Uçan avtomobillərin buraxılış tarixi və qiyməti AÇIQLANDI
Digərləri 20 May 2025 11:56:00 89 0
Quruda avtomobil kimi havada da təyyarə kimi fəaliyyət göstərən avtomobillərin qiyməti və buraxılış tarixi açıqlanıb.
Bu xəbəri də oxu: Gecə öskürəyinin əsl səbəbi üzə çıxdı Dişlərini udurmuş
Son.az xəbər verir ki, Slovakiyada yerləşən Klein Vision şirkəti xəyalları reallığa çevirəcək texnoloji inqilaba hazırlaşır. Şirkət 2026-cı ilin birinci rübündə dünyanın ilk seriyalı uçan avtomobili olan "AirCar"ı satışa çıxaracağını rəsmən elan edib.
Dörd təkəri və iki qatlanan qanadı ilə "AirCar" həm quruda, həm də göydə səyahət edə bilir. Avtomobil havaya qalxmağa cəmi 2 dəqiqə qalmış qanadlarını açır və təyinat yerinə çatdıqda qanadlarını qatlayaraq avtomobilə çevrilir.
"AirCar"ın başlanğıc qiyməti 800.000 dollar olacaq. Lakin mühərrik gücü və avadanlıqdan asılı olaraq qiymət 1 milyon dollara qədər qalxa bilər.
Bu günə qədər "AirCar" 500-dən çox uçuş və enişi uğurla yerinə yetirib və 170 saatdan çox sınaq uçuşu həyata keçirib. Bu nailiyyətlərdən sonra şirkət həm də "Uçuşa yararlılıq sertifikatı" alıb.
Qeyd edək ki, Böyük Britaniya hökuməti uçan taksilər üçün 20 milyon funt sterlinqlik maliyyə yardımına başlayıb. İlk pilotlu uçan taksilərin 2026-cı ilə qədər Britaniya səmasında görünməsi gözlənilir.
Fidan Son.az
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) bəyan edir ki, son günlər bəz

Rusiyanın "Rostex" dövlət korporasiyası Ermənistana dağlıq əra

"Putin mənə həyat yoldaşıma böyük hörmət bəslədiyini deyib"

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan istintaq ç

May ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məkt�

Astroloji ulduzlar bu həftə bəzi bürclərin yolunu işıqlandırır. Həm ş

Mayın 19-da Azərbaycan Dövlət Kukla Teatrında "Meksika kuklaları"

Son illərdə ölkədə gənclər arasında pensiya sisteminə inam getdikcə az

Bakıda ictimai nəqliyyatda təhlükəli hadisə qeydə alınıb.

Bakının Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində apar

Uzun zamandır ürəyində problem olan gənc müğənni Mirkamil Kamilov bu gü

Mersinin Toroslar rayonunda yerləşən audio və video sistemləri istehsal ed�
