Ərdoğan PKKnın ləğvini belə şərh etdi
Digərləri 13 May 2025 10:01:00 80 0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada bir sıra vacib məsələlərə toxunub. O, PKK-nın buraxılması ilə bağlı verilən qərara dair ilk dəfə şərh verərək bu addımı "Terrorsuz Türkiyə" hədəfinə doğru atılan mühüm bir addım kimi qiymətləndirib.
Son.az xəbər verir ki, Ərdoğan çıxışında bunları qeyd edib:
"Bu gün daha bir kritik mərhələni keçdik. Mən bu qərarı mühüm dönüş nöqtəsi kimi qiymətləndirirəm. Yeni dövrün qapıları açılır, qardaşlığımıza saplanan qanlı xəncər çıxarılır. Ən böyük qazanan isə şəhidlərin ailələridir" .
Ərdoğan əlavə edib ki, hökumət və Xalq Alyansı olaraq Türkiyəni 40 ildir davam edən terror bəlasından qurtarmaq üçün əzmkar olduqlarını bir daha bəyan edirlər.
O, həmçinin Türk Əsri vizyonu, bölgədəki sülh təşəbbüsləri, iqtisadi sabitlik və beynəlxalq münasibətlərdəki mövqelərlə bağlı fikirlərini də bölüşüb. Prezident bildirib ki, Türkiyə bütün böhranları uğurla idarə edən ölkə olaraq həm regionda, həm də dünyada nüfuzunu daha da artırır.
Sabunçu rayonunun Maştağa və Qaradağ rayonunun Qızıldaş qəsəbələrind

Bir sıra inşaat materialları istehsalı ilə məşğul olan "ALMET"

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta

Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza

Xətai rayonunda yaşayan 14 yaşlı yeniyetmə evdən çıxıb və geri qayıtm

"Balık Ayhan" ləqəbi ilə tanınan Ayhan Küçükboyacı İstanbuld

Xalq artisti Faiq Ağayev efir məkanımızdakə bəzi halları tənqid edib.

Səhərlər yataqdan qalxmaq bəzən çətin ola bilər. Ancaq tibb mütəxəssi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə A

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) distant təhsil xidmətləri

Yaz aylarının gəlişi ilə birlikdə dərimizin daha çox təmiz hava ilə t�
