Xəbərdarlıq: Azərbaycanda kartof bir daha bu qiymətə olmayacaq Səbəb


Digərləri 17 May 2025 18:55:00 70 0

Xəbərdarlıq: Azərbaycanda kartof bir daha bu qiymətə olmayacaq  Səbəb

Mart ayında aidiyyəti qurumlar və ekspertlər yerli kartofun bazara çıxması ilə qiymətlərin aşağı düşəcəyini vəd etsələr də, gözlənilən ucuzlaşma hələ də baş verməyib. Alıcılar bahalıqdan, satıcılar isə artan xərclərdən gileylənirlər. Hazırda kartofun qiyməti bazarda 1,3-1,6 manata təklif olunur. Bu da əvvəlki aylardakı qiymətlərlə eynidir. Mövsümə baxmayaraq, qiymətlərin sabit qalması, endirimin olmaması ciddi suallar doğurur.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli sözügedən problemin səbəblərini sadaladı. O, hesab edir ki, qiymətlərin sabit qalmasında əsas səbəblər dəyişkən hava şəraiti və istehsalın az olmasıdır:

"Bu dövrdə Azərbaycanda kartofun qiyməti enməli idi. Çünki bu müddət yeni kartofun bazara çıxması ilə səciyyələnir. Lakin ardıcıl yağan yağışlar və soyuq hava şəraiti kartof yığımını ləngidir. Nəticədə, faraş kartof bazara kütləvi şəkildə çıxarıla bilmir.

Bundan əlavə, əvvəlki illərlə müqayisədə bu il kartof istehsalında ciddi azalma müşahidə olunur. Məsələn, 2023-cü ildə kartof istehsalının əsas mərkəzlərindən biri olan Cəlilabad rayonunda 60 min hektar sahədə kartof əkilmişdi. 2024-cü ildə bu rəqəm 30 min hektara düşüb. Bu il isə kartof əkini təxminən 20-25 min hektar arasında qərarlaşıb. Beləliklə, həm istehsalın azalması, həm də əlverişsiz hava şəraitinin yığıma təsiri qiymətlərin yüksək səviyyədə qalmasına səbəb olub".

Ekspert qeyd etdi ki, qiymətin enib-enməməsi hava şəraitindən asılı olacaq, lakin yenidən bazarda ötənilki qiymətləri müşahidə etməyəcəyik:

"Sahibkarlar xaricdən gətirilən kartofu yalnız kiçik partiyalarla idxal edirlər. Bu, bazarda qiymətlərin kəskin şəkildə enməsi halında ziyana düşməmək üçün atılan addımdır. Ölkədə 2023-cü ildən qalan kartof ehtiyatı isə artıq mart ayında tükənib. Bu faktorlar da qiymətlərin eyni qalmasına təsir edir.

Azərbaycanda kartof və soğan ən çox tələbat olan məhsullardandır. Lakin bu məhsullar da yerli tələbatı tam şəkildə ödəyə bilmir. Məsələyə diqqət yetirsək görərik ki, ötən il kartof mart ayının sonunda bahalaşmağa başlamışdısa, bu il bahalaşma daha erkən - mart ayının əvvəlində müşahidə olunub. Bu da onu göstərir ki, ölkədə kartof bazarında tələb və təklif arasında balans tam təmin olunmur. Hava şəraitinin yaxşılaşacağı təqdirdə qiymətlərdə enmə müşahidə olunacaq. Lakin yenə də bu qiymətlər keçənilkindən baha olacaq". Son.az

Misir Mərdanov maaşını açıqladı like
  • 17 May 18:45  
Digərləri Misir Mərdanov maaşını açıqladı

"Əməkhaqqı məsələsi ən ciddi problemdir. Məsələn, mənim aylıq �

arrow Ətraflı
“Oqtaydan sonra heç yerə getmirəm” like
  • 17 May 18:38  
Şou-biznes “Oqtaydan sonra heç yerə getmirəm”

"Bu gün verilişlərə gələn adamların əksəriyyəti həyatın dibind�

arrow Ətraflı
Şantaj edərək bu hotellərdən pul alıb  FOTO like
  • 17 May 18:28  
Kriminal Şantaj edərək bu hotellərdən pul alıb FOTO

Şantaj ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilən "Azerinfo.az

arrow Ətraflı
Elçin Quliyev generalı vəzifəsindən azad etdi like
  • 17 May 18:16  
Digərləri Elçin Quliyev generalı vəzifəsindən azad etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi əvəzi general-mayo

arrow Ətraflı
Bunu yesəniz, dəriniz gözəlləşəcək, like
  • 17 May 18:11  
Digərləri Bunu yesəniz, dəriniz gözəlləşəcək,

Yaşıl soğan tərkibindəki vitamin və minerallarla sağlamlıq üçün bir �

arrow Ətraflı
"Onun haqında danışmaq hər adamın başı üçün deyil" like
  • 17 May 17:56  
Şou-biznes "Onun haqında danışmaq hər adamın başı üçün deyil"

Müğənni Kəmalə Qaramollayeva qalmaqallı açıqlamalar verib.

arrow Ətraflı
Gəlindən qaynanasına böyük HÖRMƏTSİZLİK VİDEO like
  • 17 May 17:45  
Digərləri Gəlindən qaynanasına böyük HÖRMƏTSİZLİK VİDEO

Sosial şəbəkələrdə yayılan görüntü narazılıq doğurub.

arrow Ətraflı
Bu BÜRCLƏRƏ həftəsonu çox uğurlu olacaq like
  • 17 May 17:24  
Digərləri Bu BÜRCLƏRƏ həftəsonu çox uğurlu olacaq

Bu həftənin sonunda ulduzlar israrlı, dəyişməyə açıq və məsuliyyəti

arrow Ətraflı
AAF “Sürətin evolyusiyası”nda klassik avtomobilləri təqdim edib  FOTO like
  • 17 May 17:23  
Digərləri AAF “Sürətin evolyusiyası”nda klassik avtomobilləri təqdim edib FOTO

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, "Nazar

arrow Ətraflı
"Məni kim almaz ki?" like
  • 17 May 17:09  
Şou-biznes "Məni kim almaz ki?"

"Gözümün yiyəsi bu gözü çıxardar"

arrow Ətraflı
Makronun barmağı Ərdoğanın əlində "ilişib qaldı"  VİDEO like
  • 17 May 17:08  
Dünya Makronun barmağı Ərdoğanın əlində "ilişib qaldı" VİDEO

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Zirv�

arrow Ətraflı
Melaniya Trampı digər birinci xanımlardan fərqləndirən 10 gözlənilməz FAKT like
  • 17 May 16:59  
Digərləri Melaniya Trampı digər birinci xanımlardan fərqləndirən 10 gözlənilməz FAKT

Melaniya Tramp ABŞ-ın 45-ci və 47-ci prezidenti Donald Trampın həyat yolda�

arrow Ətraflı
TÜRKSOY Baş Katibindən Şamaxı Türk Şəhidliyinə anlamlı ziyarət  FOTO like
  • 17 May 16:47  
Digərləri TÜRKSOY Baş Katibindən Şamaxı Türk Şəhidliyinə anlamlı ziyarət FOTO

TÜRKSOY Baş Katibi Sultan Raev, Azərbaycanının tarixi və mədəniyyəti ba

arrow Ətraflı