Metroda tibbi xidmət niyə yoxdur? İki qurumdan sorğuya cavab


Digərləri 12 May 2025 20:30:00 88 0

Metroda tibbi xidmət niyə yoxdur?  İki qurumdan sorğuya cavab

İctimai nəqliyyat vasitələrindən ən çox istifadə olunanlardan biri - metro, xüsusilə pik saatlarda ciddi sıxlıqla müşahidə olunur. Belə hallarda, yaşından və sağlamlıq vəziyyətindən asılı olmayaraq, sərnişinlərin halının pisləşməsi ilə tez-tez qarşılaşırıq. Yay aylarında isti hava şəraiti bu vəziyyəti daha da ağırlaşdırır. Bu kimi anlarda ilk tibbi yardımın əhəmiyyəti danılmazdır. Lakin təcili tibbi yardım xidmətlərinin metro daxilinə gecikməsi, halı pisləşən şəxslərin həyatı üçün real təhlükəyə çevrilə bilər.

Şəxsi müşahidələrimiz də bu problemi təsdiqləyir. Belə ki, bir dəfə metronun girişində iki tibb işçisinin hadisə yerinə tələsmədən, adi gəzinti kimi hərəkət etdiyinin şahidi olduq. Halbuki bir neçə saniyə əvvəl içəridə bir sərnişinin halı qəfil pisləşmişdi. Bu isə sual doğurur: Niyə metro daxilində operativ tibbi xidmət stansiyası mövcud deyil?

Mövzunun aktuallığını və ictimai əhəmiyyətini nəzərə alaraq, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBƏB) sorğu ünvanladıq.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Məxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirib ki, Bakı metropolitenində hər hansı sərnişinin halı pisləşdikdə, dərhal təcili tibbi yardım xidmətinə məlumat verilir və əraziyə yaxınlıqda yerləşən Təcili və Təxirəsalınmaz Tibbi Yardım məntəqəsindən həkim briqadası göndərilir:

"Stansiya əməkdaşları ilkin tibbi yardım üzrə xüsusi təlim keçib və fövqəladə hallarda operativ reaksiya verməyə hazırdırlar. Sərnişinin səhhətində narahatlıq yaranarsa, dərhal qaydalara uyğun şəkildə Təcili Tibbi Yardıma müraciət olunur. Briqada əraziyə göndərilir və vaxtında zəruri yardım təmin olunur. Metropoliten əməkdaşları da ilkin tibbi yardıma dair təlimatlandırılıblar və lazım gəldikdə müvafiq addımlar atırlar".

Stansiyalarda daimi tibbi məntəqələrin və ya tibbi personalın yerləşdirilməsi məsələsinə dair qurumun açıqlamasında bildirilir ki, "Bakı Metropoliteni" sərnişindaşıma fəaliyyəti ilə məşğuldur və tibb müəssisəsi açmaq səlahiyyətinə malik deyil.

Qurumdan o da vurğulanıb ki, tibbi xidmət sahəsində əlavə tədbirlər görmək Bakı Metropoliteninin hüquqi səlahiyyətlərinə daxil deyil. Lakin sərnişinlərin təhlükəsizliyi və həyatı metropoliten üçün prioritet məsələ olaraq qalır və aidiyyəti qurumlarla sıx əməkdaşlıq edilir.

"TƏBİB və xüsusilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti ilə operativ əlaqəmiz mövcuddur. Hadisə baş verdikdə dərhal müraciət edilir və həkim briqadası əraziyə göndərilir. Əməkdaşlarımız yalnız ilkin tibbi yardım göstərə bilərlər", - deyə cavabda qeyd olunub.

Xəyal Abdullayev Son.az

Röya Zaura söz atdı, sonra BARIŞDILAR  VİDEO like
  • 12 May 20:18  
Şou-biznes Röya Zaura söz atdı, sonra BARIŞDILAR VİDEO

Xalq artisti Röya Ayxan aparıcı Zaur Baxşəliyevə səhnədən söz atıb.

arrow Ətraflı
Zelenski ABŞ ilə bağlı qalmaqallı qanunu imzaladı like
  • 12 May 20:06  
Dünya Zelenski ABŞ ilə bağlı qalmaqallı qanunu imzaladı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna arasında faydalı qazın

arrow Ətraflı
Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə öldü  Azərbaycanda faciə like
  • 12 May 20:05  
Digərləri Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə öldü Azərbaycanda faciə

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisind�

arrow Ətraflı
Aktrisa Nina Qrebeşkova vəfat etdi like
  • 12 May 19:52  
Şou-biznes Aktrisa Nina Qrebeşkova vəfat etdi

Sovet və Rusiya aktrisası Nina Qrebeşkova 95 yaşında vəfat edib.

arrow Ətraflı
“Komedixana” ulduzlarının avtomobilləri: “Range Rover” sürən də var… like
  • 12 May 19:40  
Şou-biznes “Komedixana” ulduzlarının avtomobilləri: “Range Rover” sürən də var…

"Komedixana"nın ulduzları təkcə səhnədəki yumorları və parlaq

arrow Ətraflı
Abituriyentlər belə aldadılır  DİMdən açıqlama like
  • 12 May 19:29  
Digərləri Abituriyentlər belə aldadılır DİMdən açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tikto

arrow Ətraflı
Bu həftə bürclərə nə vəd edir? like
  • 12 May 18:53  
Digərləri Bu həftə bürclərə nə vəd edir?

Son.az xarici mətbuata istinadla həftəlik bürc proqnozunu təqdim edir:

arrow Ətraflı
İlham Əliyev PKKnın özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib like
  • 12 May 18:24  
Siyasət İlham Əliyev PKKnın özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev PKK terror qruplaşması

arrow Ətraflı
Sumqayıtda zəncirvari qəza  xəsarət alanlar var like
  • 12 May 18:10  
Digərləri Sumqayıtda zəncirvari qəza xəsarət alanlar var

18:10 Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə mayın 12-

arrow Ətraflı
Zelenski şalvarını tərs geyinib?  Viral olan FOTOnun arxasındakı həqiqət like
  • 12 May 18:03  
Dünya Zelenski şalvarını tərs geyinib? Viral olan FOTOnun arxasındakı həqiqət

Ukrayna Prezidenti Volodimir Zelenskinin bir fotosu sosial mediada böyük maraq

arrow Ətraflı
Sosyallıqdan qaçan 4 bürc  Onlar tam bir qapalı qutudur! like
  • 12 May 18:00  
Digərləri Sosyallıqdan qaçan 4 bürc Onlar tam bir qapalı qutudur!

Astrologiya insanların fərqli xarakterlərini üzə çıxarır. Bəzi bürclə

arrow Ətraflı
Rektor təyin edilən Aqil Şirinov kimdir?  DOSYE like
  • 12 May 17:50  
Digərləri Rektor təyin edilən Aqil Şirinov kimdir? DOSYE

Xəbər verdiyimiz kimi, Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnst

arrow Ətraflı