Bakı metrosunda YENİLİK "Gedişhaqqı məsafəyə görə təyin ediləcək"
Digərləri 13 May 2025 10:57:44 70 0
Azərbaycanda ictimai nəqliyyat vasitələri üçün müəyyənləşdirilmiş gedişhaqqı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi vətəndaşlar gedişhaqqının azaldılmasını, bəziləri isə güzəştlərin tətbiqini təklif edir.
Bu xəbəri də oxu: Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
Son.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bu barədə aidiyyəti qurumlar tərəfindən dəfələrlə məsələ qaldırılıb:
"Lakin onlar mövcud gedişhaqqının çəkilən xərclərə adekvat olmadığını bildirirlər. Məsələn, bəzi şirkətlər hesablamalarına əsasən, bir sərnişini yeni avtobusla daşımağın 0,85 AZN-ə başa gəldiyini deyir. Amma ödəniş 0,50 AZN-dir. Gözləyirlər ki, dövlət dotasiya ayırsın, onlara dəyən zərər ödənilsin. Paralel olaraq, hökumət də sahibkarın ziyanını qarşılamağa çalışır. Əvvəl 20-30 min manata köhnə avtobuslar gətirirdilər və rahat şəkildə xəttə çıxarırdılar. Bu gün onlar 20 qəpiyə də sərnişin daşısa, özlərinə sərf edir. Amma "Baku Bus" üçün gətirilən avtobusların dəyəri 300-400 min manatdır. Onlar sərnişini necə 30 qəpiyə daşısın? Bunun başqa iqtisadi izahı yoxdur".
Ekspert bildirib ki, gedişhaqqını dövlət tənzimləyir və bu, 50 qəpik civarında saxlanılır:
"Qalan pulu da dövlət sahibkara digər formada ödəməyə çalışır. Məsələn, subsidiyalar, dotasiyalar və sair ayırır. Gələcəkdə digər güzəştlərin də edilməsi nəzərdə tutulur - bura gedişhaqqı da daxildir. Məsələn, tələbələr, pensiyaçılar, şəhid ailələri, qazilər bu sırada yer alır. Həm də məsafəyə görə gedişhaqqının təyin edilməsi gündəmdədir. Müzakirələrdən sonra dəqiq biləcəyik".
Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin dekanı, filolo

Bakıda Nərumanov rayonunda yerləşən məşhur "Şəki" restoranın

Evlənənlərin sayında ötən illə müqayisədə artım müşahidə edilir. D

Prezident İlham Əliyev mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından

Sabunçu rayonunun Maştağa və Qaradağ rayonunun Qızıldaş qəsəbələrind

Bir sıra inşaat materialları istehsalı ilə məşğul olan "ALMET"

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta

Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza

Xətai rayonunda yaşayan 14 yaşlı yeniyetmə evdən çıxıb və geri qayıtm

"Balık Ayhan" ləqəbi ilə tanınan Ayhan Küçükboyacı İstanbuld
