Qədr gecələrinin əməlləri...


Digərləri 09 Mar 2026 00:12:00 195 0

Qədr gecələrinin əməlləri...

Qədr gecəsi Allahın kitabı, bəşəriyyətin hidayət çırağı, haqqı batildən ayıran Quran nazil olub. İslam alimlərinin bildirdiyinə görə, Qurani-Kərim peyğəmbərimizin (s) mübarək qəlbinə iki cür nazil olub: 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə. Yəni Həzrət Peyğəmbər (s) hələ insanlara Quranı çatdırıb qurtarmamışdan öncə Qədr gecəsində Allah kitabını bütövlükdə mənimsəmişdi.

Ərəbcə "Leylətül-Qədr" ifadəsi azərbaycanca həm də "müqəddərat gecəsi" anlamına gəlir. Dinimizə əsasən, insanın seçim azadlığına malikdir və atdığı hər addım onun gələcəyini müəyyən edir. Bu baxımdan insan öz keçmişinin əsirinə çevirilir, keçmişdə etdikləri əməllərin qurbanı olur. Qədr gecəsində Allah bəndələrinə fürsət verir ki, keçmişlərinin əsirliyidən qurtulsunlar və müqəddəratlarını dəyişsinlər. Ona görə, Qədr gecəsinin necə keçirilməsi taleyüklü məsələdir.

Qədr gecəsi mübarək Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrindən birinə təsadüf edir. Daha doğrusu, onlardan yalnız biri Qədr gecəsi olsa da, hər gecə bir biri ilə bağlıdır. Bu gecələr əhya saxlanıldığından onlara həm də "əhya gecələri" deyilir. "Əhya" ərəbcə "diriliş, dirçəliş" deməkdir. Qədr gecəsi hər bir insanın həyatında əhəmiyyətli yer tutsa da, onun vacib ibadətləri yoxdur. Bu gecələrin həm ümumi, həm xüsusi ibadətləri vacib deyil, tövsiyə kimi buyurulub. Əhya isə onların ən mühümüdür. Allaha xatir məğrib azanından sübh azanına qədər sadəcə oyaq qalmaq, heç bir ibadət edilməsə də, savabdır.

Mübarək Ramazan ayının 19-cu və 21-ci gecələri həm də şəhadət günlərinə təsadüf edir. 19-cu gecə Həzrət Əli (ə) namaz üstündə zərbələnib, 21-ci gecə isə şəhid olub. Odur ki, bu gecələrdə həzrət Əlini (ə) yad etmək, onu uzaqdan da olsa ziyarət etmək bəyənilən işlərdəndir.

Qədr gecəsinin fəziləti o qədər böyükdür ki, bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür. Qədr gecələrinin bəyənilən əməllərindən bir neçəsini diqqətinizə çatdırmaq istərdik:

1. Qüsl. Gün batanda Qədr gecəsinin qüslunu almaq, məğrib və işa namazlarını həmin qüsuldan sonra qılmaq.

2. Əhya saxlamaq. Məğrib azanından sübh azanına qədər oyaq qalmaq.

3. Quran oxumaq. Həm ərəbcə, həm tərcümə də oxumaq olar. Yaxşı olar ki, ayələr üzərində təfəkkür edilsin.

4. Salavat. Peyğəmbər (s) və onun Əhli-Beytinə (ə) çoxlu salavat göndərmək. Salavat belə deyilir: "Allahummə salli əla Muhəmməd və ali-Muhəmməd" [tərcümə: "İlahi, Həzrət Məhəmmədə və onun pak soyuna xeyir-bərəkət ver"]

5. Bağışlamaq. Yaxşı olar ki, bu gecə hamıya haqqınızı halal edəsiniz. Qəsdən ya təsadüfən edilən pisliklər, bildiyimiz və bilmədiyimiz haqsızlıqları bağışlayaq ki, Allah da bizə rəhmət nəzəri ilə baxsın. "İlahi, mən hamını bağışladım" demək kifayətdir.

6. Sədəqə. Yaxşı olar ki, dualara keçməmişdən öncə sədəqə verilsin, yaxud ən azından fikirdə sədəqə ayrılsın.

7. İstiğfar. Tez-tez Allahdan günahların bağışlanmasını diləmək. 100 dəfə istiğfar zikrini də demək olar: "Əstəğfirullahə Rabbi və ətubu ileyh" [tərcümə: "Rəbbim Allahdan üzr diləyir və Ona tərəf qayıdıram"]

8. Qədr gecəsinin namazı. Bu namaz iki rükətlidir, hər rükətdə "Fatihə" surəsindən sonra yeddi dəfə "İxlas" surəsi oxunulur. Namaz bitdikdən sonra dərhal səcdəyə gedib yetmiş dəfə "Əstəğfirullahə və ətubu ileyh" [tərcümə: "Allahdan üzr diləyir və Ona tərəf qayıdıram"] deyilməlidir.

9. 100 rükətli namaz. "Qədr gecəsinin namazı" niyyəti ilə başqa namaz da qılmaq olar: 50 dəfə iki rükətli namaz. Qəza namazları olanlara tövsiyə olunur ki, bu namazı qılmaq əvəzinə 6 günün qəza namazlarını qılsınlar.

10. Quranı açıq halda qarşısına qoyub, aşağıdakı duanı oxumaq sonra isə Allahdan istəyini diləmək:

"Allahummə inni əs'əlukə bi kitabikəl-munzəli və ma fihi və fihi ismukəl-əkbəru və əsmaukəl-husna və ma yuxafu və yurca ən təc'ələni min utəqaikə minənnar"

[İlahi, Səni and verirəm nazil etdiyin Kitaba və onun içində olanlara - ən uca adına, bütün gözəl adlarına, qorxulmalı və ümid bəslənməli şeylərə - məni cəhənnəm atəşindən azad et].

11. Quranı başa qoyub aşağıdakı tərzdə Allahı and vermək:

"Allahummə bihəqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli mu'minin mədəhtəhu fihi və bi həqqikə əleyhim fəla əhədə ə'rafu bihəqqikə minkə, bikə ya Allah (10 dəffə), bi Muhəmmədin (10 dəfə), bi Əliyyin (10 dəfə), bi Fatimətə (10 dəfə), bil-Həsəni (10 dəfə), bil Hüseyni (10 dəfə), bi Əliy-yibnil-Huseyni (10 dəfə), bi Muhəmməd ibni Əliyyin (10 dəfə), bi Cəfər ibni Muhəmmədin (10 dəfə), bi Musə-bni-Cəfərin (10 dəfə), bi Əliy-yibni Musa (10 dəfə), bi Muhəmməd ibni Əliyyin (10 dəfə), bi Əliy-yibni-Muhəmmədin (10 dəfə), bil-Həsən ibni Əliyyin (10 dəfə), bil-Huccəti (10 dəfə)".

[İlahi! Bu Qurana və onu gətirən peyğəmbərə xatir! Onun içində mədh etdiyin bütün möminlərə və Sənin onların üzərindəki haqqına xatir! Səndən başqa Sənin haqqını tanıyan yoxdur. İlahi, Səni and verirəm Özünə, Məhəmmədə (s), Əliyə (ə), Fatiməyə (s), Həsənə (ə), Hüseynə (ə), Hüseynin oğlu Əliyə (ə), Əlinin oğlu Məhəmmədə (ə), Məhəmmədin oğlu Cəfərə (ə), Cəfərin oğlu Musaya (ə), Musanın oğlu Əliyə (ə), Əlinin oğlu Məhəmmədə (ə), Məhəmmədin oğlu Əliyə (ə), Əlinin oğlu Həsənə (ə) və Hüccətə (ə)]:

Allahı Özünə, həzrət peyğəmbərə (s), xanım Fatiməyə (s) və 12 imama (ə) and verdikdən sonra öz istəklərinizi diləyin.

12. İmam Hüseyn(ə) ziyarətnaməsini oxumaq:

Ayətullah Əli Sistani kollektiv cihada like
  • 08 Mar 23:33  
Digərləri Ayətullah Əli Sistani kollektiv cihada

İraq şiələrinin lideri ayətullah Əli Sistani İran İslam İnqilabını m�

arrow Ətraflı
Pezeşkian İlham Əliyevə zəng edib like
  • 08 Mar 23:28  
Siyasət Pezeşkian İlham Əliyevə zəng edib

Martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərb

arrow Ətraflı
İranın yeni Ali Lideri Xamenei ilə eyni soyadı daşıyacaq  YENİLƏNİB like
  • 08 Mar 22:39  
Digərləri İranın yeni Ali Lideri Xamenei ilə eyni soyadı daşıyacaq YENİLƏNİB

İranın yeni Ali Lideri bir neçə gün əvvəl həlak olmuş ölkənin mənəv

arrow Ətraflı
Nadir oğlu və gəlini ilə like
  • 08 Mar 21:57  
Şou-biznes Nadir oğlu və gəlini ilə

Müğənni Nadir Qafarzadə yeni doğulan nəvəsi ilə görüntü paylaşıb. 

arrow Ətraflı
Hakan Sabancının sevgili olduğu azərbaycanlı qız kimdir? like
  • 08 Mar 21:38  
Şou-biznes Hakan Sabancının sevgili olduğu azərbaycanlı qız kimdir?

Xəbər verdiyimiz kimi, türk mediası iş adamı Hakan Sabancının Xumar adl�

arrow Ətraflı
“Yeni lideri Tramp deyil, İran xalqı seçəcək”  Əraqçi like
  • 08 Mar 21:21  
Digərləri “Yeni lideri Tramp deyil, İran xalqı seçəcək” Əraqçi

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ölkənin Ali Liderinin seç

arrow Ətraflı
Yaşı 35dən çox olanların NƏZƏRİNƏ like
  • 08 Mar 21:12  
Digərləri Yaşı 35dən çox olanların NƏZƏRİNƏ

Ürək-damar xəstəlikləri yalnız yaşlı insanlara aid problem deyil. Yeni a

arrow Ətraflı
Şəmkirdə ağır qəza  5 nəfər xəsarət alıb like
  • 08 Mar 20:52  
Digərləri Şəmkirdə ağır qəza 5 nəfər xəsarət alıb

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Sürücülərin nəzərinə! like
  • 08 Mar 20:41  
Digərləri Sürücülərin nəzərinə!

Avtomobil yollarında vəziyyət açıqlanıb.

arrow Ətraflı
Müdafiə Nazirliyi məlumat yaydı like
  • 08 Mar 20:35  
Digərləri Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazır

arrow Ətraflı
İrandan Azərbaycanın sərhədi vasitəsilə 1899 nəfər təxliyə edilib like
  • 08 Mar 20:25  
Digərləri İrandan Azərbaycanın sərhədi vasitəsilə 1899 nəfər təxliyə edilib

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının tə

arrow Ətraflı
Mərkəzi Bankın yeni qaydaları: Kredit kartı almaq çətinləşir like
  • 08 Mar 20:12  
Digərləri Mərkəzi Bankın yeni qaydaları: Kredit kartı almaq çətinləşir

Azərbaycanda kart bazarı böyüməyə davam etsə də, rəqəmlər daxilində

arrow Ətraflı
SEPAH: Azı 6 ay intensiv hərbi əməliyyatlar apara bilərik like
  • 08 Mar 19:59  
Digərləri SEPAH: Azı 6 ay intensiv hərbi əməliyyatlar apara bilərik

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın intensiv hərbi əməl

arrow Ətraflı
29 yaşlı qadın dəm qazından öldü like
  • 08 Mar 19:49  
Digərləri 29 yaşlı qadın dəm qazından öldü

Goranboyda zəhərlənmə hadisəsi baş verib.

arrow Ətraflı