Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir
Digərləri 17 May 2025 22:13:00 63 0
Prof. Dr. Celal Şengör-ün, sosial mediada yayılan görüntülərindəki sözləri səbəbilə "Türk millətini, Türkiyə Cümhuriyyəti Dövlətini, dövlətin qurum və orqanlarını alçaltmaq" ittihamı ilə 2 ilədək həbs cəzası istənərək barəsində ittiham aktı tərtib olunub.
Bu xəbəri də oxu: Bu saqqız virusları
Beykoz Cumhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında bildirilir ki, 20 noyabr 2024-cü ildən əvvəl, tarixi dəqiqliklə müəyyən edilməmiş bir vaxtda bir çox istifadəçi tərəfindən sosial şəbəkələrdə paylaşılan və şübhəli Şengörün göründüyü bir videoda, Türk millətinin zəka səviyyəsi ilə bağlı ifadələri səbəbilə istintaqa başlanılıb.
İttiham aktında qeyd olunub ki, 12 may tarixində Ədliyyə Nazirliyi tərəfindən Şengör barəsində rəsmi istintaq icazəsi verilib.
Şübhəlinin müdafiəsində isə, sözügedən videodakı çıxışın ona aid olduğunu və bu fikirləri əlindəki elmi sənədlərə əsasən söylədiyini, ifadələrinin təhqir məqsədilə deyil, elmi məlumatlara əsaslandığını bildirib.
Prokurorluğun sənədində qeyd olunub ki, paylaşım məzmunu, Şengörün etirafı və işin digər sübutları birgə qiymətləndirildikdə, Şengörün üzərinə atılan cinayəti törətdiyi qənaətinə gəlinib.
Nəticədə, Prof. Dr. Celal Şengör haqqında Türk Millətini, Türkiyə Cümhuriyyəti Dövlətini və onun orqanlarını alçaltmaq maddəsi üzrə 6 aydan 2 ilə qədər həbs cəzası ilə cəzalandırılması üçün məhkəməyə müraciət olunub. Lalə Qüdrətova Son.az
ABŞ prezidenti Donald Tramp bildirib ki, Qəzza zolağında insanlar aclıqdan

ABŞ Prezidenti Donald Trampın güc tətbiq etmək təhdidlərinə baxmayaraq,

"Elgizlə izlə" verilişində Əməkdar artist Ruhəngiz Musəvi ilə

Rusiya və Ukrayna arasında davam edən müharibənin fonunda liderlər səviyy

"Google" bütün istifadəçilərinə vacib xəbərdarlıq edib - bəz

Qazaxıstanın Aktobe vilayətində daxili orqanlarını internetdə 15 milyon t

Qara dənizdə ehtiyatları 75 milyard kubmetr olan qaz yatağı kəşf edilib.

Tanınmış aparıcı Zaur Bəxşəliyev son günlər mediada və sosial şəbə

Adətən yazın son ayları - aprel və mayda havanın temperaturu artır, istil

İyul ayı bəzi bürclər üçün "qızıl dövr" olacaq. Astroloqlar

Vətən müharibəsinin iştirakçısı Sübhan Hüseynov ötən ay kista diaqno

Aktyor Cavidan Novruz "Komedixana"dan getməsi haqda sualları cavabla

Mart ayında aidiyyəti qurumlar və ekspertlər yerli kartofun bazara çıxmas�
