Saxta nikah qalmaqalı: Ukraynalı qadınlarla evlənən azərbaycanlılar
Dünya 22 May 2025 14:00:00 84 0
Ukrayna hüquq-mühafizə orqanları əcnəbilərin saxta nikahlar vasitəsilə ölkədə qanunsuz şəkildə leqallaşmasına yönəlmiş sxemi ifşa edib.
Bu xəbəri də oxu: Ay Yerdən uzaqlaşır: Günlər daha uzun olacaq
Son.az xarici mediaya istinadla xəbər verir ki, Kiyev Şəhər Prokurorluğunun yaydığı məlumata görə dörd əcnəbi - iki Özbəkistan və iki Azərbaycan vətəndaşı - maddi ehtiyac içində olan ukraynalı qadınlarla pulla evlənərək qanunsuz şəkildə sərhədi keçib və yaşayış icazəsi əldə edib.
Araşdırmalara əsasən, bu saxta nikah sxemində iştirak edən ukraynalı qadınlara pul ödənilib. Qadınlar evlilik müqabilində təxminən 10 min qrivna alarkən, sxemin təşkilatçısı isə hər əcnəbidən min - 3 min ABŞ dolları arası pul tələb edib.
Kiyev Şəhərinin Desnyanski Rayon Prokurorluğu bildirir ki, adıçəkilən dörd əcnəbi barəsində Ukrayna Cinayət Məcəlləsinin 27-ci maddəsinin 5-ci hissəsi və 332-ci maddəsinin 3-cü hissəsi üzrə ittiham irəli sürülüb. Onlar dövlət sərhədini qanunsuz keçməyə təşkilatçılıq etməkdə şübhəli bilinir.
Bu cür saxta nikahlar əcnəbilərə Ukraynada rəsmi yaşayış icazəsi almaq imkanı yaratdığı üçün, hüquq-mühafizə orqanları bu halı ciddi cinayət faktı kimi qiymətləndirir.
Cinayət işinin maddəsinə əsasən, təqsirli şəxsləri əmlak müsadirəsi, üç ilədək müəyyən vəzifə və ya fəaliyyətlə məşğul olmaq qadağası və 7 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Fidan Son.az
Bakıda sürücüyə yazılan cərimə narazılıq doğurub.

Xəbər verdiyimiz kimi, ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən "Capi

STAR TV-də çərşənbə axşamları yayımlanan "Sahibsizlər" seria

İranın Sistan və Bəlucistan vilayətinin İranşəhr şəhərində oğurlan

Qurban bayramı öncəsi bazarlarda məhsulların qiymətləri öz sözünü dey

Bakıda və Abşeron yarımadasında mayın 23-ü hava şəraitinin dəyişkə

ABŞ-ın keçmiş prezidenti Co Baydenin metastatik prostat xərçəngi ilə ba�

"Aşk-ı Memnu" serialının unudulmaz səhnələrinin lentə alınd

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Əsasnaməsində dəyişiklik edilib.

Sabirabadda 16 yaşlı gəlinin qətlə yetirilməsi ilə bağlı daha bir təf�

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Mərhum tanınmış təşkilatçı və prodüser Nahid Emiloğlunun övladı efr
