Başlıbel faciəsinin şahidi: Erməni hərbçilər mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər


Siyasət 12 May 2025 18:27:00 70 0

Başlıbel faciəsinin şahidi: Erməni hərbçilər mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndinin əhalisinin məhv edilməsi zamanı zərərçəkmiş şəxs Habil Ələsgərov ifadə verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, H.Ələsgərov ifadəsində Kəlbəcərin Ermənistan ordusu tərəfindən işğal olunduğu xəbərini radio vasitəsilə aldıqlarını deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Başlıbelə hücumundan xəbər tutan insanlar tunel istiqamətində gedərək kəndi tərk etməyə çalışıblar. Lakin görüblər ki, ermənilər Kəlbəcəri mühasirəyə alıb.

"Aprelin 5-də Başlıbeldə güllə səsləri eşidilməyə başladı. Kəndə hücum edən ermənilər evləri qarət edirdilər. Biz özümüzü müdafiə etmək məqsədilə kahalarda gizləndik. Onlar gizləndiyimiz yeri müəyyən etdikdən sonra bizi atəşə tutmağa başladılar. Gizləndiyimiz kahalara qazlı bombalar atdıqdan sonra içəridə qalmaq olmurdu. Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar. Məndən tələb etdilər ki, kahada gizlənən insanları çağırıb çölə çıxarım", - deyə H.Ələsgərov vurğulayıb.

Zərərçəkmiş əlavə edib ki, Ermənistan ordusunun silahlılarının kahaya hücumu nəticəsində anası qolundan güllə yarası alıb: "Anamı gətirməyə gedəndə onu güllələdilər. Yanımızda olanların çoxu yaşlı və qadınlar idi. Ermənilər mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər. Orada Livan erməniləri də var idi. Qaçmağı bacardığımdan məni öldürə bilmədilər. Yaşlı bir kişini mədəniyyət evində yandırmışdılar, sadəcə, başı qalmışdı. Bir qadını suya atıb dondurmuşdular. Onlar hətta heyvanları belə amansızlıqla öldürürdülər".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 15-də davam etdiriləcək. Son.az 

İlham Əliyev PKKnın özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib like
  • 12 May 18:24  
Siyasət İlham Əliyev PKKnın özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev PKK terror qruplaşması

arrow Ətraflı
Sumqayıtda zəncirvari qəza  xəsarət alanlar var like
  • 12 May 18:10  
Digərləri Sumqayıtda zəncirvari qəza xəsarət alanlar var

18:10 Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə mayın 12-

arrow Ətraflı
Zelenski şalvarını tərs geyinib?  Viral olan FOTOnun arxasındakı həqiqət like
  • 12 May 18:03  
Dünya Zelenski şalvarını tərs geyinib? Viral olan FOTOnun arxasındakı həqiqət

Ukrayna Prezidenti Volodimir Zelenskinin bir fotosu sosial mediada böyük maraq

arrow Ətraflı
Sosyallıqdan qaçan 4 bürc  Onlar tam bir qapalı qutudur! like
  • 12 May 18:00  
Digərləri Sosyallıqdan qaçan 4 bürc Onlar tam bir qapalı qutudur!

Astrologiya insanların fərqli xarakterlərini üzə çıxarır. Bəzi bürclə

arrow Ətraflı
Rektor təyin edilən Aqil Şirinov kimdir?  DOSYE like
  • 12 May 17:50  
Digərləri Rektor təyin edilən Aqil Şirinov kimdir? DOSYE

Xəbər verdiyimiz kimi, Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnst

arrow Ətraflı
PKK silahları bu 3 nöqtəyə təslim edəcək  Detallar like
  • 12 May 17:45  
Digərləri PKK silahları bu 3 nöqtəyə təslim edəcək Detallar

Xəbər verdiyimiz kimi,  PKK terror təşkilatı bu gün özünü ləğv etdi

arrow Ətraflı
"JEK"lərin pul toplması qanunsuzdur  AÇIQLAMA like
  • 12 May 17:41  
Digərləri "JEK"lərin pul toplması qanunsuzdur AÇIQLAMA

Vətəndaşlar sahib olduqları evə və qeyri-yaşayış sahəsinə görə əml

arrow Ətraflı
İkardi "dəli olacaq"  "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz like
  • 12 May 17:35  
Digərləri İkardi "dəli olacaq" "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zə

arrow Ətraflı
"Yorğunluğum ərimin nəvazişi, qayğısı ilə bitir" like
  • 12 May 17:15  
Şou-biznes "Yorğunluğum ərimin nəvazişi, qayğısı ilə bitir"

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşı barədə danışıb.

arrow Ətraflı
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı like
  • 12 May 17:12  
Digərləri Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov məhkəmə

arrow Ətraflı
Məşhur türk serialından 7 aktyor birdən gedir like
  • 12 May 16:54  
Digərləri Məşhur türk serialından 7 aktyor birdən gedir

Now Tv-də yayımlanan "Hudutsuz sevda" serialından daha 7 aktyor g

arrow Ətraflı
Hakan Fidandan PKKnın özünü buraxmasına ilk REAKSİYA like
  • 12 May 16:25  
Digərləri Hakan Fidandan PKKnın özünü buraxmasına ilk REAKSİYA

Türkiyənin Xarici işlər naziri Hakan Fidan PKK-nın ləğvi ilə bağlı q�

arrow Ətraflı
110 kilo arıqlayan tanınmış aktrisa indi belə görünür  FOTO like
  • 12 May 16:19  
Şou-biznes 110 kilo arıqlayan tanınmış aktrisa indi belə görünür FOTO

Aktrisa Aslı Samatın son görüntüsü böyük maraq doğurub.

arrow Ətraflı