Arakçi: "Komandirlərimizi itirdik, amma hərbi gücümüz yerindədir"
Digərləri 01 Mar 2026 22:33:00 204 0
İranın Xarici İşlər naziri Abbas Arakçi bəzi yüksək rütbəli komandirlərin öldürüldüyünü etiraf etsə də, İranın hərbi potensialının zəifləmədiyini və qisas əməliyyatlarının davam edəcəyini bəyan edib.
Son.az xəbər verir ki, nazir bəzi mühüm komandirlərin itirildiyini fakt kimi qəbul edib. Lakin o, vurğulayıb ki, İranın hərbi iyerarxiyasında "əvəzolunmaz şəxs yoxdur" və öldürülən hərbçilər bir neçə saat ərzində yeniləri ilə əvəz olunub.
Arakçi ötən ilin iyunundakı hücumları xatırladaraq bildirib: "O zaman 12 saat ərzində cavab vermişdik, bu dəfə isə daha sürətli olduq". O, İranın hərbi imkanlarının İsrail və ABŞ bazalarını vurmağa kifayət etdiyini deyib.
Nazir ABŞ ilə danışıqların mümkünlüyü barədə suala sərt reaksiya verib. O, ötən cümə axşamı Cenevrədə "çox yaxşı müzakirələrin" keçirildiyini, lakin "sülh əleyhdarlarının" (İsrail və Tramp administrasiyasına işarə edir) bu prosesi qəsdən pozduğunu iddia edib.
Arakçi həmçinin təsdiqləyib ki, İran Konstitusiyasına uyğun olaraq, Ekspertlər Şurası artıq yeni Ali Rəhbərin seçilməsi proseduruna başlayıb. Lalə Qüdrətova Son.az
Qaz və elektrik enerjisinin sərfiyyatı haqqında" Qanuna edilən dəyiş
İsrail Baş naziri Benyamin Netanyahu Müdafiə naziri, Baş Qərargah rəisi v
"Diasporla İş üzrə Dövlət Komitəsi bölgədə yaranmış mövcud və
İran Kiprdəki Britaniya hərbi bazalarına iki raket atıb.
Müğənni Afət Fərmanqızı oğlu ilə bağlı paylaşım edib.
ABŞ və İsrailin İrana qarşı davam edən zərbələri nəticəsində 48 ira
Hazırda Hörmuz boğazını bağlamaq niyyətimiz yoxdur.
İranın sürgündəki vəliəhd şahzadəsi Rza Pəhləvi Xameneinin ölümün
Əməkdar artist Elza Seyidcahan yenidən şeirlər kitabı çıxaracaq.
Sabah Azərbaycanda Ramazan ayının 12-ci günüdür.
İrana qarşı hərbi əməliyyat zamanı 3 ABŞ hərbçisi ölüb, 5 hərbçi a
İntensiv iş qrafiki olanlar və ya qəfil qonağı gələnlər üçün ideal o
ABŞ Prezidenti Donald Trampa cəsarətinə və Baş nazir Benyamin Netanyahuya
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın zərbələri qarşısı
