Bayram və istirahət günlərinin havası açıqlandı külək, yağış...
Digərləri 06 Mar 2026 21:03:00 224 0
Bayram və istirahət günlərində Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb Bakıda və Abşeron yarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-9 dərəcə isti olacaq.
Son.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, martın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq.
Martın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-u gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. 9-u axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olacaq.
Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Respublikasının P
Martın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belaru
Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Serbiy
ABŞ İranın Naxçıvana pilotsuz təyyarələrinin hücumlarını pisləyib.
Vətəndaşların yaşadığı yer üzrə qeydiyyata düşməsi qanunvericilikd�
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə sosial media hesabında paylaş
Təqaüddə olan Tərtərin sabiq hərbi prokuroru Arif Quliyev vəfat edib.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbay
Sabah Ramazan ayının on yeddinci günüdür.
Xəbər verildiyi kimi, 5 mart tarixində İran Naxçıvana dron hücumu edib. M
Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat h
Gürcüstanda 23 yaşlı azərbaycanlı qadın əməliyyatdan sonra ölüb.
Bakı - Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alterna
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ord
