Opera və Balet Teatri Müstəqillik Gününə həsr olunmuş möhtəşəm konsert proqrami təqdim edib FOTO


Kriminal 30 May 2025 15:50:00 97 0

Opera və Balet Teatri  Müstəqillik Gününə həsr olunmuş möhtəşəm konsert proqrami təqdim edib  FOTO

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Heydər Əliyev Sarayında təntənəli konsert proqramı keçirilib.

Tədbir teatrın simfonik orkestri və xorunun canlı ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Konsertdə teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, baş xormeyster, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi ilə teatrın xor kollektivi, balet truppası və bir çox görkəmli vokal ifaçıları iştirak ediblər.

Gecədə Xalq artistləri Nəzakət Teymurova, Gülnaz İsmayılova, Gülyaz Məmmədova, Elçin Həşimov, Əməkdar artistlər İlahə Əfəndiyeva, Gülüstan Əliyeva, Təyyar Bayramov, İlkin Əhmədov, Arzu Əliyeva, Cahangir Qurbanov, Fərid Əliyev, Elnur Əhmədov, Elnur Zeynalov, Anar Mikayılov, Makar Ferştandt, solistlər Fatimə Cəfərzadə, Gülzar Fərəcova, Atəş Qarayev, Orxan Cəlilov, Fuad Əzizzadə, Mirəli Sarızadə, Taleh Yahyayev, Fəhmin Əhmədli, Ayan Eyvazova, Liana Mirabdullayeva,  Beynəlxalq Muğam Mərkəzinin musiqiçiləri - Əməkdar artist Çinarə Heydərova (qanun), Yusibli Vasif (ud), Mustafayev Amil (nağara), həmçinin Əməkdar artistlər Əliağa Sədiyev (tar) və Xəyyam Məmmədov (kamança) çıxış ediblər. 

Konsert proqramına dahi Azərbaycan bəstəkarlarının əsərləri daxil edilib. Səsləndirilən əsərlər arasında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Əsgər və Gülçöhrə dueti, Fikrət Əmirovun "Azərbaycan elləri", Niyazinin "Vətən nəğməsi", Tofiq Quliyevin "Bakı, əziz şəhər", Rauf Hacıyevin "Bakı haqqında mahnı", Polad Bülbüloğlunun "Şən Azərbaycan", Müslüm Maqomayevin "Odlar ölkəsi", Şəfiqə Axundovanın "Mehriban olaq", Bəhram Nəsibovun "Qarabağ", Əlibaba Məmmədovun "Mənim Azərbaycanım" və xalq mahnısı "Şuşanın dağları" böyük coşqu ilə qarşılanıb.

Balet truppası tərəfindən təqdim olunan Üzeyir Hacıbəylinin "Koroğlu" operasından fraqment, Rauf Hacıyevin "Azərbaycan süitası", Polad Bülbüloğlunun "Eşq və Ölüm" baletindən "İgidlərin rəqsi" isə tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Konsertin aparıcısı Samirə Mustafayeva, rejissoru isə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Bu müəllimlərə ŞAD XƏBƏR  Maaşlarında artımlar olacaq like
  • 30 May 15:25  
Digərləri Bu müəllimlərə ŞAD XƏBƏR Maaşlarında artımlar olacaq

Bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə sert

arrow Ətraflı
Kanadada fövqəladə vəziyyət elan edildi like
  • 30 May 15:16  
Dünya Kanadada fövqəladə vəziyyət elan edildi

Kanadada meşə yanğınları davam edir.

arrow Ətraflı
Nəzrinin ölümündə təqsirləndirilən həkimin məhkəməsinin vaxtı məlum oldu like
  • 30 May 15:08  
Digərləri Nəzrinin ölümündə təqsirləndirilən həkimin məhkəməsinin vaxtı məlum oldu

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölüm

arrow Ətraflı
ABŞda erməni cinayətkar şəbəkəsi ifşa edildi  30 milyon dollarlıq fırıldaq like
  • 30 May 14:43  
Dünya ABŞda erməni cinayətkar şəbəkəsi ifşa edildi 30 milyon dollarlıq fırıldaq

"Fox News" telekanalı Los-Ancelesdə fəaliyyət göstərən erməni

arrow Ətraflı
Tiktoker "Vaqa" barəsində qərar verildi like
  • 30 May 14:36  
Şou-biznes Tiktoker "Vaqa" barəsində qərar verildi

Narkotik ittihamı ilə həbs edilən daha bir tiktoker Vüqar Zeynalzadə (Vaqa

arrow Ətraflı
Bu ödənişlər 10 dəfəyədək artırılır like
  • 30 May 14:30  
Digərləri Bu ödənişlər 10 dəfəyədək artırılır

İcra sənədini könüllü icra etməyən fiziki və hüquqi şəxslər barəsi

arrow Ətraflı
Ərdoğan, Tramp, Putin və Zelenski görüşə bilər like
  • 30 May 14:30  
Dünya Ərdoğan, Tramp, Putin və Zelenski görüşə bilər

İstanbulda aparılan danışıqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğa

arrow Ətraflı
Bu ölkə ilə viza rejiminin ləğvi like
  • 30 May 14:21  
Digərləri Bu ölkə ilə viza rejiminin ləğvi

Azərbaycan və Çin arasında vizasız gediş-gəliş razılaşdırılıb.

arrow Ətraflı
Azərbaycan BMTnin mühüm şurasına üzv seçildi like
  • 30 May 14:18  
Siyasət Azərbaycan BMTnin mühüm şurasına üzv seçildi

Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçi

arrow Ətraflı
“16 yaşlı qızın toyunda iştirak edən hər kəs...”  Deputat narahatdır like
  • 30 May 14:13  
Digərləri “16 yaşlı qızın toyunda iştirak edən hər kəs...” Deputat narahatdır

"Boşanma və yeniyetmələrin cinayətləri artır, ailə institutunu qoru

arrow Ətraflı
Hərbi vəzifəli şəxslərlə bağlı cinayət işi başlandı  Mülki şəxs həbs olundu like
  • 30 May 14:07  
Digərləri Hərbi vəzifəli şəxslərlə bağlı cinayət işi başlandı Mülki şəxs həbs olundu

Hərbi Prokurorluğun İstintaq idarəsində hərbi vəzifəli şəxslərin qanu

arrow Ətraflı
Çimdiyi sudan sabun hazırlatdırıb satır  FOTO like
  • 30 May 14:02  
Şou-biznes Çimdiyi sudan sabun hazırlatdırıb satır FOTO

Amerikalı aktrisa Sidni Svini çimdiyi sudan istifadə edərək sabun istehsal

arrow Ətraflı
"Prius"ların iştirakı ilə qəribə QƏZA like
  • 30 May 13:50  
Digərləri "Prius"ların iştirakı ilə qəribə QƏZA

"Toyota Prius" markalı avtomobillərin iştirakı ilə qəribə qəza

arrow Ətraflı