Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 08 Mar 2026 23:28:00 181 0
Martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Son.az xəbər verir ki, Prezident Məsud Pezeşkian dövlətimizin başçısının İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib.
Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin araşdırılacağını vurğulayıb.
Prezident İlham Əliyev İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığını çatdırıb.
Dövlətimizin başçısı Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb.
Telefon söhbəti əsnasında dövlət başçıları müştərək iqtisadi layihələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Son.az
İranın yeni Ali Lideri bir neçə gün əvvəl həlak olmuş ölkənin mənəv
Müğənni Nadir Qafarzadə yeni doğulan nəvəsi ilə görüntü paylaşıb.
Xəbər verdiyimiz kimi, türk mediası iş adamı Hakan Sabancının Xumar adl�
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ölkənin Ali Liderinin seç
Ürək-damar xəstəlikləri yalnız yaşlı insanlara aid problem deyil. Yeni a
Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazır
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının tə
Azərbaycanda kart bazarı böyüməyə davam etsə də, rəqəmlər daxilində
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın intensiv hərbi əməl
Sabah Ramazan ayının 19-cu günüdür.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ Preziden
Məşhur türkiyəli prodüser Acun Ilıcalı müğənni Yılmaz Morgülün &quo
