Tramp administrasiyası AzərbaycanABŞ münasibətlərində strateji tərəfdaşlığı dəstəkləyir – Sevil Mikayılova
Siyasət 30 May 2025 15:54:00 82 0
ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə 28 May Müstəqillik Günü münasibətilə təbrik məktubu iki ölkə arasında münasibətlərin mühüm aspektlərinin mövcudluğunu göstərir. Bu istiqamətlər dövlətlərarası əlaqələrin möhkəmlənməsinə, qarşılıqlı hörmət və anlaşmaya zəmin yaradır.
Bu xəbəri də oxu: "Ermənistanın ərazilərimizi minalaması səbəbindən 397 nəfər həlak olub"
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
Sevil Mikayılova qeyd edib ki, məktub həm ABŞ-Azərbaycan münasibətlərinin müxtəlif mərhələləri, həm də beynəlxalq diplomatiyada şəxsi əlaqələrin rolunu nəzərdən keçirmək üçün maraqlı bir nümunədir.
"Azərbaycan-ABŞ münasibətləri həm regional, həm də qlobal miqyasda mühüm strateji tərəfdaşlıq mahiyyəti daşıyır və qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensiala malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə rəsmi olaraq qurulub və ötən illər ərzində Azərbaycan ABŞ-nin regionda strateji müttəfiqi və enerji tərəfdaşı kimi önəmli rol oynamağa başlayıb. ABŞ və Azərbaycan arasında enerji layihələri, xüsusilə Xəzər dənizi neft və qaz yataqları ilə bağlı strateji əməkdaşlıq mövcuddur. ABŞ-nin dəstəklədiyi Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi layihələr regionda enerji təhlükəsizliyini təmin edən əhəmiyyətli elementlərdir. İki ölkə arasında münasibətlər regional sabitliyin təmin olunması, enerji təhlükəsizliyi, iqtisadi inkişaf və təhlükəsizlik sahələrində qarşılıqlı maraqlar əsasında qurulub. Azərbaycan-ABŞ münasibətləri uzun illər ərzində strateji tərəfdaşlıq çərçivəsində inkişaf edib və bu əməkdaşlıq müxtəlif sahələrdə öz əksini tapıb. ABŞ Azərbaycana terrorizmlə mübarizədə və regional təhlükəsizliyin təmin edilməsində də dəstək verir. Hərbi təlimlər və kadr hazırlığı sahəsində əməkdaşlıq davam edir", - deyə deputat vurğulayıb.
Sevil Mikayılova qeyd edib ki, Tramp ikitərəfli əlaqələrin möhkəmlənməsinə dəstəyini ifadə edib.
"Bu, Azərbaycanın regional mövqeyinə və ABŞ-nin ölkəmizə olan diqqəti kimi qiymətləndirilə bilər. Eyni zamanda, ABŞ-də Azərbaycanla bağlı müsbət imic yaratmaq məqsədilə atılmış addım kimi də başa düşülə bilər. Bu, münasibətlərin nəinki dövlət səviyyəsində, həm də şəxsi diplomatiya səviyyəsində dəstəklənməsinin nümunəsidir. Həmçinin, bu addım həm Azərbaycan üçün öz milli müstəqillik və dövlətçilik ənənələrinin beynəlxalq səviyyədə tanınması baxımından əhəmiyyətlidir, həm də ABŞ-Azərbaycan əlaqələrinin müxtəlif siyasi kontekstlərdə necə formalaşdığını göstərir. Gələcəkdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi və strateji tərəfdaşlığın genişlənməsi üçün bu kimi jestlərin rolu böyükdür", - deyə S. Mİkayılova əlavə edib.
Deputat vurğulayıb ki, Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında müxtəlif sahələrdə mövcud olan münasibətlər regional sabitliyin təmin olunması, enerji təhlükəsizliyi, iqtisadi inkişaf və təhlükəsizlik sahələrində qarşılıqlı maraqlar əsasında qurulub.
"Azərbaycanın zəngin enerji ehtiyatları ABŞ üçün mühüm maraq doğurur. Xəzər dənizindən hasil olunan neft və qaz ABŞ və Qərb bazarlarına nəql olunur. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri regionda enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. ABŞ Azərbaycanın enerji resurslarını alternativ mənbə kimi qiymətləndirir və bu sahədə investisiyalarını artırır. Ölkələr arasında əlaqələrin daha da inkişafı üçün əməkdaşlıq sahələrinin genişləndirilməsi vacibdir. Enerji layihələrinin davamlılığı, regional təhlükəsizliyin təminatı və iqtisadi sahədə diversifikasiyanın təşviqi xüsusi önəm kəsb edir", - deyə S. Mikayılova fikrini tamamlayıb.
28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Dövlət Akademik Oper

Bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə sert

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölüm

Sosial şəbəkələrdə yayılan video böyük maraq yaradıb.

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə ver

"Fox News" telekanalı Los-Ancelesdə fəaliyyət göstərən erməni

Narkotik ittihamı ilə həbs edilən daha bir tiktoker Vüqar Zeynalzadə (Vaqa

İcra sənədini könüllü icra etməyən fiziki və hüquqi şəxslər barəsi

İstanbulda aparılan danışıqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğa

Azərbaycan və Çin arasında vizasız gediş-gəliş razılaşdırılıb.

Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçi

"Boşanma və yeniyetmələrin cinayətləri artır, ailə institutunu qoru

Hərbi Prokurorluğun İstintaq idarəsində hərbi vəzifəli şəxslərin qanu

Amerikalı aktrisa Sidni Svini çimdiyi sudan istifadə edərək sabun istehsal
