“Türk” etnonimi və törələri YUNUS OĞUZ yazır


Digərləri 22 May 2025 12:10:00 74 0

“Türk” etnonimi və törələri  YUNUS OĞUZ yazır

YUNUS  OĞUZ

Əvvəlini  buradan oxuya bilərsiniz:

https://olaylar.az/news/edebiyyat/594141

Türklərdə dəfn törənləri

Qədim türklərdə "ölüm" başqa bir anlam verir. Ruhun vucuddan çıxdığını, başqa dünyaya, yəni yeni bir dünyaya köcdüyünü bildirir. İnsan ölmür, həyatını davam etdirir. Bir sözlə, insanın ruhu əbədidir və o, hər zaman, hətta o dünyada da bizimlədir. Daha doğrusu, "ölüm"ün ruhunun o biri dünyaya keçməsi, o deməkdir ki, ruh əbədidir, o cümlədən də insanın "ölüm"ü ölüm deyil, başqa bir həyata keçiddir. Bu anlamda ruhun əbədi yaşaması millətin yaşaması deməkdir. Bu inanc fəlsəfəsi, əslində qövmün daha güclü olması yolunu göstərir, çünki türk döyüşlərlə, savaşlarla deyil, həm də ruhu o biri dünyaya köçənlərin onlara yardımçı olması ilə daha da güclü olması ideyasına əsaslanır. Əslində bu inanc fəlsəfəsi çox bəsit fikirlərlə də təsdiqlənə bilər: "Keçmişinə daş atma, gələcəyini oxa tutarlar: "Bu baxımdan qədim türklərdə dəfn törənləri (mərasimləri) keçmişlə gələcəyi birləşdirən bir əsasdır, amildir, faktdır desək, yanılmarıq.

Bu baxımdan əski türklər cənazə mərasimləri təşkil etmiş, müxtəlif rituallar həyata keçirmişlər. Bu mərasimlər həm islamdan öncə Şaman və Göytanrı inanclarına uyğun kecirilmiş, həm də bu inancların bəzi elementləri islama da gətirilmişdir.

İbn Faldan onuncu yüzildə Orta Asiya və İdil (Volqa) ərazilərini gəzərkən Oğuz və başqa türk toplumlarının yaşam tərzini və rituallarını qələmə alaraq qeyd edir ki, oğuzlar ölülərini xüsusi bir törənlə dəfn edirlər.

Ölü öncə təmizlənir (İbn Faldan təmizləmək deyəndə nəyi nəzərdə tutduğunu yazmır; silinir, yuyulur, yoxsa başqa bir vasitələrdən istifadə edilir?) və gündəlik həyatda istifadə etdiyi paltar geyindirilir. Xüsusi olaraq çuxa geyindirilir və yanına ox-yay qoyulur. Bu ölən kəsin döyüşçü kimliyini və o dünyada bu vəzifəni daşıyacağı inancını bildirir. Ayrıca olaraq ölən kəsin əlinə dolu taxta qədəh verilir. Qədəhin içində "nəbiz" deyilən bir içki olur. Bu içki qurudulmuş üzümdən, qurudulmuş xurmadan, arpa və darıdan hazırlanır. Onun önünə "nəbiz" dolu taxta qab da qoyulur. Bu ona görədir ki, ölən kəsin o biri dünyaya yolçuluğunda ehtiyaclarını ödəyə bilsin.

Bundan sonra ölənin heyvanlarının sayına görə birdən yüzə, iki yüzə qədər qurban kəsirlər. Ətlərini yeyib, başlarını, ayaqlarını, dərilərini və quyruqlarını ayırır, bunları kəsilmiş ağaclar üzərində qəbrin başına asır və bunlar ölünün cənnətə gedərkən minəcəyi heyvanlardır, - deyə düşünürdülər.

Əski türklər, xüsusən də önəmli insanlar üçün məzar anıtları və heykəllər ucaldırdılar. Bunlara Balba, yaxud Daşbaba deyirdilər.

Səyyahlar, elçilər, dövrü qələmə alan yazarlar daşbabalar haqqında maraqlı bilgilər vermiş, yas törənlərinin bir qismini qələmə almışlar. Nizami Gəncəvi qıpçaqlarda Daşbaba törəninin geniş yayıldığını yazır. Belə ki, döyüşçülər Daşbaba önündən keçərkən, ölənə (qeyd edək ki, Daşbaba hər kəsə qəhrəmanlığına görə qoyulurdu. Bu savaşçının qəhrəmanlığının o biri dünyada təkrar olunması anlamına gəlirdi) sayğı olaraq sadağından bir ox onun qarşısında qoyurdular. Firudin Ağasıoğlu "İslamöncəsi tarix" kitabında yazır: "Ötəki dünya evinə-basrığa çaxır, yemək, su, silah, geyim, qab-qacaq nəsnələri, an bədizləri (qoç, at) və ya anların özlüyünü, ətini, sümüyünü qoyardılar. Basırıq yanında daşdan yonulmuş adam, at, qoç, qoyun, bağa (tısbağa) bədizlərin qoyulması qədim çağlardan bəlidir. Belə daşlar yonulmuş fiqurlara uyğun olaraq sığındaş, balbal, daşbaba, daşnənə (daşana), sındaş (sıntaş), daşqoç, daşat adlanır. Bəzi başdaşlarına at, maral, qoç, quş, börü fiqurları həkk olunurdu".    

Bu məzarlarla yanaşı üzərinə daşlar və ya torpaq tökülən, kurqan adı verilən dəfn törəni göytürklərdə, oğuzlarda və digər türk boylarında geniş yayılmışdı. Bu məzarların içində ölüyə aid əşyalar, silahlar, bəzən qurban edilmiş heyvanlar olurdu.

Əmir Teymur tarixini, yaxud salnaməsini yazan Şərafəddin əl Yəzdi "Zəfərnamə" əsərində qeyd edir ki, Teymur Toxtamışxanla Dəşti Qıpçaqda döyüşən zaman onun adlı-sanlı sərkərdəsi öldürülür.

Əmir Teymur bu ölümdən çox kədərlənir və iki yüz minlik ordusuna əmr verir ki, hər kəs sərkərdənin qəbri önündən keçəndə ora bir daş atsın. Fikir verdinizmi, fanatik islamçı sayılan hökmdar əski törəyə uyğun mərasim keçirir. Nəticədə üç gündən sonra qəbrin üstündə böyük bir dağ yaranır.

Firudin Ağasıoğlu yuxarıda adını çəkdiyimiz kitabda kurqan mədəniyyəti haqqında yazır: "Qazma torpaq (xəndək) basırıqlarda ölünün ətrafını daşlar və ya ağac tirlərlə bağlayıb üstünə daş-torpaq yığılır, kurqan adlanan belə qabarma basırıqlar kiçik təpəcikdən böyük təpələrədək müxtəlif ucalıqda olur. Kurqan gələnəyi m.ö. IV minildən başlayıb islama qədər, bəzi bölgələrdə isə XV əsrədək davam etmişdir. Əvvəllər bəsit formalı və basırığa qoyulan əşyaların qıtlığı ilə seçilən kurqanlar get-gedə böyük forma almış, ölünün yanına qoyulan nəsnə çeşidləri artmışdır. Daha möhtəşəm görünüşü, zəngin bər-bəzək nəsnələri ilə heyranlıq doğuran kurqanlar m.ö. I min ilin əvvəllərindən başlayaraq ən çox saqa boylarından yaşadığı bölgələrdə görünür. Krımda, Qara dənizin quzey çölləri Azaq (Azov) dənizinin yaxaları boyunca qədim qəmər və saqa boylarında qalma çoxlu kurqan vardır. Zaporojye, Dnepropetrovsk bölgələrində kurqanlara kazak, Xersonda tatar, Krımda türk qəbri deyilir. Xerson vilayətinin Aşağı Seroqoz qəsəbəsində hündürlüyü 20 metr bir möhtəşəm saqa kurqanı da Oğuz kurqanı adlanır".

Təəssüflər olsun ki, türk kurqanlarının bütün Avrasiya boyu bolluğuna baxmayaraq (əsasən qəbrin içinə hansı əşyaların qoyulması istisna olmaqla), ayinlərin necə keçirilməsi haqqında çox az məlumata rast gəlinir. Maraqlıdır ki, dəfn mərasiminin hansı sözlərlə başlayıb, hansı sözlərlə bitməsi haqqında bilgi yox dərəcəsindədir. Müsəlman dəfnləri dövrümüzdə də baş verdiyindən bilirik ki, dəfn hardan başlayır, nə oxunur, necə bitir. Amma islamaqədərki dövrdən, xüsusilə də kurqan mədəniyyətinin ayinlərindən bizə gəlib çatan məlumatlar məhduddur. Maraqlı bir məsələ də ortalığa çıxır, belə ki, bir çox arxeoloqlar (M.Qimbutas, Q.N.Hümbətov, A.İyessen və başqaları) kurqanları tədqiq edərək belə qənaətə gəliblər ki, eramızdan əvvəl dördüncü minillikdə Azərbaycanda yaranıb. Bu ilk növbədə Kür-Araz mədəniyyətinə məxsus olsa da, Azərbaycanın bütün ərazilərinə, sonradan isə bütün Avrasiyaya yayılmışdır. Bu da İkiçayarası (Dəclə-Fərat) Übeyd mədəniyyətilə sıx təmasda olmasından xəbər verir.  

Əslində ortalıqda belə bir sual yaranır: Xalqların genezisi, yaranma və inkişaf tarixi bəlli olsa da, bəzi alimlər eramızdan əvvəl IV minilliyə aid olan kurqanları niyə irandilli boylara aid edirlər? Axı tarix elminə çoxdan məlumdur ki, farsdilli boylar indiki İran deyilən əraziyə eramızdan əvvəl IX-VIII əsrlərdə köc ediblər. Bu kurqanlar isə onların bu ərazilərə köç etməsindən üç min il öncə tikilib. Hətta "Oğuznamə" eposu kurqan mədəniyyətinin yaranmasını Azərbaycanla bağlayır. Oğuzxan burada olarkən hər əsgərə dəfn mərasimi zamanı bir ətək torpaq tökməsi üçün tapşırıq verir. Nəticədə böyük bir kurqan yaranır və Oğuzxan bu yerin adını ("azər" sözü bəzi mənbələrdə yüksək anlamını verir) Azərbaycan adlandırır.

V.V. Radalov yazır ki, böyük daş kurqanları ucaldan qədim çağ insanları türklər  idi.

Kurqan mədəniyyətinin tədqiqatı belə bir nəticəyə gətirib çıxarır ki, prototürklərin ana vətəni Mərkəzi və Orta Asiya deyil, Azərbaycan, Anadolu və Ön Asiyadır. Yəni bu kurqanların tədqiqatı imkan verir deyək ki, bu ərazilərdən bütün Avrasiyaya yayılmış prototürklər sonradan kurqan mədəniyyətini aparmışlar.

Fikrimizi təsdiq edirmiş kimi, F.Ağasıoğlu yazır: "Prototürk uruqları ölülərini qıvrılmış, bükülü formada (bunun da rəmzi mənası belədir ki, doğuşdan öncə ana bətnində necə olmusansa, o dünyaya da elə dönürsən- Y.O.) basırığa qoyur, üzərinə qırmızı oxra tökürdülər. Bütün bu etnik adətlər bütövlükdə prototürk uruqlarının basırıq kulturu gələyini formalaşdırmış və onlar bu kulturu miqrasiya etdikləri regionlara daşımışlar. Türk yas törəninin bir neçə min il Ön Asiyada ucalan səsi tarixin müxtəlif dövrlərində Avrasiyanın önəmli bölgələrindən eşidilməyə başlamışdır..."

Nəhayət "kurqan" sözü arxeologiya elmində bir çox dillərə keçmiş, dünya vəsiqəsi qazanmışdır.

Bu sözün mənasını müxtəlif açmalarda versələr də, kurqan sözü qədim türkcədir və minilləri aşaraq günümüzə qədər gəlib çıxmışdır. Kurqanı qurmaqdan, tikməkdən əlavə "qorumaq", "qoruq yeri", "gor evi", "gor yeri", "görükən", "qurmaq" variantları kimi də qəbul edə bilərik.

Türk kurqanlarından tapılan əvəzsiz sənət əsərləri həm tariximizi, həm də etnik genezisi izləməyə imkan versə də, çox zaman "alim"lər siyasi sifariş alaraq Azərbaycan tarixinə böyük zərbələr vururlar.   

Türklərin toy törənləri

Toy mədəniyyəti, toy törəni evlənmə prosesinin əvvəli, ailə qurmanın ilkin təməli və çox mürəkkəb mexanizmdir, çünki dövlətin və budunun (xalqın) varlığı, onun qorunub saxlanılması və inkişaf etməsi ailədən asılıdır. Toy törələrə uyğun olaraq qadın və kişinin (erkəyin) nikaha, yaxud "izdivaca girməsi deməkdir. Qədim türklərdə "toy" yığıncaq anlamına gəlirdi. Əmir Teymur dövründə, bu, həm də iclas mənasını verirdi. Azərbaycanda və Anadoluda "toy-düyün" anlamı evlənmə anlamına gəlir.

Türklərdə toy mədəniyyətinin çox qədim tarixi var, belə ki, Assur yazılı mənbələrində eramızın XIX-XVII əsrlərində Assur çarı türk bəyinin qızını oğluna almaq istəyilə ona başlıq verməsindən bəhs edir.

Çox güman ki, bundan da yüz illər, minillər öncə də evlənmə mərasimi türklərdə çox ciddi bir atribut olaraq elin, obanın şənliklərinə vəsilə olub. Bu əsas şənliklərdən biri yengün (novruz) bayramıdırsa, digəri  toy-düyün, evlənməkdir. Təbiidir ki, digər törənlər də mövcüd olub və onlar da həyata keçirilirdi. Ancaq bu şənlikdə bütün oba elliklə iştirak edirdi. Etiraf edək ki, minillər keçməsinə baxmayaraq keçən əsrin doxsanıncı illərinə qədər elçilik, toya hazırlıq, toy günü mərasimlərində çox az nəsnə dəyişmişdi. Lakin heyhat, qloballaşma, texnikanın inkişafı toy, yaxud evlənmə mərasimlərinin istiqamətini dəyişdirmiş və nə yazıq ki, ənənələri unutdurmağa çalışan qüvvələr getdikcə daha da çoxalır.

Elçilikdən tutmuş, nişan və evlənmə günü də daxil olmaqla toyda bütün soyun iştirak etməsi sıradan bir şey deyil. Bu, o demək idi ki, evliliyin məsuliyyətini təkcə bəy və gəlin daşımır, həmçinin bütün soy buna cavabdeh idi. Təsadüfü deyil ki, o zamanlar boşanmalar yox dərəcəsində olurdu. Bəy və gəlini yalnız müharibələr, qəfil ölümlər,  təbiət hadisələri (sel, zəlzələ, yanğın və s.) ayıra bilərdi. "Qoşa qarıyasınız" anlamı da buradan irəli gəlirdi. Qırmızı duvaqda evə gəlin gələn qız, o evdən kəfəndə çıxmalı idi. İndi isə boşanmaları yığıb yığışdırmaq olmur.

Ardı var

Şeyxin səlahiyyətləri AZALDILDI like
  • 22 May 12:02  
Digərləri Şeyxin səlahiyyətləri AZALDILDI

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Əsasnaməsində dəyişiklik edilib.

arrow Ətraflı
Sabirabadda öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı like
  • 22 May 11:58  
Digərləri Sabirabadda öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı

Sabirabadda 16 yaşlı gəlinin qətlə yetirilməsi ilə bağlı daha bir təf�

arrow Ətraflı
Gürcü leyborizmi, əslində, bir maskadır: Şalva Natelaşvilinin ifşası like
  • 22 May 11:45  
Siyasət Gürcü leyborizmi, əslində, bir maskadır: Şalva Natelaşvilinin ifşası

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
"Heç biri atamın yasına gəlmədi, təkcə Xatirə, Yeganə vardı" like
  • 22 May 11:38  
Şou-biznes "Heç biri atamın yasına gəlmədi, təkcə Xatirə, Yeganə vardı"

Mərhum tanınmış təşkilatçı və prodüser Nahid Emiloğlunun övladı efr

arrow Ətraflı
Qurban bayramının namaz vaxtı açıqlandı like
  • 22 May 11:34  
Digərləri Qurban bayramının namaz vaxtı açıqlandı

Qurban bayramının namaz vaxtı açıqlanıb.

arrow Ətraflı
Qurban bayramı ilə bağlı fətva verildi like
  • 22 May 11:34  
Digərləri Qurban bayramı ilə bağlı fətva verildi

Qurban bayramı ilə bağlı fətva verilib.

arrow Ətraflı
Nazirlər Kabineti Aİ92 benzini və dizel yanacağı barədə QƏRAR VERDİ like
  • 22 May 11:25  
Digərləri Nazirlər Kabineti Aİ92 benzini və dizel yanacağı barədə QƏRAR VERDİ

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş &

arrow Ətraflı
Pensiyalar bu tarixdə tam ödəniləcək like
  • 22 May 11:20  
Digərləri Pensiyalar bu tarixdə tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
Prezident bu türbənin bərpasına 1 milyon ayırdı like
  • 22 May 11:11  
Siyasət Prezident bu türbənin bərpasına 1 milyon ayırdı

Prezident İlham Əliyev "Naxçıvan şəhərində yerləşən Möminə xat

arrow Ətraflı
Hollivud ulduzu 86 yaşında vəfat etdi  FOTO like
  • 22 May 11:09  
Şou-biznes Hollivud ulduzu 86 yaşında vəfat etdi FOTO

Ömrünün 60 ildən çoxunu Hollivuda həsr edən aktyor Maykl Alaimo 86 yaşı

arrow Ətraflı
Bu 4 BÜRC ayın uğurlusu olacaq  Taleh qapılarını açır like
  • 22 May 11:00  
Digərləri Bu 4 BÜRC ayın uğurlusu olacaq Taleh qapılarını açır

Astroloqlar may ayının son günlərinə doğru bəzi bürclərin həyatında �

arrow Ətraflı
Mahnılarımızı oğurlayan erməni qarmonçunun ifası "Youtube"dən silindi like
  • 22 May 10:55  
Digərləri Mahnılarımızı oğurlayan erməni qarmonçunun ifası "Youtube"dən silindi

Erməni qarmon ifaçısı Gagik Stepanyan "Bəs nə deyim", "Ay b

arrow Ətraflı
Ardıcıl 4 gün iş olmayacaq  Tarixlər like
  • 22 May 10:50  
Digərləri Ardıcıl 4 gün iş olmayacaq Tarixlər

Azərbaycanda ardıcıl 4 gün qeyri-iş günü olacaq.

arrow Ətraflı
“ChatGPT” internetdə ən çox ziyarət edilən 5ci sayt olub like
  • 22 May 10:48  
Digərləri “ChatGPT” internetdə ən çox ziyarət edilən 5ci sayt olub

Cəmi bir il ərzində sıralamada sürətli yüksəliş göstərən "ChatG

arrow Ətraflı