Netanyahu: "Tehrana zərbələr yaxın günlərdə daha da artacaq"
Dünya 01 Mar 2026 20:57:00 196 0
İsrail Baş naziri Benyamin Netanyahu Müdafiə naziri, Baş Qərargah rəisi və Mossad rəhbəri ilə keçirdiyi toplantıdan sonra İrana qarşı "qətiyyətli mübarizə" göstərişi verdiyini açıqlayıb.
Bu xəbəri də oxu: Trampın GİZLİ PLANI üzə çıxdı: İranın nüvə ehtiyatlarına dair riskli plan hazırlanıb?
Son.az xəbər verir ki, Netanyahu İsrail ordusunun hazırda Tehranın mərkəzinə "artan güclə" zərbələr endirdiyini və bu intensivliyin yaxın günlərdə daha da artacağını bildirib.
Baş nazir bu əməliyyatın "varlığımızı və gələcəyimizi təmin etmək" üçün İsrail ordusunun (IDF) bütün gücü ilə aparıldığını vurğulayıb. O, bunu "40 ildir həyata keçirmək istədiyi hədəf" adlandırıb.
Netanyahu bu tarixi əməliyyatda ABŞ Prezidenti Donald Trampın və Amerika ordusunun verdiyi dəstəyi xüsusi qeyd edib.
Netanyahu çıxışında İranın raket hücumları nəticəsində İsrail daxilində baş verən ölümlərə də toxunub:
1 mart tarixində İranın ballistik raketinin Beyt Şemeş şəhərində yaşayış binasına və sinaqoqa birbaşa düşməsi nəticəsində 9 nəfər həyatını itirib, 28 nəfər yaralanıb. Bu, müharibənin başlanğıcından bəri İsrail daxilindəki ən ağır itkidir.
Ötən gün Tel-Əvivdə baş verən partlayışlarda da mülki vətəndaşların həlak olduğu bildirilib. Baş nazir həlak olanların ailələrinə başsağlığı verib və bu günləri "ağrılı günlər" kimi xarakterizə edib. Lalə Qüdrətova Son.az
"Diasporla İş üzrə Dövlət Komitəsi bölgədə yaranmış mövcud və
İran Kiprdəki Britaniya hərbi bazalarına iki raket atıb.
Müğənni Afət Fərmanqızı oğlu ilə bağlı paylaşım edib.
ABŞ və İsrailin İrana qarşı davam edən zərbələri nəticəsində 48 ira
Hazırda Hörmuz boğazını bağlamaq niyyətimiz yoxdur.
İranın sürgündəki vəliəhd şahzadəsi Rza Pəhləvi Xameneinin ölümün
Əməkdar artist Elza Seyidcahan yenidən şeirlər kitabı çıxaracaq.
Sabah Azərbaycanda Ramazan ayının 12-ci günüdür.
İrana qarşı hərbi əməliyyat zamanı 3 ABŞ hərbçisi ölüb, 5 hərbçi a
İntensiv iş qrafiki olanlar və ya qəfil qonağı gələnlər üçün ideal o
ABŞ Prezidenti Donald Trampa cəsarətinə və Baş nazir Benyamin Netanyahuya
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın zərbələri qarşısı
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə
