Azərbaycanda SEPAHın tapşırıqlarını yerinə yetirən vətəndaşlar saxlanılıb
Siyasət 06 Mar 2026 22:57:00 242 0
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların və kəşfiyyat xarakterli məlumatları toplanılmasının qarşısını alıb.
Son.az xəbər verir ki, Quliyev Tərxan Tərlan oğlu, Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu, Rüstəmov Rəşad Fərhad oğlu, Ağayeva Xədicə Zakir qızı, Əhmədov Elvin Bəhruz oğlu, Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib İsmixan oğlu törətdikləri əməlləri, eləcə də SEPAH ilə əlaqəli şəxslərin tapşırığı ilə partlayıcı qurğunu götürdüklərini, sui-qəsd planları ilə əlaqədar tapşırıqları icra etdiklərini etiraf ediblər.
Qeyd edilən müddət ərzində ölkəmizə qarşı birbaşa terror aktlarını təşkil edən şəxsin SEPAH-ın Kəşfiyyat Təşkilatının zabiti, polkovnik hərbi rütbəli Ali Asghar Bordbar Sheraminin olduğu aşkar edilib.
Ölkə ərazisində sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə kəşfiyyat xarakterli məlumatların toplanılması və Terror-təxribat aktlarının təşkilində iştirakı müəyyənləşən İİR vətəndaşları Zandkian Yaser Rahim, Rustamzada Behnam Sahibali, Azarundbileh Hosein Savar Saber, Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad barəsində beynəlxalq axtarış elan olunub.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı cinayət əməlləri aşkarlanan Azərbaycan vətəndaşları barəsində də qərarlar qəbul edilib. Belə ki, Quliyev Tərxan Tərlan oğlu və Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu və Rüstəmov Rəşad Fərhad oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilətəqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.
Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib Ağaismi oğlu AR Cinayət Məcəlləsinin 28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdetməyə hazırlıq), Əhmədov Elvin Bəhruz oğlu isə CM-nin 228.2.1(qabaqcadan əlbir bir qrup şəxs tərəfindənqanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcımaddələr və qurğuları əldə etmə, başqasına vermə, saxlama daşıma və gəzdirmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qəti-imkan tədbiri seçilib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Kuimova Vera Gennadiy
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana dro
ABŞ Konqresində Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barəd�
SEPAH generalları İranda faktiki olaraq hakimiyyəti ələ keçiriblər. Ali d
Bayram və istirahət günlərində Azərbaycanda gözlənilən hava şəraiti a
Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Respublikasının P
Martın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belaru
Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Serbiy
ABŞ İranın Naxçıvana pilotsuz təyyarələrinin hücumlarını pisləyib.
Vətəndaşların yaşadığı yer üzrə qeydiyyata düşməsi qanunvericilikd�
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə sosial media hesabında paylaş
Təqaüddə olan Tərtərin sabiq hərbi prokuroru Arif Quliyev vəfat edib.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbay
Sabah Ramazan ayının on yeddinci günüdür.
