Digərləri
2025-04-03 19:04:00
Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi mərhələli şəkildə həyata keçirilir. Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya və informatika fənn müəllimləri 2026-cı ildə isə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri sertifikatlaşdırma prosesinə cəlb olunacaq.
2025-04-03 18:50:00
Türkiyənin məşhur müğənni və romanların modacısı kimi tanınan Kobra Murat (Murat Divandiler), "Evrim Akın ilə Ev Gəzintisi" proqramı çərçivəsində Balatdakı yeni tikilmiş 5 mərtəbəli evinin qapılarını açdı.
2025-04-03 18:49:00
Ötən gün "Təhsil oyunları platforması" layihəsi çərçivəsində şagirdlər arasında "Nə? Harada? Nə zaman?" oyunu üzrə respublika çempionatı keçirilib. İki mərhələdən ibarət olan çempionatın seçim turu onlayn formatda baş tutub.
2025-04-03 18:45:00
Maqnit qasırğasının pik nöqtəsi aprelin 4-5-də baş verəcək, intensivliyi G2-G3 diapazonunda (K-indeksi 5-6) dəyişəcək.
2025-04-03 18:41:00
Yunanıstan-Bolqarıstan İnterkonnektoru təbii qaz tədarükünün təhlükəsizliyinin və şaxələndirilməsinin təmin olunması baxımından həm Bolqarıstan, həm də bütün region üçün həlledici rol oynamağa davam edir.
2025-04-03 18:36:00
Bu ilin martın 1-nə Azərbaycanda bank və qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna kredit qoyuluşlarının həcmi 1,8 milyard manat təşkil edib.
2025-04-03 18:25:00
"Televiziyada Aprel döyüşlərinin başladığını görürdük, amma zənglə danışarkən bizə bildirmirdi".
2025-04-03 18:11:00
2025-ci ilin ilk üç ayında 8 erkən evlilik halının qarşısı alınıb.
2025-04-03 18:00:00
Aprelin 4-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
2025-04-03 17:45:00
Bu qeyri-adi pəhriz məhdudiyyətsiz sayda yemək qəbul etməyə icazə verir. Yapon tədqiqatçıları yaxın zamanda gözlənilməz bir kəşf etdilər ki, bu, iştahın təbiəti haqqında yeni məlumatlar verir. Alimlər müəyyən etdilər ki, tez-tez yemək qəbul etməyə olan istəyi yaratmaqda "qrelin" adlı hormon məsuliyyət daşıyır. Hormonun adı yunan sözündən götürülüb və "hərəkət etdirmək" və ya "təşviq etmək" mənasını verir ki, bu da onun orqanizmindəki rolunu düzgün əks etdirir. Məhz qrelin, aclıq hissini yaradır və bizə növbəti qəlyanaltıya başlamağa təkan verir.
2025-04-03 17:36:00
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli avtotəmir sexinin fəaliyyətini dayandırıb.
2025-04-03 17:24:00
Bakıda elektrik dirəyində cərəyan vuraraq ölən şəxs ev dustağı olub.
2025-04-03 17:13:00
Azərbaycanda bəzi kərə yağlarında uyğunsuzluq aşkarlanıb.
2025-04-03 17:06:00
Pekin Vaşinqtonun Çin məhsullarına tətbiq etdiyi rüsumları artırmasını kəskin şəkildə tənqid edir və ölkəsinin maraqlarını və hüquqlarını müdafiə etmək üçün qarşı tədbirlər görəcəyini bildirir.
2025-04-03 16:58:00
Zaqatalada müəllim olan bacısını güllələyərək öldürən qardaşa hökm oxunub.
2025-04-03 16:53:00
Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev işdən çıxıb.
2025-04-03 16:50:00
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Bakı şəhəri Xətai Rayon Komitəsinin yeni sədri məlum olub.
2025-04-03 16:22:00
Azərbaycanın dövlət suverenliyi təmin olunduqdan sonra 2023-cü ilin oktyabrında təqsirləndirilən şəxs David İxşanyana məxsus "Park" adlı hoteldə silah-sursat və rabitə vasitələri aşkarlanıb.
2025-04-03 16:19:00
Tovuz rayonu Bozalqanlı kənd sakini 2012-ci il təvəllüdlü A.Süleymanova ötən gün 18 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxaraq itkin düşüb.
2025-04-03 16:06:00
Goranboyda qadın valideyn məktəbə hücum edib.
2025-04-03 16:05:00
Həsən Kür xəstəxanadan evə buraxılıb
2025-04-03 15:59:00
Astrologiyada zəngin olma ehtimalı yüksək olan bürclər vardır ki, onlar zəhmət və uğurlarına görə maddi mükafatlar alacaq.
2025-04-03 15:53:00
Türk Dünyasının birliyinin gücləndirilməsi, zəngin mədəni irsinin qorunması və təbliği sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təltif olunub.
2025-04-03 15:51:00
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin ailəsinə itki üz verib.
2025-04-03 15:45:00
Saqqız çeynəməyin daha bir zərəri açıqlanıb
2025-04-03 15:30:00
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında 8 uşağa virus yoluxub.
2025-04-03 15:15:00
Dünyanın ən kiçik ürək batareyası hazırlanıb
2025-04-03 15:02:09
İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na uyğun olaraq, Fond 2025-ci ilin birinci rübündə də əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirib.
2025-04-03 14:53:00
Fevralın 2-də Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evinin həyətində yanğın baş verib.
2025-04-03 14:51:00
Türk Dünyasının birliyinin gücləndirilməsi, zəngin mədəni irsinin qorunması və təbliği sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təltif olunub.
2025-04-03 14:46:00
İllik İnvestisiya Toplantısı ("AIM Congress") çərçivəsində təşkil olunacaq Beynəlxalq Startap Yarışmasında ölkəmizi təmsil edəcək startap müəyyən edildi.
2025-04-03 14:43:00
Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 4-10 aprel tarixlərində keçiriləcək. Təhsil İnstitutundan Son.az-a verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Həmçinin dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar. Əlavə olaraq, müsabiqə çərçivəsində aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bala artım əmsalı tətbiq olunacaq: -Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır; -İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır; - Həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, sözügedən müəssisələrdə 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalına vurularaq hesablanır. Sənəd qəbulu 4 aprel saat 11:00-dan 10 aprel saat 11:00-dək davam edəcək.