunan enerji digər sualların cavablandırılmasına da təsir edir. Valideynlər, müəllimlər və məktəb üçün də bu, narahatlıq doğuran ciddi məsələdir. DİM-in sonradan bu vəziyyəti sadəcə "texniki səhv" adlandırıb keçməsi düzgün yanaşma deyil".
Osman Gündüz hesab edir ki, artıq bu mərhələdə texnologiyaların, xüsusilə süni intellektin (AI) bu proseslərə cəlb olunması zərurətə çevrilib:
"DİM-in yüksək səviyyəli İT komandası var, qiymətləndirmə və qəbul proseslərini öz proqram təminatları ilə idarə edirlər. Bu baxımdan düşünürəm ki, süni intellekt əsasında çalışan bir sistemin tapşırıqları texniki baxımdan analiz etməsi, uyğunluğunu və düzgünlüyünü yoxlaması prosesi daha şəffaf və etibarlı edə bilər. Bu həm səhvlərin qarşısını alar, həm də ictimai inamı gücləndirər".
Kənan Son.az
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyanın səhnəsində 1

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı �

Cəfər Cabbarlının "Solğun çiçəklər" pyesi əsasında hazırla

Ermənistanda "Ayakve" təşəbbüs qrupu Baş nazir Nikol Paşinyana

Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan A

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azər

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyev

Ulduz falı əyləncə və motivasiya məqsədilə izlənilir və elmi əsaslara

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarl�

ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin 2020-ci ildə öldü

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Bakı şəhər Nərimanov rayonu Montin qəsəbəsi Mayakosvki küçəsində ant

Bir müddət əvvəl ağciyər çatışmazlığı səbəbilə xəstəxanaya yerl

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
